Qarabag Media
Haqqımızda Əlaqə

`Həmin gün Xocalının qisası günü idi` - Fuad Rzayev


Tarix:17-04-2016, 23:01 Kateqoriya:Manşet / Müsahibə

`Həmin gün Xocalının qisası günü idi` - Fuad Rzayev Müsahibim Rzayev Fuad Əhliman oğlu 18 iyun 1968-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Bədən Tərbiyəsi Akademiyasını bitirib. Peşəsi boks üzrə məşqçidir. 1991- 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib.

Yüksək vətənpərvərlik ruhunda tərbiyə almış Fuadın Azərbaycan Müdafiə Nazirliyinin yaradılmasında xüsusi əməyi olub. Beləki, o, 1990-cı illər ərzində Bakıda yerləşən 7 sovet rus hərbi hissələrinə basqınların təşkilatçısı və eləcə də "Qurtuluş" taborunun yaradıcısı kimi tanınır.mƏsasən Tərtər- Ağdərə cəbhə bölgələrində vuruşub.mİki dəfə ağır yaralanıb. II qrup Qarabağ müharibəsi əlilidir. Ehtiyatda olan kapitan Fud Rzayev hazırda 2003-cü ildə təsis etdiyi Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədridir.

- Fuad bəy, Xocalı hadisəsini eşitdiyiniz vaxtı necə xatırlayırsız?

-1992-ci il fevralın 26-dasəhər saat 6 radələrində polis rəisi zəng vurub dedi ki, Xocalıda qətliam baş verib və min nəfərə yaxın azərbaycanlını qırıblar. İntiqam hissi daxildən hamımızı nəsə etməyə çağırırdı.

Ancaq nə etməli? Çox məsləhət -məşvərətdən sonra Seyidsulan, Yarımca üzərinə qəflətən hücuma keçdik. Bir tağımı isə imitasiya yaratmaq məqsədi ilə Marquşevan istiqamətinə göndərdik.

Həmin gün düşmənlə aramızda güclü döyüşlər baş verdi .

- 10 aprel 1992-ci ildə nə baş verib ki, ermənilər həmin günü hər il matəm günü kimi qeyd edirlər?

-Həmin gün Xocalının qisası günü idi. Səhər tezdən Tərtər polis bölükləri, "Gəncə", "Azadlıq", "Qurtuluş" və Bakıdan gəlmiş ayrı-ayrı silahlı dəstələr, o cümlədən Qurd Cəbrayılın yaratdığı bölük Marquşevan üzərinə ildırımsürətli hücuma keçdilər. İş o yerə çatmışdı ki, Marquşevanda küçə və əlbəyaxa döyüşlər baş verirdi.
Ölənlər, yaralananlar bir- birinə qarışmışdı. Hər yer od tutub yanırdı.

-Həmin döyüş səhnəsi necə yadınızda qalıb və döyüşdə "Azadlıq" taboru necə iştirak edirdi?

-Səhər saat 5 -ə beş dəqiqə qalmış Goranboyluların artileriyası, 5 dəqiqə sonra isə bizim qurduğumuz 3 raket , (onlardan birincisini şəxsən mən özüm düşmən üzərinə buraxdım ) daha sonra qradlar və toplar aramsız olaraq 3 saata yaxın Marquşevanı atəşə tutdu. Saat 9-a işləmiş piyada taburları hərəkətə keçdilər.

Bu döyüşdə "Azadlıq" taboru tam tərkibdə 2 BTR VƏ 1 BRDM-lə iştirak edirdi. Təxminən saat 11:30 -da mən kəndin içərisində vuruldum.
Yaram ciddi olduğundan hərəət etmək qabiliyyətimi demək olar ki, itirmişdim.

Bu zaman Ələmşah MəmmədoV və Cəbrayıl ilə rastlaşdım. Onlar məni geriyə göndərib yenidən döyüşə atıldılar. Həmin döyülər zamanı Gəncə taburunun komandiri Mehman da yaralandı. Bizim taburun isə 5 nəfər şəhidi, 7 nəfər yaralı itkisi oldu.

"Azadlıq" da bu döyüşdə şəhid verdi, bir neçə nəfər isə ciddi bədən xəsarətinə məruz qaldı .Yəni Marquşevan əməliyyatı Azərbaycan hərb tarixində ilk genişmiqyaslı döyüş idi.

-Qarabağ müharibəsi haqqında daha nələri demək istərdiniz?

-Bu müharibə haqqında deyiləsi və yazılası şeylər çoxdur .Yəni əsl həqiqətlər hələ ortaya çıxmayıb .Amma tələsmək lazımdır .Çünki bir on ildən sonra əsl həqiqətləri bilən şahidləri tapmaq çətin olacaq .

Məqaləni hazırladı: Hacıyeva Rəna Sələtdin qızı. Məqalənin hazırlanmasında I Qarabağ müharibəsi veteranı, artileriya komandiri, jurnalist Əkbər Mirzəzadənin "Azadlıq" xalq ordusu kitabından istifadə edilib .

`Həmin gün Xocalının qisası günü idi` - Fuad Rzayev

`Həmin gün Xocalının qisası günü idi` - Fuad Rzayev


Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB