Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyaya qarşı savaşan Nobel


Tarix:13-10-2015, 07:30 Kateqoriya:Manşet / Yazarlar

Rusiyaya qarşı savaşan Nobel

Oqtay QORÇU

Son illər bu barədə çox deyilib, çox yazılıb. Artıq hər şey məlumdur, namizədlərin seçimində yazılmamış qanunlara mütləq əməl edilir. Ədəbiyyat nominasiyası üzrə namizədlərin çək-çeviri lap hay-küylü olur. Zaman-zaman bu yüksək mükafata layiq görülmüş onlarla yazar var ki, həqiqətən də Nobel mükafatı onların halal haqqı təki dəyərləndirilməlidir. Bu baxımdan iki rus yazıçısını xatırlamaq, özü də 2015-ci ildə, lap yerinə düşərdi. Siyasi baxışlarına görə bir-birinin düşməninə çevrilən, bir-birini satqınlıqda, ədəbi oğurluqda, istedadsızlıqda, hətta vətənə xəyanətdə ittiham edən, ölənədək söz savaşı aparan iki əbədi düşmən — sovet yazıçısı Mixail Şoloxov və Sovet İttifaqından sürgün olunmuş Aleksandr Soljenitsın 1970-ci illərdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdülər. Təkzibedilməz bir faktdır ki, yazıçı Soljenitsını bu mükafata addım-addım yaxınlaşdıran əsas səbəb onun antisovet mövqeyi olmuşdu. Soljenitsın istedadsız deyildi, ədəbiyyatda böyük zəhməti vardı. “Sakit Don”un müəllifi Şoloxov da rəqibi kimi salnaməçi yazar sayılırdı, ancaq Şoloxovun Nobel mükafatını qazanmasının yeganə bir səbəbi vardı ki, bu da yazıçı üçün böyük bir qiymət, həm də bəraət hesab oluna bilər. Ədəbi aləm və Nobel komitəsi danılmaz ədəbi fakt, böyük yazıçı qarşısında durduqlarını, nəhayət ki, qəbul etdilər və beləliklə, sovet yazıçısı Mixail Şoloxov da ən yüksək ədəbi mükafata — Nobelə layiq görüldü. İndi də Soljenitsının ictimai-siyasi xidmətlərindən söz açırlar, böyük rus yazıçısı Mixail Şoloxovu isə oxuyurlar.

Yazıçının ədəbi ömrünü uzadan, onu unudulmaz edən bioqrafiya, yaxud mükafatlar deyil. Yazıçı oxunaqlı əsərləriylə xatırlanır. Və bir daha dahi Tostoy uzaqgörənliyi yada düşür – o, Nobeldən imtina etmişdi.

2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatına rusdilli ədəbiyyatın klassiklərindən olduğu iddia edilən, “Müharibənin qadın siması yoxdur”, “Sink oğlanlar” əsərlərinin, məşhur “Çernobıl duası” hekayəsinin müəllifi Svetlana Aleksiyeviç layiq görüldü. Adı namizədlər siyahısında olan amerikalı canlı klassik Rilin Rot, Norveç ədəbi aləminin fəxri, dramaturq Yun Fosse kənarda qaldılar. Onların ədəbiyyat üzrə Nobel mükafatına ən şanslı namizədlər olduğuna çoxları şübhə etmirdi…

Belə alındı. “Kişilər paxıllıqdan partlasınlar” söyləyən, sayca 14-cü Nobelçi qadın olan belaruslu yazıçının Nobelə layiq görülməsində bir yandan qeyri-adi heç nə yoxdur. O biri yandan da bu, gözlənilməz və təəccüblü xəbərdir. Nobel komitəsi hər zaman sürprizləri sevib. Ödülə namizədlərin heç birinin yaradıcılığı, fəaliyyəti, böyüklüyü danılmasa da, bu beynəlxalq təşkilat, yəni Nobel laureatlarını müəyyənləşdirən İsveç Akademiyası piar işini ustalıqla aparır. Bəzən mükafatı alacaq real namizədin adı arxa planda saxlanır. Akademiyanın istedad sahibini daha çox mənsub olduğu siyasi, ictimai mövqeyinə görə müəyyənləşdirdiyi daha heç kimə sirr deyil. Sülh nominasiyasında olduğu kimi ədəbiyyat üzrə də Nobel mükafatının verilməsi bir siyasi akta, hər hansı təbliğatın, yaxud anti-təbliğatın gücləndirilməsinə xidmət edən bir aksiyaya çevrilib.

…Və bu vəziyyətdən yararlanmaq mümkündür.

Prosesin gedişi göstərir ki, yaxın zamanlarda Nobelə layiq görüləcək azərbaycanlı, gürcü, çeçen, erməni yazarların, ziyalı və alimlərin, eləcə də siyasi müxaliflərin axtarışına başlanacaq.

Nə qədər ki, iki fövqəldövlət – Rusiya və ABŞ üz-üzə dayanıb, nə qədər ki, Rusiya cəng meydanından çəkilməyib, bizlər də Nobelə gedən yoldan, verilən fürsətdən istifadə edək. Biz ki bu mükafata həqiqətən də layiqik… Alaq da, niyə də olmasın?..

Bakıda Nobel prospekti var.
(Novator.az)










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı