Qarabag Media
Haqqımızda Əlaqə

Ordumuzun düşməni qorxuya salan artilleriyası OS-1A `Solntsepyok` - (FOTO-VİDEO)


Tarix:8-04-2016, 21:36 Kateqoriya:Manşet / Araşdırma

Ordumuzun düşməni qorxuya salan artilleriyası OS-1A `Solntsepyok`  - (FOTO-VİDEO) Cəbhədə gedən döyüşlərdə erməni mövqelərinə atış açan silahlarımızdan biri də TOS-1A “Solntsepyok” (Günəş alovu) yaylım atəşi sistemidir. Bu ağır atəş sistemi düşmənin canlı qüvvəsini, açıq və qapalı atəş nöqtələrini sıradan çıxarmaq üçündür. O cümlədən, zirehli texnikanı məhv etməyə də qadirdir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Azərbaycan Rusiyadan 12 ədəd TOS-1A alıb. Bizdən başqa Qazaxıstan və İraq bu silahdan alıblar. Rusiyanın özündə bu silah 2001-ci ildə ordunun cəbbəxanasına daxil edilib.

Karabakhmedia.az xəbər verir ki, TOS-1A daha öncə istehsal olunan və şərti adı “Buratino” olan TOS-1 yaylım atəşi sisteminin təkmilləşdirilmiş formasıdır. Sistem T-72 tankının şassisi üzərində yığılıb. İdarə olunmayan raketlərlə atış açan bu sistem dağlıq ərazilərdə daha effektivdir.

2001-ci ildə “Buratino” modernizasiya olundu və “Günəş alovu” (Solntsepyok) adlanmağa başladı. Yeniləşmiş `TOS-1A` yaylım atəşi sistemi 24 raketi 6 kilometrə qədər məsafəyə ata bilir.

Maşın dayanandan sonra 90 saniyə ərzində atəş açmağa hazır olur. Raketlər tək-tək atılırsa, hər 6 saniyədən, cüt-cüt atılırsa, hər 12 saniyədən bir atəş açmağa qadirdir. Raketlərin çapı 220, uzunluğu isə 3300 millimetrdir. 173 və 217 kiloqram ağırlığında iki variantı var. Termobarik raketlər düşdükləri nöqtədə böyük dağıdıcı təzyiq və temperatur yaratmaqla güclü partlayış törədir.

Atəşin idarə olunması sisteminə optik nişangah, lazer məsafəölçəni daxildir. Onun köməyilə hədəfin yeri 10 metr xəta ilə müəyyən edilir. Bu məlumat avtomatik olaraq bort kompüterinə ötürülür və hədəf nişana alınır. Sistem atəşin dəqiqliyini təmin etmək üçün əlavə yardımçı vasitələrə də malikdir.

Ordumuzun düşməni qorxuya salan artilleriyası OS-1A `Solntsepyok`  - (FOTO-VİDEO)

Ordumuzun düşməni qorxuya salan artilleriyası OS-1A `Solntsepyok`  - (FOTO-VİDEO)




Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”