Qarabag Media
Haqqımızda Əlaqə

"Tez-tez məzhəb qardaşlığından,şiə dostluğundan danışan İran müsəlmançılığa barmaqarası baxdığını göstərdi."- Fazil Mustafayla müsahibə


Tarix:15-04-2016, 19:25 Kateqoriya:Manşet / Müsahibə

"Tez-tez məzhəb qardaşlığından,şiə dostluğundan danışan İran müsəlmançılığa barmaqarası baxdığını göstərdi."- Fazil Mustafayla müsahibə Karabakhmedia.az Dağlıq Qarabağda baş verən son proseslərlə bağlı "Bizim Yol" qəzetinin Böyük Quruluş partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafayla müsahibəsini təqdim edir.

- Dağlıq Qarabağda üç günlük müharibənin başlama səbəbi, nəticələri cəmiyyətin əsas müzakirə predmetidir. Ekspertlərin əsas qənaəti İlham Əliyevin ABŞ-da səfərdə olduğu zaman baş verən bu qarşıdurmanın Rusiya tərəfindən təşkil və idarə olunmasıdır. Siz necə düşünürsünüz, irimiqyaslı toqquşmaların baş vermə səbəbi nə idi?

- Bu, bilavasitə Azərbaycan tərəfinin erməni təxribatına cavabı, güc nümayişi idi. Çünki Ermənistan Rusiyaya arxayın olaraq, çox ərköyün davranır, istədiyi zaman atəşkəsi poza biləcəyini hesab edirdi. Amma bu dəfə elə olmadı, Azərbaycan tərəfi çox sərt şəkildə üslub ortaya qoydu və sübut elədi ki, hər hansı şəkildə tərəflərin toxunulmazlığına imkan verməyəcək. Nəticədə Azərbaycan bir neçə strateji nöqtəni ələ keçirdi. Bütövlükdə həm də Ermənistana bundan sonra bu qədər küstah davrana bilməyəcəyi mesajını verdi. Rusiya Ermənistanın dadına çatdı, onları dəstəklədi və nəticədə müharibəyə davam etmək mümkün olmadı. Çünki gizlətməli deyil ki, bu məsələdə Rusiyanın mövqeyi müəyyən mənada həlledicidir. Digər Qərb ölkələri də bu məsələdə Azərbaycana birmənalı, açıq dəstək vermədilər. Dəstək verilsəydi, daha çox torpağın işğaldan azad edilməsi istiqamətində müəyyən irəliləyişlər əldə etmək olardı.

- Cəbhədə baş verən hadisələrə cəmiyyətin reaksiyasını necə qiymətləndirirsiniz?

- Cəmiyyətin reaksiyası gözlədiyimizdən də yüksək oldu. İnsanlar qələbə əzmini yaşadıqlarını ortaya qoydular. Çünki indiyədək bu qədər məğlubiyyət sindromu yaşamış bir xalqın bu hadisələrdən qələbəyə hesablanan mesaj çıxarması çox faydalı idi. Ümid edirəm ki, bunun müsbət nəticələri gələcəkdə də olacaq. Hamı Azərbaycan ordusu ilə həmrəylik duyğusunu yaşadı. Artıq hər kəs gördü ki, ümumxalq dəstəyi olmadan bu prosesləri irəli aparmaq mümkün deyil. Müharibəni təkcə dövlət aparmır. Dövlətlə bərabər bu müharibənin içində cəmiyyətin bütün qüvvələri yer almalıdır. Orduda ruh yüksəkliyi yaradan da məhz bu amildir. Ümid edək ki, bundan sonrakı proseslərdə daha ordu quruculuğuna diqqət yetirəcək, dəstək verəcəklər. Azərbaycan cəmiyyəti öz torpaqlarının azad olunması istiqamətində müsbət bir təcrübə qazandı. Bu hadisələrin müsbət tərəfi də budur.

- Azərbaycan tərəfinin düşmən təxribatlarına cavab olaraq güc nümayiş etdirdiyini dediniz. Bu güc nümayişi diplomatik danışıqlara da təsir edəcəkmi?

- Hər halda təsir edəcək. Ona görə ki, ilk dəfə Azərbaycanın nə qədər sərt üslubda cavab verməsinin şahidi oldular. Artıq digər ölkələr də, Ermənistanın özü də riskə getməyə maraqlı olmayacaq. Biləcəklər ki, artıq Azərbaycan illərlə olduğu kimi hansısa bəyanatlarla, yaxud diplomatik gedişlərlə məsələyə müdaxilə etmək düşüncəsində deyil, birbaşa hərbi imkanlarından istifadə edərək, Ermənistana qarşı istənilən addımı atmağa qadirdir. Bu baxımdan, diplomatik danışıqlar da, manevr etmək də bizim gücümüzü qəbul etməyə əsas verir.

- Azərbaycan güc tətbiqini davam etdirə bilərmi?

- Nəinki davam etdirə bilər, hərbi güc tətbiqini davam etdirmək həm də Azərbaycanın borcudur. Nə qədər ki, torpaqlar işğaldan azad edilməyib, güc tətbiqi istənilən vaxt masanın üzərində olmalıdır

- Hazırda ATƏT-ə sədrlik edən Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 7 bəndlik plan hazırladığı bildirilir. Həmçinin Rusiya 5+2 variantı təklif edir. Sizcə, məsələnin həlli mərhələli şəkildə mümkündürmü, hansı həll variantı daha uyğundur?

- Rusiyanın təklif etdiyi variantın reallaşma imkanı Almaniyanın təklifindən daha çoxdur. Çünki Rusiya bu problemin yaradıcısıdır və onun həllində də aparıcı rol oynaya bilər. Amma hər zaman bunu Ermənistanın xeyrinə etdiyinə görə Rusiyaya güvənimiz yoxdur. Amma bütün hallarda, masa üzərinə təkliflər yatırılmayınca, fikir söyləmək olmaz. Sadəcə, köhnədən fikirlərimizdə yer alır ki, Rusiya, ATƏT və başqaları nə istəyir. Əsas problem budur ki, Ermənistan bunları istəmir. Ona görə də təkliflər masa üzərində olmayınca, fikir söyləmək boşuna vaxt itirməkdir.

- Yeni atəşkəs Azərbaycana nə vəd edir?

- Əslində, faktiki olaraq ölkədə atəşkəs yoxdur. Atəşkəs hər gün pozulur. İrimiqyaslı döyüş səhnələrinə şahid olmuruqsa, bu o demək deyil ki, atəşkəsə ciddi əməl olunur, yaxud da bu rejim mövcuddur. Buna baxmayaraq, biz bütün imkanlarımızı səfərbər edərək çalışmalıyıq ki, atəşkəs məsələsinin diqtəsi bizdə olsun. Necə ki, son hadisələrdə Azərbaycan birtərəfli qaydada atəşkəsə əməl edəcəyini bildirdi. Onu göstərdi ki, yəni bu məsələyə mən diqtə edə bilərəm. Bu səbəbdən atəşkəs qalıcı bir məsələ olmadığına görə ermənini məcbur etməliyik ki, özü könüllü şəkildə atəşkəsə əməl etsin.

- Dağlıq Qarabağda baş verən toqquşmalara qonşu dövlətlərin mövqeyini necə qiymətləndirirsiniz? Rusiya, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə də bu məsələ müzakirə edildi…

- - Bu, bilavasitə Azərbaycan tərəfinin erməni təxribatına cavabı, güc nümayişi idi. Çünki Ermənistan Rusiyaya arxayın olaraq, çox ərköyün davranır, istədiyi zaman atəşkəsi poza biləcəyini hesab edirdi. Amma bu dəfə elə olmadı, Azərbaycan tərəfi çox sərt şəkildə üslub ortaya qoydu və sübut elədi ki, hər hansı şəkildə tərəflərin toxunulmazlığına imkan verməyəcək. Nəticədə Azərbaycan bir neçə strateji nöqtəni ələ keçirdi. Bütövlükdə həm də Ermənistana bundan sonra bu qədər küstah davrana bilməyəcəyi mesajını verdi. Rusiya Ermənistanın dadına çatdı, onları dəstəklədi və nəticədə müharibəyə davam etmək mümkün olmadı. Çünki gizlətməli deyil ki, bu məsələdə Rusiyanın mövqeyi müəyyən mənada həlledicidir. Digər Qərb ölkələri də bu məsələdə Azərbaycana birmənalı, açıq dəstək vermədilər. Dəstək verilsəydi, daha çox torpağın işğaldan azad edilməsi istiqamətində müəyyən irəliləyişlər əldə etmək olardı.

- Cəbhədə baş verən hadisələrə cəmiyyətin reaksiyasını necə qiymətləndirirsiniz?

- Cəmiyyətin reaksiyası gözlədiyimizdən də yüksək oldu. İnsanlar qələbə əzmini yaşadıqlarını ortaya qoydular. Çünki indiyədək bu qədər məğlubiyyət sindromu yaşamış bir xalqın bu hadisələrdən qələbəyə hesablanan mesaj çıxarması çox faydalı idi. Ümid edirəm ki, bunun müsbət nəticələri gələcəkdə də olacaq. Hamı Azərbaycan ordusu ilə həmrəylik duyğusunu yaşadı. Artıq hər kəs gördü ki, ümumxalq dəstəyi olmadan bu prosesləri irəli aparmaq mümkün deyil. Müharibəni təkcə dövlət aparmır. Dövlətlə bərabər bu müharibənin içində cəmiyyətin bütün qüvvələri yer almalıdır. Orduda ruh yüksəkliyi yaradan da məhz bu amildir. Ümid edək ki, bundan sonrakı proseslərdə daha ordu quruculuğuna diqqət yetirəcək, dəstək verəcəklər. Azərbaycan cəmiyyəti öz torpaqlarının azad olunması istiqamətində müsbət bir təcrübə qazandı. Bu hadisələrin müsbət tərəfi də budur.

- Azərbaycan tərəfinin düşmən təxribatlarına cavab olaraq güc nümayiş etdirdiyini dediniz. Bu güc nümayişi diplomatik danışıqlara da təsir edəcəkmi?

- Hər halda təsir edəcək. Ona görə ki, ilk dəfə Azərbaycanın nə qədər sərt üslubda cavab verməsinin şahidi oldular. Artıq digər ölkələr də, Ermənistanın özü də riskə getməyə maraqlı olmayacaq. Biləcəklər ki, artıq Azərbaycan illərlə olduğu kimi hansısa bəyanatlarla, yaxud diplomatik gedişlərlə məsələyə müdaxilə etmək düşüncəsində deyil, birbaşa hərbi imkanlarından istifadə edərək, Ermənistana qarşı istənilən addımı atmağa qadirdir. Bu baxımdan, diplomatik danışıqlar da, manevr etmək də bizim gücümüzü qəbul etməyə əsas verir.

- Azərbaycan güc tətbiqini davam etdirə bilərmi?

- Nəinki davam etdirə bilər, hərbi güc tətbiqini davam etdirmək həm də Azərbaycanın borcudur. Nə qədər ki, torpaqlar işğaldan azad edilməyib, güc tətbiqi istənilən vaxt masanın üzərində olmalıdır

- Hazırda ATƏT-ə sədrlik edən Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 7 bəndlik plan hazırladığı bildirilir. Həmçinin Rusiya 5+2 variantı təklif edir. Sizcə, məsələnin həlli mərhələli şəkildə mümkündürmü, hansı həll variantı daha uyğundur?

- Rusiyanın təklif etdiyi variantın reallaşma imkanı Almaniyanın təklifindən daha çoxdur. Çünki Rusiya bu problemin yaradıcısıdır və onun həllində də aparıcı rol oynaya bilər. Amma hər zaman bunu Ermənistanın xeyrinə etdiyinə görə Rusiyaya güvənimiz yoxdur. Amma bütün hallarda, masa üzərinə təkliflər yatırılmayınca, fikir söyləmək olmaz. Sadəcə, köhnədən fikirlərimizdə yer alır ki, Rusiya, ATƏT və başqaları nə istəyir. Əsas problem budur ki, Ermənistan bunları istəmir. Ona görə də təkliflər masa üzərində olmayınca, fikir söyləmək boşuna vaxt itirməkdir.

- Yeni atəşkəs Azərbaycana nə vəd edir?

- Əslində, faktiki olaraq ölkədə atəşkəs yoxdur. Atəşkəs hər gün pozulur. İrimiqyaslı döyüş səhnələrinə şahid olmuruqsa, bu o demək deyil ki, atəşkəsə ciddi əməl olunur, yaxud da bu rejim mövcuddur. Buna baxmayaraq, biz bütün imkanlarımızı səfərbər edərək çalışmalıyıq ki, atəşkəs məsələsinin diqtəsi bizdə olsun. Necə ki, son hadisələrdə Azərbaycan birtərəfli qaydada atəşkəsə əməl edəcəyini bildirdi. Onu göstərdi ki, yəni bu məsələyə mən diqtə edə bilərəm. Bu səbəbdən atəşkəs qalıcı bir məsələ olmadığına görə ermənini məcbur etməliyik ki, özü könüllü şəkildə atəşkəsə əməl etsin.

- Dağlıq Qarabağda baş verən toqquşmalara qonşu dövlətlərin mövqeyini necə qiymətləndirirsiniz? Rusiya, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə də bu məsələ müzakirə edildi…
- İran bu məsələdə bitərəf qaldığını bildirdi. Açıqladı ki, müsəlmanla müsəlmanı qətlə yetirənin onun üçün heç bir fərqi yoxdur. Bununla da müsəlmançılığa barmaqarası baxdığını göstərdi. Çünki tez-tez məzhəb qardaşlığından, şiə dostluğundan, Azərbaycanın bəzi yerlərində bunların qardaşlarının hüquqlarının pozulmasından bəhs edən bu mollalar bu dəfə də özlərinin müsəlmanları qətlə yetirən ermənilərə müəyyən dərəcədə bərabər məsafədə durduğunu bəyan etdilər. Problemin kökü budur və İranın mövqeyi açıq-aşkar Ermənistana lazım olan mövqedir. Ermənistanı müdafiə etdiyini açıq söyləyə bilmir, amma neytral qalmağı Ermənistanı müdafiə etmək kimi bir şeydir.

- Partiya sədri və deputat olaraq Dağlıq Qarabağ probleminin həll olunması üçün hansı variantı daha uyğun görürsünüz?

- Bunu söyləməkdə çətinlik çəkirəm. Çünki həm hərbi, həm də diplomatik variantın aktuallığı qalır. Amma variantdan daha çox, xalqın bu prosesdə səmərəli, effektli iştirakını vacib sayıram. Yəni variantdan çox metod vacibdir. Metod olandan sonra konkret vəziyyətə görə variant tapılacaq.




Rəşad VAQİFOĞLU

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında
"Sarı Aşıqdan Aşıq Şəmşirə girov ruhlar işığında" layihəsi çərçivəsində tədbir keçirilib
İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib