Qarabag Media
Haqqımızda Əlaqə

Xəyal Ramazanov : “Azərbaycan bu gün qalibdir və söz sahibidir...”


Tarix:16-04-2016, 05:55 Kateqoriya:Manşet / Müsahibə

Xəyal Ramazanov : “Azərbaycan bu gün qalibdir və söz sahibidir...”Müsahibim; Azərbaycan bayrağını dəfələrlə ölkə və vətəndən uzaqda dalğalandıran tanınan idmançımız, dövlət işçisi Xəyal Ramazanovdur.
Açıqlama edəcəm...
- Xəyal müəllim, hansı ixtisasa yiyələnmisiniz?

- Mən Prezident Yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm, ikinci təhsilim isə Dövlət Neft Akademiyası olub. Hal- hazırda dövlət işində çalışıram.
- Azərbaycan dövlətinin yetişdirdiyi və Sizin timsalınızda “güc biləyi” hesab edilən intellektual gəncləri var ki, bu gün onların birləşməsi və bərabər layihələr üzərində birgə çalışmaları dövlətimiz üçün daha böyük nailiyyətlər vəd edir. Bu haqda heç düşünmüsünüzmü?
- Maraqlı sualdır əslində. Dövlətimə, vətənimə və millətimə xələl gətirməyəcək, maraqlı layihə ətrafında birləşməyi müsbət qiymətləndirirəm və hesab edirəm ki, belə layihələrin təşkilatçılığı mərkəzləşdirilmiş idarə olunma tələb edir ki, onu da KİV vasitəsi ilə işıqlandırılması müxtəlif sahələrdə çalışan insanların bir araya gəlməsinə, bir layihə ətrafında toplaşmasına yardımçı ola bilər.
İdmanda məhdudiyyət yoxdur...
- Bugün Azərbaycanda kifayət qədər idmançılar var ki, peşəkar arenadan kənarda idmana bağlıdırlar. Bu insanları peşəkar idmançılarla bir sahəyə yönləndirərək, daha maraqlı nəticələrlə qarşılaşmaq mümkündür?

- Zənnimcə, bugün Azərbaycanda idmanla məşğul olmaq istəyən hər hansı bir gəncə məhdudiyyət yoxdur. Hər bölgədə müasir İdman Olimpiya komplekslərimiz var. İstənilən potensialı olan bir gənc yaşadığı bölgədə heç bir kapital qoyuluşuna ehtiyac olmadan seçdiyi idman növü üzrə öz bacarığını göstərə bilər, idman layihələrinə qatıla bilər.
Ölkə başçısı, cənab İlham Əliyev olduqca alicənab və Azərbaycan gəncliyinə kifayət qədər diqqət və qayğı yetirən şəxsdir. Bu baxımdan, bugün Azərbaycanın bütün bölgələrində gənclər üçün əlverişli şərait yaradılmışdır.
- Azərbaycan dəfələrlə atəşkəs rejiminin pozulduğu, müharibə şəraitində yaşayan dövlətdir. Sərhədyanı gücləndirilmə ilə yanaşı eyni zamanda ölkədaxili qorunma ilə bağlı ictimaiyyətdə təbliğat prosesi aparılması zəruri deyilmi?
- Konkret olaraq hansı amilləri nəzərdə tutursunuz?
Azərbaycanın daxili və xarici potensialı tükənməzdir...
- Misal üçün, yaxın Rusiyada terror hadisələri ilə bağlı vərəqələr paylanılır ki, bu göstəricilərə görə əhali özlərini müəyyən mənada qorumağa çalışır; təbliğat göstəricili vərəqələrdə sahibsiz əşyalar haqqında dərhal qaynar xətlə əlaqə saxlamağı, şübhəli şəxslər haqqında müraciətlər olunması tələb olunur.
- Düşünürəm ki, Azərbaycanda bu kimi təbliğat vərəqələrinə ehtiyac yoxdur. Sərhədyanı və ölkədaxili sabitliyin qorunması üçün dövlətimiz yetərli qədər güclüdür. Əhalidə bu cür vərəqələrin paylanması cəmiyyətdə birmənalı qarşılanmayacaq və yersiz təşviş yarana bilər. Qonşu ölkələrdə baş verən terror hadisələri KİV tərəfindən işıqlandırılan zaman həmin vaxt terrorla mübarizə istiqamətində maariflənmə aparılması məqsədəuyğun olardı. Lakin vərəqlər şəklində cəmiyyətə paylanmasına düşünürəm ehtiyac yoxdur. Şükürlər olsun ki, Azərbaycan bugün silsilə terror qarşısında qalan ölkələr sırasında deyil. Bunun bir neçə səbəbi var ki, güc strukturlarının səmərəli fəaliyyətləri ilə yanaşı Prezidentimiz tərəfindən aparılan düşünülmüş balanslı siyasətdir ki, bugün Azərbaycanda sabitliyin qorunmasında başlıca amillərdəndir və nəticə də göz qabağındadır.
- Xəyal müəllim, necə düşünürsünüz, Azərbaycan itirilmiş torpaqlarının tam bütövlüyünə hansı amillərə riayət etməklə nail olmağa qadirdir?
Qanla itirilmiş torpaqlar...

- Əlbəttə ki, qanla itirilən torpaqları yalnız qanla qaytarmaq mümkündür. Son qalibiyyətlərimizdən sonra istər işğalçı Ermənistan rəhbərliyi, istərsə də Ermənistan ictimaiyyəti dövlətimizin nizamlı güclü ordusunun, düşünülmüş xarici siyasətinin gücünü görəndən sonra hesab edirəm ki, artıq reallığı anlayacaqlar və sülh danışıqları bu dəfə nəticə verəcək.
- Bu gün cəbhə xəttində baş tutan irəliləyişlərlə bağlı eyni zamanda informasiya vuruşunun da zəruri olduğunu düşünmürsünüzmü?
- Bu yaxından Mirşahin müəllimin ANS kanalında aprel ayının 10-da efirdə gedən “Hesabat” verilişindəki çıxışını izlədim. Onun yanaşma tərzi ilə tam razıyam. Olduqca ucuz söhbət edən, manipulyasiya ilə məşğul olan, öncədən hazırlanmış titirli yazılarla insan itkisi üzərində insanların hissiyyatı ilə oynayan “Meydan TV” kimi daxili düşmənlərimizdən qorunmaq zəruridir. Əgər əhalinin 95% Azərbaycanın ərazi bütövlüyü uğrunda qanından, canından keçməyə hazırdırsa, yerdə qalan 5% insanın ətrafında “niyə kimlərinsə balası şəhid olmur ?” kimi yazılarla insan itkisi üzərində cəmiyyətimizin həssas nöqtələrinə toxunaraq, yalnış fikrin formalaşdırılması düşmən dəyirmanına “su tökməkdən” başqa bir şey deyil. Belə informasiyalar həqiqətən ictimaiyyətin böyük əksəriyyəti tərəfindən müsbət qarşılanmır. Buna sübut olaraq, bu cür yazılara sosial şəbəkələrdə çoxsaylı insanın rəy bildirməsi həyata keçirilən hərəkətlərin kəskin pislənilməsidir.
Təbii ki, torpaq hamımızın torpağıdır. Əgər, kimsə vətənə olan xidmətdən hər hansı vasitə ilə yayınırsa, bu çox az faiz təşkil edir və mövcud hal əksəriyyətin fikrinin dayişilməsinə səbəb ola bilməz.
- Düşünmürsünüzmü ki, bu cür şəxslərin manipulyasiya dolu yayımları əslində düşmənə xidmət edir?
- Nəinki düşünürəm, hətta buna əminəm. Təbii ki, insan hissləri ilə oynamaq, yalan məlumatlar yaymaq, ictimaiyyətdə çaşqınlıq yaratmaq, insanlığa sığmayan xüsusiyyətlərdəndir. Hər bir şəhidimiz bütün cəmiyyətimiz üçün çox böyük itkidir. Bunu dəfn zamanı insanların izdihamından da görmək olardı.
Lakin, əfsuslar olsun ki, bu gün biz informasiya müharibəsində uduzuruq. Erməni saytları bu baxımdan daha güclü çalışırdı; hətta Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəkillərini paylaşaraq, öz adlarından vuruşaraq, qəhrəman olduğunu qeyd edirdilər. Olduqca gülünc bir mövqe idi əslində! Götürək elə onların havadarları qismində olan Lifenews müxbirinin əleyhimizə ajataj xarakterli reportajını. Mən burada aidiyyatı qurumları günahlandırıram.
Müqəddəs borcumdur...
- Xəyal Ramazanov səfərbərlik olduğu təqdirdə bu gün könüllü olaraq vuruşmağa hazırdırmı?
- Məqamında atılan addım daha yerinə düşür. Təbii ki, bir çoxları “hə” söyləsələr də, bu fikrin nə dərəcədə həqiqət olub-olmaması məhz səfərbərlik prosesi baş verən zaman bəlli olacaq. Mənə gəldikdə isə, atəşkəsin pozulması zamanı Müdafiə Nazirliyinin rəsmi saytında cənab nazir Zakir Həsənova yazılı müraciət ünvanlamışam. Orada adımı, soyadımı, qan qrupumu, qulluq etdiyim hərbi hissəni və s. qeyd etmişəm. Hesab edirəm ki, bu mənim müqəddəs borcumdur! Hal- hazırda isə öz çalışdığım sahədə Azərbaycanın keşiyindəyəm.
Şərq əlbəyaxa döyüş növləri...
- Nailiyyətlərinizi bizimlə bölüşərdiniz. İdman sahəsində hansı zirvələri fəth etmisiniz?

- Əslində idmana çox gənc yaşlarımdan başlamışam. Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olmuşam. Bunlardan bir neçəsini misal gətirə bilərəm. Karate ilə məşğul olan zaman, xətrini əziz saydığım Füzuli Musayevin rəhbərlik etdiyi Budakan klubunun adından yarışlara qatılmışam. Məsələn 30- 31 mart 2001-ci il tarixində 8-ci Azərbaycan çempionatında şəxsi kumitedə 75 kq çəki dərəcəsində 2-ci yeri tutmuşam.
Kikboksinq idman növü üzrə Gənclər arasında 26-29 mart 2003-cü il tarixində Gömrükçü klubundan məşqçi, dostum Pərviz Qəhrəmanovun səyləri nəticəsində 67 kq çəki dərəcəsində Azərbaycan çempionu olmuşam. Döyüş növləri üzrə bir sıra beynəlxalq turnirlərin qalibi, dünya kəmərinə sahib olmuşam, lakin 10 ildən artıqdır ki, işimlə ələqədar professional arenada çıxış etmirəm və yalnız öz saglamlığım naminə məşq edirəm.
- Övladlarınızdan idman sahəsinə yönələni varmı və bu sahədə onlara dəstək olursunuzmu?
- Üç övladımdan ikisi oğlandır. Birinci və ikinci siniflərdə təhsil alırlar. Düşünürəm ki, onlar üçün idman sahəsinə qatıılmaq hələ tezdir və bu baxımdan əsasən maraqlarını elmə yönəltmişəm. Lakin, gələcəkdə övladlarımın istəkləri və daxili potensiallarını nəzərə alaraq, hər hansı bir döyüş növünə mütləq yönləndirməyi düşünürəm.
İdman nailiyyətlərimi davam etdirməyi...
- Xəyal Ramazanov yenidən idman karyerasını davam etdirə bilərmi?

- İşimlə bağlı vaxt baxımdan hazırda uyğunlaşdırmaq çətin olsa da, idman sahəsində nailiyyətlərimi davam etdirməyi düşünürəm.
- Xəyal müəllimin ən böyük arzusu hansıdır?
- Hal-hazırda Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan düşünülmüş siyasətin müsbət nəticələnməsini arzu edirəm. Bir milyondan artıq qaçqının öz doğma yerlərinə qayıtmasını istəyirəm. Torpaqlarımızın geri qaytarılmasından sonra, qürurlu və alnıaçıq, azad ruhla yaşamağımızı diləyirəm. Möhtərəm prezidentimiz İlham Əliyevin sözlərinə tam dəstək olaraq, bu fikri bir daha sələndirmək istəyirəm; Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmağına imkan vermək olmaz!
Son olaraq, fikrimi ulu öndərimiz Heydər Əliyevin tarixi sözləri ilə bitirmək istəyirəm; onun fəxr etdiyi kimi, mən də fəxr edirəm ki, azərbaycanlıyam!

Aynur Nurlu














SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB