Qarabag Media
Haqqımızda Əlaqə

`Sultan bəy babama at, bir dəfə də beşaçılan silah bağışlayıb` - ŞÜMŞAD NADİROV


Tarix:17-04-2016, 08:33 Kateqoriya:Manşet / Müsahibə

`Sultan bəy babama at, bir dəfə də beşaçılan silah bağışlayıb` - ŞÜMŞAD NADİROVQarabağ müharibəsi veteranı, Laçın polisinin keçmiş əməkdaşı Şümşad Nadirov Axar.az-a Qarabağ müharibəsindən və kəşfiyyatçı kimi gördükləri işlərdən danışıb.

- Şümşad bəy, istərdim ki, bir qədər döyüş yolunuz haqqında məlumat verəsiniz.

- Hələ Milli Ordumuzun olmadığı vaxtda düşmən hücumlarından müdafiə üçün sərhəd rayonlarında polis orqanlarına vətənpərvər və fiziki-mənəvi cəhətdən güclü gənclər götürülürdü. Məhz həmin vaxt mən də Laçın polisinə yazılıb, dağlıq ərazilərdə, xüsusilə Ermənistanla sərhəddə düşmənlə mübarizə aparırdıq. Şuşanın işğalından sonra Laçına ən böyük təhlükə Ermənistanla sərhəd zonasından - Gorusdan idi, hər an düşmənin hücumu gözlənilirdi. Buna görə də Laçın polisi bu ərazini qoruyurdu. 1992-ci il mayın 16-da düşmənin həm Şuşadan, həm də Ermənistanda başlayan artilleriya atəşləri sahəsində rayon əhalisi ərazini tərk etməyə məcbur oldu. Mən cəbhə yoldaşlarımla birgə düşmənlə sərhəddə vuruşurduq. Bütün müqavimətə baxmayaraq, Laçın işğal olundu. Amma mən Laçını tərk etmədim. Doğulduğum Mişni kəndinə getdim. Qərara gəlmişdim ki, burada mövqe qurub ermənilərin gəlməsini gözləyim. Kəndə çatanda 40-a yaxın mülki vətəndaşımızın orada olduğunu gördüm. Onların içərisində bir nəfər qadın vardı. Xeyli müzakirədən sonra bu insanların çıxarılması qərara alındı.

- O zamanla bağlı çəkilən kadrlarda belə təsəvvür yaranır ki, orada qalan olmayıb. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, ölkə televiziyalarında Laçının işğalı zamanı yalnız Laçının Qubadlı tərəfinə çıxış olan hissədə çəkilmiş kadrlar gedir. Hamıda elə təsəvvür yaranır ki, Laçında qalan yoxdur. Ancaq həqiqət elə deyil. Biz Laçını mayın 22-də tərk etdik. Kəlbəcər istiqamətində bir faktı qeyd edim ki, Laçında hamının bəy kimi tanıdığı Kamran bəy, ümumiyyətlə, Laçından çıxmayıb. O, partizan müharibəsi aparıb. Yalnız qış vaxtı ermənilər yerini öyrənəndən sonra mağaraya top ataraq onu öldürüblər.

- Maraqlı faktdır, bunu sizə kim deyib?

- Bunu əsir düşmüş Gorus batalyonunun komandirinin sürücüsü deyib. Mülki əhali mühasirədən çıxarıldıqdan bir neçə gün sonra Laçın polisinin bir dəstəsi Kəlbəcər tərəfdən Laçın ərazisinə daxil olur və Qorçu kəndində qərargah qururlar. Bir neçə gündən sonra mən döyüş yoldaşlarım Fikrət, Elşən və Əlövsətlə birgə qərara gəldik ki, Laçın ərazisində kəşfiyyat apararaq məlumat toplayaq. Bu barədə Laçın polisinin komandiri Akif Səlimovla danışdıqdan sonra, 10 günlük kəşfiyyat dövründə bütün lazım olan məlumatları topladıq. 11-ci gün, 1992-ci il iyun ayının 4-də ərazidə müşahidə edərkən xeyli insanı Qaraçənli kəndi tərəfdə gördük. Bu dəstə Həkəri çayını keçib, Mişni kəndinə tərəf gəlirdi. Dedim ki, gələn ermənilərdir. Çünki ərazini tanımırdılar. Asan yolu qoyub, çətini seçiblər. Bu da ərazini tanımamaqlarından irəli gəlirdi.

- Siz nə etdiniz?

- Biz onlara gizlicə yaxınlaşdıq və silahlarının nədən ibarət olduğunu öyrəndik. Kəşfiyyat vaxtı gecə daim Mişni kəndində qalırdıq, ona görə də kəndin 4 tərəfində patron, qumbara gizlətmişdik ki, birdən bizə hücum olarsa, hansı tərəfdə olsaq, ondan istifadə edək. Ermənilər çox idilər, gizlədiyimiz bütün patronları bir yerə yığdıq. Artıq axşamüstü, saat 4 idi. Elə yer seçdik ki, tam aydın görünsünlər. Qəfildən hücuma keçdik. Döyüşdə ermənilərin xeylisini məhv etdik. Digərləri qaçıb kəndin içindəki evlərə girdilər. Bir müddət sonra bir erməni çıxıb “hayes” deyə qışqırdı. Fikrətə dedim ki, sən də bərkdən iki dəfə “hayes” deyə çağır. Fikrət elə də etdi. Onlar bizim erməni olduğumuzu zənn edib, çölə çıxdılar. Əlimizlə işarə etdik ki, gəlin qabağa. Bunu görən ermənilər tam əmin oldular ki, biz erməniyik. Biz tez yerimizi dəyişdik və ikinci hücuma başladıq. Xoşbəxtlikdən bizə atılan güllələr yan keçdi. Qalan erməniləri məhv elədik. Bir çoxu isə təslim oldu. Artıq 3-4 saat idi ki, döyüş gedirdi. Hava qaralırdı. 53 erməni əsgəri öldürüldü. Əsir düşmüş 17 ermənini götürüb meşəyə tərəf getdik. Yüngül qaçışla gedirdik. Tələsməyimizə səbəb isə erməni ordusunun maşınlarının Hoçaz kəndi tərəfdən köməyə gəlməsi idi. Bir də 4 nəfərdə qalan patronların ümumi sayı 20 idi. Əgər əsirlər bilsəydilər ki, bizdə patronlar qurtarmaq üzrədir, bəlkə qaçmağa cəhd göstərərdilər. Ona görə də bütün gücümüzlə dayanmadan meşənin dərinliklərinə getdik. Gecə saat 4-də bir balaca yorğunluğumuzu çıxartmaq üçün yarım saat istirahət etdik. Ermənilərdən bizim dili bilənlər deyirdilər, ağlımıza gətirməzdik ki, burada azərbaycanlılar olar. Sonra çayı keçib, yola düşdük. İki günə Qorçudakı qərargaha çatanda artıq taqətimiz qalmamışdı. Yol boyu ərzağımız olmadığından yemlik, ya da gicitkən ovub yeyirdik. Qərargaha çatanda bizi və əsirləri görən komandirimiz Akif Səlimov bircə kəlmə dedi: “Siz əsil igidsiniz”.

Üç gün dincəldik. Ancaq bu üç gün ərzində bir gün yatdıq. Sonra məlumat vardı ki, ermənilər Alxaslı və Minkənd kəndlərində mövqe qurublar. Ona görə də komandir biz 4 nəfəri çağırdı. Dedi ki, sizə güvənim çoxdur və bilirəm ki, yorğunsuz, amma bu vacib əməliyyata siz getməlisiniz. Komandirin əmrini məmnuniyyətlə qəbul etdik. Ancaq məlumatın haradan gəldiyini soruşduq. Komandir demədi. Gecə yola çıxdıq. Hava işıqlananda dincəldik. İkinci günü gecə deyilən ərazidə kəşfiyyat apardıq. Bütün ərazinin boş və evlərdə heç kimin qalmadığını, yəni verilən məlumatın yalan olduğu üzə çıxdı. Ərazi tamam boş idi. Bir gün cəbhədən xəbər verdilər ki, Alxaslı kəndindən tüstü qalxır. Dərhal həyəcan əmri ilə hazır olduq. Biz hadisə yerinə getdik. İki “Ural” və “Qaz-66” maşını ilə kənddə qalan əşyaları qarət edən erməni hərbçilər evlərə od vururdular. Bu zaman döyüş başladı. Laçın tərəfdən ermənilərə kömək gəldi və vəziyyət daha da gərginləşdi. Kəndin arxa tərəfinə keçdik. Çaş-baş qalan ermənilər qaçmağa başladılar. Bir UAZ və “Qaz-66” maşınını qoyub qaçdılar. Maşınları Pircandakı mövqelərimizə gətirdik... Laçından başqa Füzuli, Horadiz döyüşlərində də iştirak etmişəm.

- Bildiyimiz qədər, babanız 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə iştirak edib. Atalarımız düz deyib ki, ot öz kökü üstə bitər...

- Babam Məhəmməd Nadir oğlu 1918-ci il və ondan əvvəl ermənilərə qarşı qəhrəmancasına vuruşub. Bu qəhrəmanlıqlarına görə Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov tərəfindən mükafatlandırılıb. Xalq qəhrəmanı Sultan bəy babama at, bir dəfə də beşaçılan silah bağışlayıb... Sonda onu qeyd edim ki, bu gün də vətən üçün əsgərəm və müharibə başlayarsa, ön sırada mən olacam. Ona görə də bu mənfur düşmənlə qisas günündə görüşmək üçün hər gün fiziki sağlamlığımı, döyüşçüyə lazım olan gücü saxlamaq üçün idman edirəm. Nə qədər ki türkün şanlı bayrağı türkün bütün torpaqlarında dalğalanmır, biz əsgər ömrü yaşamalıyıq.

`Sultan bəy babama at, bir dəfə də beşaçılan silah bağışlayıb` - ŞÜMŞAD NADİROV

`Sultan bəy babama at, bir dəfə də beşaçılan silah bağışlayıb` - ŞÜMŞAD NADİROV


Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB