Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün məlum olan ən qədim Qasımuşağı xalçasının çeşnisi

Tarix:9-04-2016, 13:05 Baxış Sayı:2307 Kateqoriya:Manşet, Bölgə Özəlliyi

Bu gün məlum olan ən qədim Qasımuşağı xalçasının çeşnisi “Qasımuşağı xalçaları” termini dilimizə bu xalça çeşnilərinin formalaşmasından çox-çox sonra meydana gəldi. Qasımuşağı tayfası tərəfindən xovsuz və xovlu xalçaların istehsal edilməsi xalçaçılığın ilkin dövrlərində özünü göstərmiş və hayların Qarabağı ərazisinin işğalına qədər davam etmişdir. Bu termin özündə çox sadə və gözəl tərtibata xas olan müxtəlif çeşnilərdən başlayaraq müasir mürəkkəb qurluşa malik xalça çeşnilərini özündə cəmləşdirir.

Qasımuşağı tayfasının yaşlı üzvləri arasında aparılan araşdırmalardan məlum olmuşdur ki, bu xalçaların qədim adı qədim “Qasımuşağı tikmələri”ndən formalaşdığından “Tikmə gəbə” (“Tikmə xalça”) olmuşdur. Lakin əsrlər ötdükcə xalçada olan ağ yerlikli qollar diqqəti daha çox çəkdiyi və bu xalçalara xas olduğu üçün qocaman xalça toxuyanlar xalçaya ikinci adı “Ağqol gəbə” (“Ağqol xalça”) adını verdilər. Və nəhayət yaxın və uzaq ərazilərdə “Qasımuşağı xalçaları” adını daşıdı. XIX əsrin ortalarında Avropalı sənətşünaslar xalçaçılıq sənətini araşdıran zaman bu adı öz dillərinə uyğun səsləndirməyə başladılar. Ən çox istifadə edilən ad isə “Kasim Ushak” forması oldu.

İlk zamanlar ənənəvi adət-ənənələrə uyğun şəkildə döşəmə, divar, giriş qapısı, pəncərə, taxt, masa və s. örtüklər kimi işlədilməklə yanaşı həm də bəzək əşyaları sayılırdı. Gündəlik həyatın bir hissəsinə çevrilən xalçaçılıq Qasımuşağı tayfasında hər bir ailədə qadınların ən sevimli məşğuliyyət növlərindən biri idi. Adətə görə deyikli və nişanlı qızlar cehiz xalçasını özü toxumalı idi.

Dünya xalçaları arasında unikal bir əsər sayılan “Qasımuşağı xalçaları”nda istifadə edilən hər bir müqəddəs motiv və fiqur bu tayfa və ya qəbilənin həyatında qədimdə baş verənləri, inamlarını və qədim əcdadlarının dini təsəvvürlərini təqdim edir və xalça nümunələrinə nəzər salmaqla müəyyən etmək mümkündür ki, bu xalça çeşnisində istifadə edilən motiv və naxışların tarixi eramızdan əvvəlki dövrlərə təsadüf edir. Bir sözlə bu çeşni keçmişi özündə əks etdirən ən qədim əsrlərdən bizə gəlib çatan bir sənət əsəri olmaqla yanaşı həm də əvəz edilməz bir sənəddir.

Bu tikmə və xalçaların ilkin tam və ya natamam forması bu günə qədər də dəqiqləşdirilməmiş və araşdırılmamış şəkildə qalır. Bu gün bizə məlum olan ən qədim Qasımuşağı xalçasının çeşnisi isə şəkildə verilən xalçadır. Xalçanın toxunuşu zamanı kobud səhvlərə yol verilmişdir. Toxunma tarixi tam dəqiq məlum olmasa da xalçaşünasların bir çoxu bu xalçanın XVII əsrə aid olduğunu təxmin edir, bəziləri isə onun toxunma tarixinin daha qədim dövrlərə təsadüf etdiyini iddia edirlər. Xalçanın çeşnisinə diqqət yetirdikdə onun qədimiliyi bir daha aydın sezilir və qeyri-adiliyi ilə digər çeşnilərindən fərqlənir.

Qeyd edək ki, bu xalça öz çeşnisinə görə deyil, stilinə görə qədim İtaliya xalçaları ilə müəyyən mənada eynilik təşkil etsə də, onlardan çox fərqlənir. Məşhur motivasiya ustası hesab edilən Mişel Fransıza (Michael Franzese) görə xalça öz çeşnisinə görə tam türkman adət-ənənəsinə uyğun şəkildə toxunmuşdur.

Xalçanın yan haşiyələri yetərincə XVIII və XIX əsr Qasımuşağı xalçalarından fərqlənsədə daxili dizayn olduğu kimi saxlanmışdır. S-ə bənzər qollar isə gölə bərkidilmişdir. Qırmızı yerlikli xalçada astral, zomorfik, həndəsi fiqurlarla yanaşı dekorativ elementlərdən istifadə edilmişdir.

Sultan HÜMBƏTOV

SON XƏBƏRLƏR
TORPAĞINA BAŞ ƏYƏRƏM EY VƏTƏN !
Bu gün Böyük Turançı Ziya Gökalpın doğum günüdür
Qubadlı rayon Tarix-Diyarşünaslıq muzeyi
Dağların Laçın aşığı - FOTO
“DQR”in sabiq “müdafiə naziri” saxlanılıb
Yeni dərs ili üçün tələbə qəbulu qaydaları açıqlandı
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu
21 Azər soyqırımı haqqında kitab işıq üzü görüb
Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması? - I yazı
Diaspor sədri Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalda olub
Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş etdiriləcək
Novruz bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilib
“Hiss edirsən ki, yaz gəlir, o, yaz ki…” – DEPTATNDAN “NOVRUZ” TƏBRİKİ
Həm vuranıq, həm hədəfiz biz!
Haşimov, vot vaşi artilleriya!
Dillərin toqquşması: İranda yaşayan Türklərin arasındakı ikidilliliyə ötəri bir baxış
Azərbaycanda Novruz bayramı qeyd olunur
Suriya rəhbərliyi BMT-nin xüsusi elçisini qəbul etməkdən imtina edib
Azərbaycan Cümhuriyyətini devirmək üçün «Qarabağ qiyamı»
Metroda baş verən terror aktından 23 il ötür
Bakıda DYP avtomobili ağır qəza törətdi: Yaralılar var
Ermənilərin gözü qarşısında onların bayrağına tüpürən azərbaycanlı əsir
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi - FOTOLAR
Tramp: “Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”
Müdafiə naziri bir qrup hərbi qulluqçuya "polkovnik" hərbi rütbəsi təqdim edib
Türkiyənin məşhur jurnalistləri Bilik Fondunda oldular
Faiq Ələkbərli Ankarada Türk Birliyindən, Konyada isə Alparslan Türkeşdən danışacaq
Evini satıb Qarabağ haqqında film çəkdi
Bakıda Macarıstan Günləri keçirilib