Qarabag Media
Haqqımızda Əlaqə

Kiçik pozuntulara görə cəzalar aradan qaldırılacaq


Tarix:14-04-2016, 17:33 Kateqoriya:Manşet / Hüquq

Kiçik pozuntulara görə cəzalar aradan qaldırılacaqAzərbaycanda Cinayət Məcəlləsinin dekriminalizasiyası məsələsi gündəmə gəlib. Karabakhmedia.az bildirir ki, məsələ ölkə başçısı İlham Əliyevin Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbulu zamanı səsləndirilib.

Görüş zamanı İlham Əliyev deyib: “Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq. Kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır. Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq”.

Ümumiyyətlə, dekriminalizasiya hər hansı fəaliyyətin cinayət əməli siyahısından çıxarılaraq ona qarşı cinayət məsuliyyətinin digər, məsələn, inzibati məsuliyyət ilə əvəzlənməsi deməkdir. Bir sıra postsovet ölkələrində, o cümlədən Rusiyada mütəmadi olaraq dekriminalizasiya prosedurları gerçəkləşdirilir və köhnə qanunvericilikdə cinayət sayılan bir sıra əməlləri inzibati məsuliyyətlə əvəz edirlər. Fevral ayında Rusiyada gündəmə gələn dekriminalizasiya təklifi nəticəsində cinayət işi üzrə məhkəmə prosedurlarının ildə 300 min, yəni təxminən 25 faiz azalması düşünülür.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
Elza Seyidcahan deputatlığa namizəd oldu
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib