Qarabag Media
Haqqımızda Əlaqə

`Lələtəpənin alınması düşməni gizli cəmləşmə imkanlarından məhrum edir...`- Ehtiyatda olan POLKOVNİK


Tarix:3-04-2016, 22:56 Kateqoriya:Manşet / Müsahibə

`Lələtəpənin alınması düşməni gizli cəmləşmə imkanlarından məhrum edir...`- Ehtiyatda olan POLKOVNİK Talış və Seysulan uğrunda döyüşlərin tarixçəsi…

Aprelin 1-dən 2-ə keçən gecə erməni hərbi birləşmələrinin Tərtər-Ağdərə və Füzuli-Cəbrayıl istiqamətindəki təmas xətti boyu mövqelərimizə hücumları və yaşayış məntəqələrimizi artilleriya atəşinə məruz qoyması dinc sakinlərin həlak olması və yaralanmasıyla nəticələndi. Bundan sonra ciddi cavab tədbiri görən milli ordumuzun hərbi hissələri bir neçə yaşayış məntəqəsini və yüksəkliyi düşməndən geri almağa nail oldular.

Müdafiə Nazirliyinin rəsmi məlumatında azad edilmiş məntəqələrimiz sırasında adları çəkilən: Tərtər rayonunun daha çox atəşə məruz qalan Qapanlı kəndi ilə üzbəüz Seysulan məntəqəsi, Talış kəndi ətrafındakı yüksəkliklər və Füzuli istiqamətindəki Lələtəpə yüksəkliyidir. Hər üçü son 22-23 il ərzində ermənilərin istehkamlar quraraq dinc sakinlərimizi atəşə tutduğu strateji nöqtələrdir. Həmin məntəqə və yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi böyük uğurdur. 12 hərbçimizin şəhadəti, neçə oğlumuzun fədakarlığı və yaralanması sayəsində azad edilmiş adı çəkilən məntəqələrin strateji əhəmiyyəti və 1992-1994-cü illərdə həmin mövqelər uğrundakı döyüşlərin tarixçəsi barədə ətraflı məlumat əldə etmək üçün “Dəyirman”ımıza artıq illər boyu hərbçi ekspert kimi özünü təsdiqləmiş Qarabağ qazisi, keçmiş 123-cü alayın qərərgah rəisi, polkovnik Nazim Bayramovu dəvət etdik.

“Xocalı faciəsi günü bizimkilər Seysulana hücum etmişdi...”

-Nazim bəy, öncə 3-cü onillikdir ki, erməni hərbi birləşmələrinin Tərtərin kəndləri, xüsusən Qapanlıdakı dinc soydaşlarımızın atəşə tutulduğu Seysulan kəndinin strateji əməhiyyəti və həmin məntəqə uğrunda igid oğullarımızın 1990-cı illərdə apardığı döyüşlərin tarixçəsi barədə danışardınız?

- Əlbəttə, Seysulanın alınması o ərazidəki cəbhə xəttinin konfiqurasiyasını xeyrimizə dəyişməklə, düşmənin digər mövqelərinin cinahlarına daim təhdid yaratmaq imkanı verir. Sovet dövründə Seysulan kəndində ermənilər yaşayırdılar. Erməni terrorçu qüvvələrinin cəmləşdiyi Seysulana ilk hücüm, Xocalıya hücuma keçmiş düşmən qüvvələrini yayındırmaq məqsədilə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş tutmuşdu. Hücumu Tərtərin o vaxtkı polis rəisi polkovnik Ələsgər Əliyev və müavini Rasim Vəliyev təşkil etmişdi. Əməliyyatı bilavasitə “Milli Qurtuluş” batalyonunun komandiri Cahangir Kərimov, müavini Fuad Rzayev, “Azadlıq” batalyonun komandiri Ələmşah Məmmədov öz dəstələriylə həyata keçirmişdilər. Döyüşdə Tərtər polis bölməsi və Seyidimli, Cəmilli rotalarının döyüşçüləri də iştirak etmişdilər. Kənd ermənilərdən azad edilmiş və düşmənin atəş nöqtələrinin susdurulması nəticəsində yandırılmışdı. Təəssüf ki, “Qurtuluş” batalyonunun komandiri Cahangir Kərimov və həmin batalyonun döyüşçüsü İlqar Hüseynov (Bakının Saray qəsəbəsindən) şəhid olmuşdular...

O zamandan Seysulanda yaşayış olmayıb. 1993-cü ildə isə kənd yenidən ermənilərin əlinə keçmişdi. Bu günədək oradan düşmənin müdafiə xətti keçirdi...

“1992-ci il iyunun 16-da Talış kəndini aldıq, lakin...”

-Bəs ermənilərin Goranboy və Naftalan üçün təhlükə mənbəyinə çevirdiyi Talış kəndində 22-24 il öncə nələr baş verirdi?

-Talış adlanan və ermənilər yaşayan kəndin üstündəki yüksəklik Tapqaraqoyunlu- Borsunlu- Torpaq-Təpə- Tərtər- Goranboy yolu boyu Tərtərin kəndlərini əhatə edən ərazilərin komanda yüksəkliyidir. O vaxt izibati cəhətdən Ağdərəyə aid olan Talış kəndi və həmin yüksəklik ilk dəfə “Şaumyan” əməliyyatının davamında 1992-ci il iyunun 16-ı Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandiri olduğum tank batalyonu tərəfindən Tapqaraqoyunlu istiqamətindən birgə sürətli hücum nəticəsində alınmışdı. Daha sonralar(səhv etmirəmsə, 1994-cü ildə) yüksəklik itirilmişdi. Bu strateji mövqeni geri qaytarmaq məqsədilə həmin ildə edilmiş şiddətli hücumlar da nəticə verməmişdi. Hərbi əhəmiyəti ilə bərabər, məhz yuxarıda göstərdiyim səbəbdən də Talış kəndi ətrafındakı yüksəkliklərin bu gün ordumuz tərəfindən alınması böyük uğur hesab olunmalıdır...

“Lələtəpənin alınması düşməni gizli cəmləşmə imkanlarından məhrum edir...”

-Füzuli-Horadiz istiqamətindəki Lələtəpə yüksəkliyi barədə nə deyə bilərsiz?

-Horadiz yaxınlığında tutulmuş Lələtəpə yüksəkliyi 1994-cü ilin Horadiz əməliyyatı zamanı Azərbaycan ordusunun nəzarətinə keçmiş, lakin sonra itirilmişdi. Yüksəklik ordumuza Horadiz qəsəbəsinə qədər ətraf əraziləri bilavasitə müşahidə və atəş nəzarətinə almağa imkan verir, uzaq məsafələrdə belə, düşməni gizli cəmləşmə və hərəkət imkanlarından məhrum edir...

“Seysulanda 15-ə yaxın erməni yaraqlısı məhv edildi...”

-Nazim bəy, 1992-ci ildə Seysulan və Talış azad edilərkən ordumuz təxminən nə qədər itki vermişdi?

-Yadımdadır ki, Seysulan uğrunda “Qurtuluş” batalyonunun qeyd etdiyim şəhidlərindən başqa bir yaralıları da olmuşdu. O döyüşdə "Azadlıq" batalyonunda da 5-6 yaralı olmuşdu. Başqa ölən olmamışdı. Ermənilərdən təxminən 15-ə yaxın ölən olmuşdu, dinc əhalidən xeyli əsir götürülmüşdü. Onlar sonralar Xocalı əsirlərinə dəyişdirildi. Dəqiq saylarını bilmirəm. Talış kəndini azad edəndə isə 1-ci Goranboy batalyonundan ölən olmadı, bircə nəfər yaralanmışdı. Bizim batalyondan(8 tankla getmişdik), ümumiyyətlə, itki olmamışdı. Ermənilərin itkisi çox olmuşdı. 3 ölünü öz gözlərimlə görmüşdüm. Düşmənlər Aşağı Çaylı tərəfə qaçmışdılar. Hücumumuz onlar üçün gözlənilməz olduğuna görə ciddi müqavimət göstərə bilməmişdilər...

Ermənilər daha bir kənddən qaçacaqlar?..

O da yadımdadır ki, biz Talışı alanda "Qurtuluş" və "Azadlıq" Aşağı Çaylıda şiddətli döyüşlər aparırdı. “Qurtuluş” 19 nəfər itki vermişdi. O vaxt üçün çox idi. “Qurtuluş”un komandiri Şahin Tağıyevə Aşağı Çaylını azad etdiklərinə görə Milli Qəhrəman adı verilmişdi.

Hesab edirəm ki, Talış kəndi bizim nəzarətimizdə olandan sonra əməliyyatın davam edəcəyi təqdirdə ermənilər Aşağı Çaylıdan da qaçmaq məcburiyyətində qalacaqlar./Hafta.az/

Sultan Laçın










SON XƏBƏRLƏR
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında
"Sarı Aşıqdan Aşıq Şəmşirə girov ruhlar işığında" layihəsi çərçivəsində tədbir keçirilib
İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib