Qarabag Media
Haqqımızda Əlaqə

Qubada hər il bayramdan 14 gün sonra səməni atdı mərasimi keçirilir


Tarix:2-04-2016, 17:44 Kateqoriya:Manşet / Maraqlı

Qubada hər il bayramdan 14 gün sonra səməni atdı mərasimi keçirilirNovruz bayramının əsas atributu olan səməni bərəkət nişanəsi kimi xalqın düşüncəsində mühüm yer tutduğundan onu zibilliyə atmaq günahdır.

Səməni məhsuldarlıq, bolluq, eyni zamanda yazın gəlişi anlamını daşıyır. Min bir inancla becərilir. Səməni hansı niyyətlə becərdilirsə, həmin şəxsin ürəyində tutduğu arzu mütləq gerçəkləşir.

Folklorşünaslar deyir ki, səməni bolluq və nəsil artırma rəmzi olduğundan onu zibilliyə atmaq olmaz. Eyni zamanda səmənini becərkən insanlar öz ürəklərində arzu tutmalıdırlar.

Solan səməni mütləq təmiz, axar suya atılmalıdır. İnanclara görə, onu suya atarkən mütləq niyyət edilməlidir. Bu adət-ənənə uzun illərdən bəridir ki, bir çox bölgələrimizdə qorunub saxlanılır. Məsələn, Qubada hər il bayramdan 14 gün sonra yəni aprelin 2-i səməni atdı mərasimi keçirilir.

Ürəyində arzu və niyyəti olan sakinlər səmənidən xonça düzəldib su başına gəlirlər, niyyət edərək səmənini suya atırlar. İnanclara görə, növbəti ilədək həmin şəxsin arzusu çin olur.

Hər il olduğu kimi bu il də qubalılar aprelin 2-də səməniləri axar suya atacaqlar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”