Qarabag Media
Haqqımızda Əlaqə

“Döyüş yolum Zəngilan, Qubadlı, Laçın və Füzulidən keçdi”


Tarix:5-04-2016, 23:42 Kateqoriya:Manşet / Müsahibə

“Döyüş yolum Zəngilan, Qubadlı, Laçın və Füzulidən keçdi”Elçin Məmmədli: “Müdafiə Nazirliyinə zəng edib döyüşə yollanmağa hazır olduğumu bildirdim”

Son günlər Qarabağda baş verən hadisələr bütün Azərbaycan xalqının diqqət mərkəzindədir. Ermənilərin məkrli planı ordumuzun qüdrəti sayəsində darmadağın edilmişdir. Böyük qüvvə ilə üstümüzə gələn erməniləri sözün əsl mənasında ordumuzun əsgər və zabitlərinin hünəri, cəsarəti peşman etmişdir. Ordumuzun əks hücumu nəticəsində ermənilərin işğal etdiyi bir neçə kəndimiz və strateji əhəmiyyətli yüksəkliklər azad edilmişdir. Bu hücumlarda ordumuz 12 şəhid vermişdir. Amma erməni tərəfinin 100-dən çox əsgər və zabiti məhv edilmişdir. Bundan əlavə, düşmən ordusu çoxlu sayda tank, artilleriya qurğularını da itirmişdir. Övladlarını itirən erməni anaları bu itkilərə etiraz olaraq Ermənistanın Müdafiə Nazirliyi qarşısında aksiya keçirmişlər. Ermənistan prezidenti çoxsaylı itkiləri kiçiltdiyindən Təhlükəsizlik Şurasının üzvlərini yığdığı iclasda bir az da kiçilmişdir və az qala oturduğu kürsüdən boyu çıxmırdı.

Aprelin 1-dən 2-sinə keçən gecə isə baş verən şiddətli döyüş barədə Ali Baş Komandan, prezident cənab İlham Əliyev haqlı olaraq demişdir: “Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Qarabağdan rədd olsun”.

Prezidentin Ali Baş Komandan kimi qətiyyətli mövqeyi, ordumuzun qəhrəmanlığı xalq arasında vətənpərvərlik hissini olduqca gücləndirmişdir. Bu gün böyük gənclər ordusu, hətta keçmiş döyüşçülər də Qarabağdakı savaşa can atırlar.

Biz də keçmiş döyüşçü, Haramı düzü, Zəngilan, Qubadlı, Laçın və Füzulidə topçu batareyasının komandiri kimi döyüş yolu keçmiş “Təzadlar”ın əməkdaşı Elçin Məmmədlinin son hadisələrlə bağlı mövqeyni öyrənmdik.

- Elçin bəy, yəqin ki, Qarabağda baş verən son hadisələri izləyirsiniz. Bilirik ki, ordumuzun Qarabağdakı uğurları keçmiş döyüşçü kimi sizi sevindirir...

- Bu uğurlar nəinki məni, bütün Azərbaycan xalqını, həmçinin dünyada yaşayan bütün azərbaycanlıları sevindirir. Mən bir döyüşçü kimi həmişə inanmışam ki, ordumuz çox qüdrətlidir və düşmənə layiq olduğu cavabı verməyə hazırdır. Ordumuzun son uğurları isə mənim bu inamımı daha da möhkəmləndirdi.

- Hazırda Qarabağda döyüşlər gedərkən hansı hisslər keçirirsiniz?

- Hansı hisslər keçirə bilərəm? Əlbəttə, arzulayıram ki, bu saat həmin döyüşən əsgərlərin arasında olum. Mən 1992-ci ildə könüllü olaraq Qarabağa döyüşə yollanmışam. Mənim bu istəyim Qaradağ rayon hərbi komissarlığına 5 dəfə müraciətimdən sonra reallaşdı. Bakıda yerləşən “N” saylı artilleriya briqadasının tərkibində topçu batareyasının komandiri kimi ilk döyüşə 1992-ci ilin iyulunda Haramı düzündən başladıq. Xocavənd (keşmiş Martuni) istiqamətində gedən döyüşlərdə düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını, həmçinin böyük mərmi bazasını darmadağın etmişik. Sonrakı döyüş yolumuz Zəngilan, Qubadlı, Laçın və Füzulidən keçdi. 1992-ci ilin sentyabr-oktyabr aylarında Laçın dəhlizinin qorunmasında və düşmənin Zabuxdan keçib Qarabağa gəlmək istəyən texnikalarının vurulmasında mənim komandiri olduğum batareyanın böyük xidmətləri var. Həmin illərdə topladığımız döyüş təcrübəsini bu gün Qarabağda tətbiq etməyə hazırıq.

- Maraqlıdır, bu təcrübənizi indiyə qədər hər hansı hərbi hissədə və ya gənclərlə görüşlərdə bölüşmüsünüzmü?

- Mən buna həmişə hazır olmuşam. Bu barədə dəfələrlə Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəsmi qaydada müraciət etmişəm ki, həm bir jurnalist, həm də keçmiş döyüşçü kimi hərbi hissələrdə keçirilən görüşlərdə, müxtəlif toplantılarda vətənpərvərlik hissinin aşılanması üçün ordumuzun və dövlətimizin təbliğinə həmişə hazıram. Bütün koordinatlarımı verib xahiş etmişəm ki, belə tədbirlərə məni dəvət etsinlər və heç bir təmənnasız əsgərlərimizə vətənpərvərlik hissinin aşılanması üçün əlimdən gələni etməyə hazıram. Çox təəssüf ki, hələ bir dəfə də olsun belə dəvət almamışam. Özünüz yaxşı bilirsiniz ki, Azərbaycan ədəbiyyatını və xüsusilə, vətənpərvərlik şeirlərini yaxşı bilirəm. İstərdim ki, bu bilik və bacarığımdan istifadə edərək gənc əsgərlərimiz arasında vətənə məhəbbət hissini daha da yüksəldim. Görünür, hələ bunu məsləhət bilməyiblər.

- Elçin bəy, bilirik indi 57 yaşınız var. Bəs bu gün necə, çağırsalar döyüşə gedərsinizmi?

- Mən 1992-ci ildə döyüşə gedəndə 32 yaşım vardı. Aradan keçən bu 25 ildə sağlamlığımda heç bir problem olmayıb. Ona görə də bu dəfə dəvəti gözləmədən, 1992-ci ildə olduğu kimi, könüllü olaraq bu gün (dünən) Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İsa İsmayılova zəng edib döyüşə yollanmağa hazır olduğumu bildirdim. Təbii ki, jurnalist kimi yox, yenə də döyüşçü kimi Qarabağa getməyə hazıram. Vətən bizimdir. Birinci döyüşdən yarımçıq qalan işlərimizi, yəni Qarabağın işğaldan tam azad olunma prossesini başa çatdırılmasında iştirak etmək istəyirəm. Ona görə də, qeyd etdiyim kimi, Müdafiə Nazirliyinə müraciət etdim, İsa müəllim də qəzetin adını və mənim koordinatlarımı qeyd edərək bildirdi ki, rəhbərliyə bu barədə məruzə ediləcək. İndi gözləyirəm. Nə vaxt çağırış gəlsə, yenidən döyüşə atılmağa hazıram.

- Sizin bu arzunuz təqdirəlayiqdir. Amma ordumuzun son uğurları göstərdi ki, düşmənə sarsıdıcı zərbə endirə biləcək gənc əsgər və zabitlərimiz yetərincədir. Yəqin ki, sizin kimi keçmiş döyüşçülərin köməyinə ehtiyac duyulmaz. Biz sizə ancaq Qarabağ işğaldan azad olunandan sonra Şuşaya taxılmış Azərbaycan bayrağını görməyi arzu edirik.

- Mən 1992-ci ilin dekabrında döyüşən əsgərlərimiz və uğurlarımız barədə mətbuatda yazı dərc etdirmişdim. Həmin yazının sonunda belə bir cümlə yazmışdım: “Qarabağ işğaldan azad olunandan sonra Şuşada keçiriləcək qələbə paradında toplardan açılan yaylım atəşlərini görmək istəyirəm”. Artıq o vaxt yaxınlaşır. Ali Baş Komandan, prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində o günü tezliklə görəcəyik.

- Bütün Azərbaycan xalqına o qələbə gününü görməyi arzulayırıq. Elçin bəy, Qarabağ haqqında fikirlərini bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm.
/tezadlar.az/

XALİQ










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB