Qarabag Media
Haqqımızda Əlaqə

`Sayı 10 mindən çox olan bir erməni-bolşevik ordusu var idi` — MÜSAHİBƏ


Tarix:31-03-2016, 23:27 Kateqoriya:Manşet / Müsahibə

`Sayı 10 mindən çox olan bir erməni-bolşevik ordusu var idi` — MÜSAHİBƏ Bu gün 31 mart bolşeviklərin və erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 98 il ötür.

Ermənilər bütün dünyaya faktsız, sübutsuz türklərin onlara qarşı soyqırım həyata keçirdiyini car çəkirlər.

Belə yerdə deyirlər, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Ancaq ermənilərin Azərbaycanda törətdiyi vəhşiliklər təkcə Qarabağ müharibəsi ilə bitmir. 1918-ci il mart ayının sonunda erməni daşnakları bolşeviklərlə birlikdə Azərbaycanda kütləvi qırğınlar törədiblər. 31 mart soyqırımı ilə bağlı əsas sübutlardan biri də Əlimərdan bəy Topçubaşovun Fransadakı arxivindən çıxan soyqırım zamanı çəkilmiş fotolardır.

31 mart soyqırımı günü İranın Azərbaycandakı konsulluğunun yaratdığı komissiya təkcə Bakıda 5 min nəfəri dəfn edib.

Fövqəladə təhqiqat komissiyası 31 mart soyqırımı zamanı 11 min nəfərin öldürüldüyünü, Məhəmməd Əmin Rəsulzadə isə öz yazılarında faktlara əsaslanaraq 12 min nəfər azərbaycanlının öldürüldüyünü bildirir. Şamaxıda 18 min, Qubada 4 min-dən çox soydaşımız və dindaşımız erməni vəhşiliyinin qurbanı olub.

Karabakhmedia.az 31 mart soyqırımı ilə bağlı bu hadisələri araşdıran, Əlimərdan bəy Topçubaşovun arxivini üzə çıxarıb şəkilləri əldə edən tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Rüstəmova-Tohididən geniş müsahibə götürüb.

Solmaz Rüstəmova-Tohidi ilə AMEA-da görüşdük. Görüş zamanı 31 mart soyqırımı ilə bağlı kitablara, xəritələrə göz gəzdirib, Əlimərdan bəy Topçubaşovun arxivindən çıxan fotolara baxdıqdan sonra söhbətə başladıq.

- Solmaz xanım, 1918-ci il 31 martda nə baş verib?

- Əlimizdə artırılmış yox, azaldılmış bir rəqəm var ki, 50 mindən artıq azərbaycanlı erməni daşnak və bolşeviklərdən ibarət cəza dəstələri tərəfindən qətlə yetirilib. Bundan 10 dəfə çox insan isə bu hadisələrin nəticəsi olaraq aclıq, soyuq, xəstəlik və müxtəlif epidemiyalardan həlak olub. Sözün hər mənasında Azərbaycan əhalisinə qarşı böyük bir soyqırım həyata keçirilib. Bu soyqırım Bakı quberniyasına daxil olan Bakı, Şamaxı, Quba, Cavad və Lənkəran qəzalarında, qismən də Nuxa qəzasında olub. Soyqırım həmçinin Gəncə quberniyasında da həyata keçirilib. Göyçayda Azərbaycan Milli Ordusu və Qafqaz İslam Ordusunun hissələri Azərbaycan torpaqlarını və xalqını xilas etmək üçün iyul ayında adı çəkilən qəzalarda soyqırımı davam etdirənlərə qarşı vuruşub və qəzaları azad edərək, sentyabr ayının 15-də Bakı şəhərini də daşnak-bolşevik istilasından azad edərək bu hadisələrə son qoyub.

`Sayı 10 mindən çox olan bir erməni-bolşevik ordusu var idi` — MÜSAHİBƏ

- Bu hadisələrin baş verməsinin səbəbi nə idi?

- Bu hadisələrin törəməsinin bir neçə səbəbi var idi. Səbəblərdən biri 1917-ci ildə burjua inqilabından sonra Rusiyada çar monarxiyası devrilməsi idi. O dövr üçün Qafqaz xalqları artıq neçə illər idi ki, Rusiya imperiyası daxilində özlərinin statuslarını müəyyən etmək üçün mübarizə aparırdılar. Gürcülərin mübarizəsi aydın idi ki, xalq olaraq özlərini muxtar bir qurum kimi görmək istəyirdilər. Ermənilərin məqsədləri isə çox məkrli, iştahları daha da qabarıq idi. Onlar Osmanlı imperiyasının 7 vilayətində, dənizdən-dənizə "böyük Ermənistan" xülyası ilə yaşayırdılar və bu istiqamətdə XIX əsrin sonlarından başlayaraq məqsədli bir mübarizə aparırdılar. "Daşnaksutyun" partiyasında terror hətta rəsmi olaraq mübarizə üsulu kimi qəbul olunmuşdu. 1905-1906-cı illərdə Bakıda, Gəncədə və Qarabağda erməni-türk münaqişəsi baş verdi. 1905-ci ildə Rusiya daxilində burjua inqilabı baş verdi. O dövrdə ermənilərin əsas fəaliyyət məkanı təbii ki, Osmanlı ərazisi idi, ancaq Qafqazda da onların "Daşnaksutyun" partiyasının gizli özəkləri işləyirdi. Hər dəfə ermənilər yaşadıqları ölkələrin daxilində siyasi proseslər baş verən kimi ayağa qalxır və öz iç üzlərini ortaya qoyurdular.



Türkiyədə Gənc Türklər Hərəkatı (İttihad və Tərəqqi Partiyası) və Rusiyada birinci inqilab zamanı ermənilər ayağa qalxdı. Birinci dünya müharibəsi başlamaqla ermənilər çox ciddi şəkildə təşkilatlanmağa başladılar. Çünki artıq 1913-cü ildən Qafqaz canişini də açıqdan-açığa ermənilərin tərəfindən çıxış edirdi. Ermənilər müharibənin başlamasını bir vasitə kimi gördülər. Müharibənin gedişində ilk növbədə yaşadıqları Osmanlının vətəndaşı və Osmanlı ordusunda xidmət edə-edə əldə silah rusların tərəfinə keçdilər. Rusiya ordusunda ermənilərin könüllü dəstələri var idi. Bəziləri elə bilər ki, bu saydıqlarımızın 1918-ci il mart soyqırımına dəxli yoxdur, ancaq bu hadisələr 31 mart soyqırımı ilə birbaşa əlaqəlidir. Ermənilərin rus ordusunun tərkibində könüllü dəstələri var idi. Onlar istəyirdi ki, onların özlərinə məxsus orduları olsun. Uzun müddət buna imkan vermədilər. 1917-ci ildə artıq onu da yaratdılar. Yaxşı silahlanmış erməni könüllü dəstələri, könüllülər artıq silahlı bir terror ordusu yaratmışdılar. Rus ordusunda çoxlu sayda yüksək rütbəli erməni zabitləri var idi. Onlar sonradan Bakı qırğınında yaxından iştirak etdilər. Ermənilər Osmanlıya xəyanət edib Rusiya tərəfinə keçdikdən sonra - 1915-ci ildə Osmanlı dövləti erməniləri köçürməyə qərar verdi. Bu da ermənilərin əlinə əsas verdi ki, guya onlara qarşı indiki Türkiyədə qətliam olub. Rəsmi sənədlərdən də görünür ki, 1914-1916-cı illərdə 350 min erməni Qafqaza köçürülüb. Qafqaza, yəni Azərbaycan torpaqlarına köçüblər. Artıq o dövrdən ermənilərin Azərbaycan torpaqlarını zəbt etməsi prosesi başlayır. Əslində Azərbaycan əhalisinin soyqırımı 1915-ci ildən başlayır. Ermənilər kənd-kənd İrəvan quberniyasında azərbaycanlıları öldürür, yurdlarından qovur, kəndləri yandırırdılar. 1918-ci ilin yanvar ayında artıq İrəvan quberniyasında bütün azərbaycanlı kəndləri boşaldaraq orada erməni dövlətinin yaranması üçün zəmin yaratdılar. Azərbaycanlılar rəsmi olaraq Birinci dünya müharibəsində iştirak etmirdilər. Müharibədə yalnız bir qisim insanlar iştirak edirdi, ancaq xalq olaraq biz Birinci dünya müharibəsində iştirak etmirdik. Bunun da nəticəsi o oldu ki, azərbaycanlıların nə döyüş təcrübəsi oldu, nə ordusu, nə də silahı. Silah məsələsi çox mühüm faktdır. Çünki mart hadislərinin bu qədər geniş miqyas almasının səbəbi Azərbaycan xalqının silahsız, düşmənin isə əli silahlı və hərbi təlim görmüş orduya malik olması idi. Bir məqam var ki, XX əsrin əvvəllərində Azərbaycanda güclü oyanış dövrü oldu. Çox güclü şəkildə Azərbaycanda milli oyanış, təşkilatlanma, siyasi partiyaların yaradılması prosesi başladı. 1917-ci ildə Çar Rusiyası dağılanda məlum oldu ki, Azərbaycanın güclü milli qüvvələri var. Müsavat Partiyası, İttihad Partiyası, sosialistlər var idi. 1917-ci ildə Müsavat Partiyası başda olmaqla azad yaşamaq, muxtariyyət almaq tələblərini güclü surətdə ortaya qoymağa başladılar. 1917-ci ildə Qafqazda iki böyük hadisə baş verdi. Birincisi, aprel ayında Qafqaz müsəlmanlarının Qurultayıdır. İkincisi isə May ayında Rusiya müsəlmanlarının Qurultayıdır. O Qurultaylarda azərbaycanlılar aktiv iştirak edib. Hər ikisində məruzəni Məhəmməd Əmin Rəsulzadə edib. Məhz Rəsulzadənin inamlı məruzəsindən sonra Rusiyanın imperiya yox, federativ dövlət quruluşu olması, ölkənin daxilində yaşayan xalqlara da ərazi muxtariyyəti verilməsi məsələsi irəli sürülüb.

`Sayı 10 mindən çox olan bir erməni-bolşevik ordusu var idi` — MÜSAHİBƏ


Ermənilər bu tələblə ilk növbədə razı deyildilər. Çünki verilən bu ərazilərdə onların gözləri var idi. Onlar Azərbaycanın ərazisində öz dövlətlərini qurmaq istəyirdilər. Eyni zamanda bolşeviklər. Bolşeviklər də bu torpaqlara Rusiyanın ərazisi kimi baxırdılar. O zaman heç bir dövlət Rusiyanın bölünməsini istəmirdi. Ona görə ki, Rusiya o zaman Antantanın tərkibində idi. Belə bir məqamda Müsavat partiyası və Azərbaycanın milli qüvvələrinin meydana gəlməsi çox mühüm idi. Bakı sovetinə seçkilər keçiriləndə Müsavat partiyası 40% səs toplayaraq birinci yerə çıxmışdı.

- Bolşeviklər kim idi?

- Bolşeviklərin başında Şaumyan dururdu. Bakı sovetinin üzvlərinin yarısı ermənilərdən ibarət idi. Bunun üstündən ötüb keçmək olmaz. Mart hadisələrinin törədilməsində bu sovetin həlledici rolu olub. Bu haqda Şaumyanın etirafları da var. Orada yazırdı ki, öz dövlətlərini qurmaq istəyən azərbaycanlılar sonda xarabalıqlar qazanacaqlar. O, Azərbaycana, Bakıya xarabalıq vəd edirdi. Artıq bir siyasi mübarizə var idi. Hər kəs bu mübarizənin bir həlli yolunun tapılmasını gözləyirdi. Ermənilər qoşun yığırdılar, onlara bəhanə lazım idi. O dövrdə ermənilərlə bolşeviklərin məqsədləri üst-üstə düşdüyü üçün birləşdilər və azərbaycanlılara qarşı ittifaq yaratdılar. Sayı 10 mindən çox olan bir erməni-bolşevik ordusu var idi.

- Hadisələrin başlanmasına bəhanə nə oldu?

- Həmin dövrdə azərbaycanlılar da hərbi birləşmələr yaratmaq istəyirdilər. O vaxt General Talışxanov çar ordusunda böyük vəzifə tuturdu. O və silahdaşları ordu yaratmaq istəyirdilər. Talışxanov Tiflisdən Bakıya gələndə əvvəlcə onları həbs etdilər. Nərmanovun işə qarışması ilə milli qüvələr icazə vermədi ki, xalq ayağa qalxsın. Onlara icazə vermədilər Bakıda qalsınlar. Onlar gedib Lənkəranda yerləşdilər. Çox maraqlıdır ki, milli hərbi birləşmənin içindəkilərin böyük əksəriyyəti Azərbaycanın zadəgan, elit nəslinin nümayəndələri idi. Hacı Zeynalabdin Tağıyevin 18 yaşlı oğlu, Şəmsi Əsədullayevin oğlu, Zeynəlabdin Tağıyevin kürəkəni Əli Əsədullayev də həmin ordunun tərkibində zabit olaraq xidmət edirdilər. Mart ayının 27-də Lənkəranda Məhəmməd Tağıyev silahla ehtiyatsız davranaraq özünü vurur və ölür. Əli Əsədullayev və 48 nəfərlik bir dəstə cənazəni Bakıya gətirir. Dəfndən sonra onlar geri qayıtmaq istəyəndə erməni daşnakları və bolşevikləri onların üstünə göndərirlər ki, tərkisilah etsinlər. Çox güman onlar gələndə silah-sursatla gəlmişdilər. Bakı şəhərində 12 minlik daşnak-bolşevik ordusu var idi. Əli silahlı erməni daşnakları şəhərdə gəzirdilər. Azərbaycanlı əhali buna qarşı etiraz edir ki, niyə bizimkilərdə silah yoxdur, bizimkiləri nə səbəbə tərkisilah etmisiniz? Bu bir bəhanə olur və danışıqlar başlayır ki, qarşıdurma olmasın.

`Sayı 10 mindən çox olan bir erməni-bolşevik ordusu var idi` — MÜSAHİBƏ


- Danışıqların tərəfləri kimlər idi?

- Bir tərəfdən təbii ki, Bakı soveti idi, digər tərəfdən isə Azərbaycanın milli qüvvələri. Rəsmi sənədə görə isə, ermənilər guya neytral olublar. Ancaq Fransada Əlimərdan bəy Topçubaşovun arxivində işləyərkən çox maraqlı sənədlər tapdıq, xüsusilə də şəkillər. Oradakı sənədlərdən birində Topçubaşov özü həmin günlər qeydlər aparıb. Oradan məlum olur ki, camaat kortəbii ayağa qalxıb. Əvvəlcə Təzə Pir məscidində yığışıblar, sonra gəliblər İsmayiliyəyə. Yığışanların arasında din xadimləri, bir neçə mütəfəkkir və bəzi partiyaların üzvləri olub. Milli liderlərin hamısı Zaqafqaziya seyminin üzvü olduğu üçün Tiflisdə iclasda olublar. Ona görə də, camaat başsız qalıb. Belə bir məlumat var ki, guya Məhəmməd Əmin Rəsulzadə ilə Şaumyan Nərimanovun evində o zaman görüşüblər. Bu səhv məlumatdır. Ona görə ki, Rəsulzadənin o zaman Bakıda olması imkansız idi. Aprel ayının 2-3-də Bakıdakı yığıncaq haqqında yazı var, orada Rəsulzadənin adı çəkilmir. Deməli Azərbaycanın liderləri həmin dövrdə Bakıda olmayıb. Topçubaşov xəstə olub. Onu çağırıblar və o, danışıqlarda biz tərəfdən iştirak edib. Ancaq onu bilməliyik ki, o danışıqlar gedən zaman qırğınlar artıq başlamışdı. Qırğınlar 3 gün çəkir. Azərbaycanlılar bir gün mübarizə aparır, ancaq o ordunun qarşısında durmaq olmazdı. Ermənilər Bakıda bir İçərişəhərə, bir də Çəmbərəkəndə girə bilməyiblər. Qarşılarına keçənləri öldürüblər, evləri, binaları, şəhəri tamamilə qarət ediblər.

- Bunların qarşısını kim alıb?

- Qırğının ikinci, üçüncü günü rus əsgərləri və burada 36-cı Türküstan alayı olub, onlar başa düşüblər ki, bolşeviklər bunları aldadıblar və onlara deyiblər ki, guya azərbaycanlılar rusları öldürür. Sonradan başa düşüblər ki, əslində ermənilər azərbaycanlıları qırırlar. O zaman onlar ultimatum verirlər ki, əgər qırğın saxlanmasa onlar silahlarını bolşeviklərə və ermənilərə qarşı döndərəcəklər. Elə həmin günlərdə qırğınlar Şamaxıda başlayır. Bu qırğınlar tamamilə palanlaşdırılmış olub. Bakı ilə eyni gündə Şamaxını da qırıblar. Şamaxıya iki dəfə hücum olub. Biri martın 30-da Şamaxıya hücum olur. Şamaxılılar bir gün daşnak-bolşevik hücumuna müqavimət göstərirlər. Ermənilər biclik işlədərək azərbaycanlılara barışıq təklif edirlər. Barışıq elan edilir. Mart ayının 30-u gecə, camaat yatanda Şamaxıya hücum başlayır. Bakıdan fərqli olaraq Şamaxıda yaşayan malakanlar da ermənilərə qoşularaq Şamaxıda 4 gün qırğın və talanlar törədirlər. Şamaxı qəzasına Ağsu, İsmayıllı, Hacıqabul, Qobustan və indiki Şamaxı şəhəri də aiddir.

`Sayı 10 mindən çox olan bir erməni-bolşevik ordusu var idi` — MÜSAHİBƏ


Gəncədə xəbər tutanda ki, Şamaxı qəzasında qırğın törədilir, İsmayılxan Ziyadxanov 800 atlı ilə gəlib Şamaxını azad edir. Erməniləri Mədrəsə kəndinə kimi qovur. Malakanlara xəbərdarlıq edir ki, erməniləri saxlamasınlar. Sonra Bakıdan oraya Stepan Lalayevin başçılığı ilə 3 minlik qoşun göndərilir. Stepan Lalayev Bakıdakı ən böyük qətlləri törədən şəxs olub. 3 minlik qoşunun qarşısında İsmayıl xan geri çəkilir, camaata bildirir ki, şəhəri boşaldın. Həmin gün 6 min adam İsmayıl xana qoşularaq şəhərdən çıxır. Şəhərdən çıxan 6 min əhalinin yarısı 3 gün sonra yenidən şəhərə qayıdır. Camaat geri qayıdandan sonra, aprelin 9-da günorta vaxtı Şamaxıya böyük bir hücum olur. O zaman Şamaxının 28 mindən çox əhalisi var idi. İkinci hücum zamanı Şamaxıdan cəmi 10 nəfər salamat çıxıb. Ümumilikdə Şamaxı şəhərində 8 mindən artıq insan erməni daşnakları və bolşeviklər tərəfindən qətlə yetiriliblər. Şamaxı qəzasının kəndlərindən isə əlimizdə ermənilər tərəfindən qətlə yetirilən 10 300 adamın adı var.

Qubada vəziyyət isə fərqli olub. Orada ermənilər az olub. Qubada 9 gün qətliam olub. Qubada 4 mindən çox insan öldürülüb. Ermənilərlə daşnaklar Şamaxıdan sonra Göyçaya, Cavad qəzasına və Nuxaya giriblər, ta ki, Azərbaycanın milli qüvvələri erməniləri yerinə oturdana kimi qırğınlar davam

- Qarabağda da bu qırğınlar olubmu?

- Qarabağda təbii ki, qırğınlar olub. Zəngəzurluların hamısı həmin dövrdə qaçqın idi. Qarabağın Cəbrayıl, Karyagin və Şuşa qəzalarında olan qırğınlar barədə əlimizdə sənədlər var.

- Bizim əlimizdə bu faktlar haradandır? Ölən şəxslərin adlarını haradan bilirik?

- Zaqafqaziya seymində olan Azərbaycan fraksiyası çalışır ki, bu hadisələrə siyasi qiymət versin, Bakını azad etsinlər. Ancaq seymin gürcü və erməni fraksiyası buna razı olmur. Bundan sonra Azərbaycan tərəfi başa düşür ki, yeganə xilas yolu türkləri çağırmaqdır. Ondan sonra bu sahədə işlər görülməyə başlayır. Milli hökumətimiz 28 mayda Xalq Cümhuriyyətini elan edir. Onlar Gəncəyə gəlir. Həmin illərdəki milli hökümət o qədər uzaqgörən olub ki, o zaman bu qırğınları araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası adlı qurum da yaradırlar. Onun başında Ələkbər bəy Xasməmmədov olub. Komissiya il yarım işləyib və bizə unikal 36 cildlik sənəd qoyub. Bu çox qiymətli bir arxiv sənədidir.

`Sayı 10 mindən çox olan bir erməni-bolşevik ordusu var idi` — MÜSAHİBƏ


- Bu sənədlərdə nə var?

- O hadisələri görən, qırğınlara məruz qalan insanlardan izahatlar alıblar. Dindirmə protokolları var. Sənədlərin hamısı rəsmidir, istintaq işləri aparılıb. Dəymiş ziyanlar haqqında aktlar tərtib ediblər. Tamamilə hüquqi sənədləri toplayıb cinayət işləri açıblar. Sənədlər əsasında məhkəmə işləri gedib. Komissiya kifayət qədər qadınları da danışdırıb. Qadınlara necə zülm etdikləri, erməni vəhşiliyi tam detalları ilə sənədlərdə öz əksini tapıb. Bu hadisələr məqsədli şəkildə, azərbaycanlılara qarşı törədilən soyqırım siyasətidir.

- Sənədlərin ən parlaq növü şəkillərdir. Bildiyimə görə həmin hadisələrlə bağlı 95 foto olub.

- Fövqəladə Təhqiqat Komissiyasının sənədlərlə bağlı aktlaşdırdığı 95 şəkil var. Bakı azad olunanda ermənilərdən ölənlər olub. Onlar da öz elədiklərini kənara qoyub, bunları Avropada qabartmağa başlayırlar. Parisdə sülh konfransı gedirdi. Orada millətlərin taleyi müstəqil dövlətlərin tanınması məsələsi həll olunurdu. Ermənilər Azərbaycana qarşı çox güclü təbliğat aparırdılar. Bunun qarşısını almaq üçün Azərbaycan hökumətinin Xarici İşlər Nazirliyi nümayəndə heyəti düzəldərək, başda Topçubaşov olmaqla, həmin 95 şəkil və 6 cildlik sənədi Bakıdan Parisə aparırlar.

1920-ci ilin 28 aprelində Azərbaycan XXI qızıl ordu tərəfindən işğal edildi. O zaman həmin komissiya bu sənədləri gizlətdi. 70 il bizim o sənədlərdən xəbərimiz olmayıb. Qarabağ münaqişəsi başlayan ərəfədə sənədlər ortaya çıxdı. Ancaq sənədlərin çoxu əlyazma idi, oxumaq olmurdu. Sənədlərdən məlum oldu ki, o zaman şəkillər çəkilib. Ancaq şəkillər yox idi. Sonra məlum oldu ki, o şəkillərdən heç biri Bakıda qalmayıb. Başladım bunu axtarmağa. Nəhayət şəkilləri 2011-ci ilin sonlarında Fransada Əlimərdan bəy Topçubaşovun arxivində tapdıq. Şəkillərə baxdıqda erməni vəhşiliyini aydın şəkildə görmək olar./Ölkə.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB