Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal


Tarix:29-03-2016, 02:47 Kateqoriya:Manşet / Araşdırma

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal Azərbaycan xalqının milli mübarizə tarixinin ən şanlı səhifələrindən biri heç şübhəsiz ki, cümhuriyyət dönəmidir. Cümhuriyyət tarixi və cümhuriyyət mühacirlərinin sonrakı məşəqqətli həyatı, xalqımızın azadlığı uğrunda apardıqları mübarizə, 1988-ci ildə xalq hərəkatının başlamasından sonra bir çox tarixçilərin və araşdırmaçıların diqqət mərkəzində olmuşdur.

Uzun illər aparılan araşdırmaların nəticəsi olaraq, mühacirlərin bir qismi haqqında xeyli məlumatlar əldə edilmiş, haqlarında çox danışılıb, xeyli məqalələr və kitablar yazılmışdır. Ancaq bütün bunlara rəğmən nə yazıq ki, cümhuriyyət mühacirlərinin bütününü əhatə edəcək ciddi bir araşdırma aparılmamaışdır. Bu gün araşdırılmayan olduqca çox mühacirlərimiz vardır ki, onların arasında Türkiyə ordusunda polkovnik və general rütbəsinə qədər yüksələn Azərbaycan Cümhuriyyəti ordusunun zabitləri də vardır. Onlardan biri də Türkiyə Silahlı Qüvvələrinin polkovniki Firudin bəy Daryaldır.

Firudin bəy adını niyə dəyişdi?

Firudin bəy Daryal 1901-ci ildə indiki Laçın rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Əsl adı Fərman olsa da mühacirət dönəmində sovet təhlükəsizlik orqanlarının təqibindən qorunmaq üçün digər mühacirlərin bir çoxu kimi ad və soyadını dəyişmək məcburiyyətində qalmışdır. Ad olaraq əmisi oğlu Firudinin, soyad olaraq isə kəndlərində olan “Dar yal” adlı ərazinin adını götürmüşdür.

Kiçik yaşlarından cəsarəti və qoçaqlığıyla həmyaşıdlarından fərqlənər, atlara böyük maraq göstərər, atın üzərində müxtəlif akrobatik hərəkətlər edərmiş. Firudin bəy Kazanda hərbi məktəbdə təhsil almışdır. Daha sonra Azərbaycan Cümhuriyyəti ordusunun süvari alayında xidmət etmiş, alayın tərkibində 23 sentyabr 1918 - ci ildə başlayan Qarabağ hərəkatında qatılaraq, Şuşanın erməni daşnaklarından azad edilməsi əməliyyatlarında iştirak etmişdir. Rəvayət olunur ki, Şuşada gedən döyüşlər zamanı Azərbaycan ordusunun mövqeləri yüksəklikdə olan erməni-daşnak dəstələrinin mövqelərindən pulemyot və top atəşinə tutulurmuş. Kəşfiyyatçıların verdiyi məlumatlardan bəlli olur ki, bir erməni zabiti bir neçə gündən bir ətrafında əsgərlərlə ağ atın belində həmin mövqelərə gedərək baxış keçirir. Firudin bəy Daryal komandanlığa ona bir ağ at verilərsə, həmin mövqelərdə olan erməniləri zərərsizləşdirə biləcəyini deyir. Ağdamın Xındırıstan kəndinin bəylərindən birinə məxsus olan ağ atı ona verirlər. Firudin bəy Daryal ağ atın belində, ətrafında da əsgərlərlə birgə erməni zabitin getdiyi yolla erməni əsgərlərinin yerləşdiyi mövqelərə doğru hərəkət edir. Gələnin öz zabitləri olduğunu zənn edən ermənilər heç bir reaksiya vermirlər. Və beləliklə Firudin bəy və onun əsgərləri heç bir təhlükə gözləməyən düşmən əsgərlərini anidən atəşə tutaraq, məhv edirlər. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Firudin bəyin xidmət etdiyi süvari alayı göstərdikləri igidliyə görə hərbi nazirin şəxsi təşəkkürünü alır. Yanvar ayının 15-i Qarabağın General Qubernatoru vəzifəsinə təyin olunan Xosrov bəy Sultanov Firudin bəyin igidliyinə bələd olduğu üçün onu özünə köməkçi götürür. Cümhuriyyət ordusunun gənc zabiti Firudin bəy Daryal xalq qəhrğmanı Sultan bəy Sultanovun başçılıq eydiyi yerli özünümüdafiyə dəstələri ilə birgə indiki Laçın rayonunu Tat dərəsi adlı ərazisində erməni generalı Andranik Ozanyanın ordusunun məhv edilməsi əməliyyatında iştirak edərək böyük qəhrəmanlıqlar göstərir.

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Əsgəranda şiddətli döyüşlər

1920 - ci ilin mart ayında Qarabağ və Zəngəzurda düşmən təhlükəsi yenidən artır. Erməni daşnak qoşun birləşmələri martın 21-dən 22-nə keçən gecə Xankəndində yerləşən Cavanşir piyada alayının kazarmalarına qəfləti basqın edib, daha sonra Əsgəran yolunu bağlayırlar. 22 mart tarixindən etibarən Xosrov bəy Sultanov və Həbib bəy Səlimovun başçılığıyla erməni generalı Dronun qoşunlarına qarşı Əsgəran bölgəsində şiddətli döyüşlər baş verir. 2 aprel 1920 - ci ildə Dronun qoşunları məhv edilir. Firudin bəy həmin döyüşlərdə də igidliklə vuruşur.

28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğrayıb,bolşeviklərin işğalına məruz qaldıqdan bir müddət sonra Xosrov bəy Sultanov bolşeviklər tərəfindən həbs olunur. Firudin bəy həmin zaman Şuşada Qubernatorluq binası üzərində dalğalanan üç rəngli Azərbaycan bayrağını doğma kəndi Təzəkənd kəndinə gətirib ailəsinə əmanət edir.

Bayrağın taleyi...

Firudin bəyin həmkəndlisi Arif Feyzullayev bildirir ki,həmin bayraq uzun illər gizli saxlanılır. Çox sonralar 1988-ci ildə Xalq hərəkatı başlayan zaman üzə çıxarılır. Nə yazıq ki, bayraq 1992-ci ildə Laçın rayonu işğal olunan zaman ailənin bütün əşyalarıyla bərabər Laçında qalır.

Firudin bəy Daryal ailə üzvləriylə vidalaşıb yenidən Azərbaycan Cümhuriyyəti ordusunun süvari alayına qoşulur. 24 may 1920-ci ildə başlayan Gəncə üsyanında iştirak edir. Cümhuriyyətin 2-ci ildönümünə təsadüf edən və minlərlə insanın həlak olmasıyla nəticələnən üsyan 31 may 1920-ci ildə “Qırmızı ordu” tərəfindən qəddarlıqla yatırılır. Gəncə üsyanından sonra 5 iyun 1920 - ci ildə Nuru Paşanın komandanlığı ilə Qarabağda bolşeviklərə qarşı ikinci bir üsyan dalğası başlayır. Firudin bəy Gəncə üsyanından sağ qurtulan silahdaşlarıyla üsyana qatılır. Qarabağ üsyanı da böyük amasızlıq ilə yatırılandan sonra, Firudin bəy Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləriylə birgə, Polkovnik Nuh bəy Sofiyevin və Polkovnik Səməd bəy Rəfibəylinin (Sayqın) rəhbərliyiylə Araz çayını keçib İran ərazisinə daxil olurlar. İran hökumətinin silahları təhvil vermək tələbini yerinə yetirmədikləri üçün hücuma məruz qalırlar. Araz çayı boyunca Türkiyəyə doğru hərəkət edir,lakin tabeliklərində olan ağır səhra toplarını apara bilmədikləri üçün, həmin topların çaxmaqlarını çıxararaq yollarına davam etmək məcburiyyətində qalırlar.

Azərbaycan və Türkiyə ordularının birləşməsi

Türkiyə ərazisinə keçdikdən sonra 1200 nəfərlik Azərbaycan süvari, piyada alayları və topçu birliklərinin əsgər və zabit heyyəti, Kazım Qarabəkir paşanın komandanlıq etdiyi şərq ordusunun sıralarına qəbul olunurlar. Azərbaycan hərbi birliklərinin Türkiyə ordusuna qoşulacağıyla bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir. Sənədlərdən məlum olur ki, Azərbaycan birliyi 31 iyul 1920-ci ildə Həsənqalaya gəlir və yanlarında Türkiyə ordusunun böyük ehtiyac duyduğu səhra topu çaxmaqları da olur.

Atatürkün verdiyi mükafat

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy DaryalFirudin bəy Daryal 56 nəfəri zabit olan 1200-nəfərlik Azərbaycan birliyinin tərkibində Türkiyənin istiqlal savaşına qoşulur. 15-ci süvari alayda bölük komandiri vəzifəsini icra edir. 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər şərqi anadolunun ermənilərdən təmizlənməsiylə sona çatan şərq hərəkatına igidliklə vuruşur. Sarıqamışın, Kağızmanın, Qarsın, İğdırın, Gümrünün geri alınması əməliyyatlarında iştirak edir. Bu döyüşlərdə yaralanaraq qazi ünvanı alır. Sağaldıqdan sonra 26 avqust 1922 - ci ildə başlayan və Türkiyənin qərb bölgəsinin yunanların işğalından azad edilməsi üçün başladılan "Böyük hücum" əməliyyatlarında iştirak edir. 9 sentyabr 1922 - ci il tarixdə öz bölüyü ilə İzmirə girən ilk süvarilərdən olur. Savaşdan sonra, Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordeniylə təltif olunmaqla bərabər həm də İstanbul şəhərində Ali hərbi təhsil alır. Azərbaycan Cümhuriyyəti ordusunda birgə xidmət etdikləri bir neçə zabitlə orduda qalaraq hərbi xidmətlərini davam etdirirlər. Sonralar həmin zabitlərdən Səməd bəy Sayqın (Rəfibəyli), Cahangir Bərkər (Novruzov), Hüseyin Turqut general, Yunis Xəzərli (Şəkərov), Məmməd Ağpolad (Rzayev), Aslan Berkan (Hacızadə), Baba Behbud, Saleh Aksoy (Sultanlı), Osman Kazax (Gülməmmədov) Məmməd Qazax (Gülməmmədov), Həmid Gəncər, polkovnij rütbəsinədək yüksəlirlər.

Qorxusuz, dəlisov, mərd zabit

Firudin bəy Daryal 1925-ci ilin fevral ayında Türkiyənin Güney doğusunda başlayan “Şeyx Səid” üsyanının yatırılmasında, kürd aşırətlərinin başlatdığı üsyanlara qarşı, 1926-cı ildə 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı, 1930-cu ildə 3-cü Ağrı hərəkatında, 1937-ci ildə Seyid Rzanın başlatdığı “Dersim üsyanı”nın yatırılmasında iştirak edir. Sonralar yazar olan Əli Çaxmaq adlı keçmiş bir zabit Türkiyənin güney doğusunda baş verən üsyanlar haqqında Cümhuriyyət qəzetinin 10 mart 1981-ci il buraxılışında yazdığı məqalədə Firudin bəy Daryal haqqında xatirələrini yazaraq, onun qorxusuz, dəlisov, mərd bir zabit olduğunu və atın üzərində qeyri-adi hərəkətlər etdiyindən bəhs edir.

Türkiyə Silahlı Qüvvələrinin tərkibində bir zabit olaraq müxtəlif bölgələrdə hərbi xidmətini davam etdirərək polkovnik rütbəsinədək yüksəlmişdir. Xidməti dövründə bölük, tabor, sonralar alay komandiri, İzmir və İstanbul şəhərlərində isə hərbi komendant vəzifələrini icra etmişdir. General olmamasına rəğmən 1950-ci illərdə Kağızmanda vəkalətən tuqay komandirliyi vəzifəsini icra edir. 1965-ci ildə təqaüdə çıxımışdır. Təqaüddə olarkən İstanbul şəhərində yaşayır. Azərbaycandan və Şimalı Qafqazdan olan mühacirlərlə sıx əlaqələr quran Firudin bəy həm də Qafqaz dərnəyinin fəaliyyətlərində yaxından iştirak edir.

Firudin bəy Daryal iki dəfə ailə həyatı qurur. Birinci nigahını İstanbulda hərbi təhsil alarkən qurur. Həmin nigahdan bir oğlu və bir qızı olur. Qızı Leyya Daryal Şimali Qafqaz mühacirlərindən birinin oğluyla ailə qurur. 1985-ci ildə vəfat etmişdir, bir qızı var. Oğlu Prof. Dr Əli Murad Daryal Türkiyədə tanınmış İlahiyyatçı alimdir. Firudin bəy İkinci nigahını çox sonralar 1952-ci ildə qurur. Həmin nigahından övladı olmur.

Polkovnikin ölümü

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal1933-cü ildə Xosrov bəyin Firudin bəyə yazdığı qeyddən də görsənir ki, Firudin bəy İstanbulda olarkən Cümhuriyyət mühacirləriylə, xüsusən də Doktor Xosrov bəy Sultanzadə ilə sıx əlaqədə olmuşdur. Mərhumun oğlu Əli Murad Daryalla telefonla danışarkən Doktor Xosrov bəylə Taksimdə bir məhəllədə yaşadıqlarını, həmin dövrdə uşaq olmasına rəğmən Xosrov bəyi və yoldaşı Lena xanımı xatırladığını bildirdi.

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy DaryalFirudin bəy Daryalın yaxın qohumu Səlim Səlimbəyli 1986-cı ildə uzun axtarışlardan sonra əmisini tapır. Və onunla tez-tez telefon əlaqəsi qurur. Lakin sovet təhlükəsizlik orqanlarının təqibinə məruz qalır, Türkiyəyə gedib əmisi ilə görüşməyinə icazə verilmir. Firudin bəy Daryalın Azərbaycanın müstəqilliyini görməyinə, öz doğma yurd - yuvasına qovuşmasına ömrü vəfa etmir. Azərbaycanın müstəqillik qazanmasından 2 - il öncə, 1989-cu ildə 88 yaşında vəfat edir. Cənazəsi xüsusi hərbi mərasimlə, böyük hörmət və ehtiramla Qaraca Əhməd məzarlığında dəfn edilir. Vəfat etməzdən öncə baş daşına İstiqlal savaşı qazisi, süvari albay olmasını, 1901-ci ildə Şuşa şəhərinin 25 kilometrliyində yerləşən Təzəkənd kəndində anadan olduğunu və “Arxadaş : Başın taclı, altın taxtlı dəxi olsa millətin və vətənin olmadan bədbəxtsən!” sözlərinin yazılmasını vəsiyyət olaraq yazır.

1991 - ci ildə Firudin bəyin oğlu Prof.dr Əli Murad Daryal atasının vəsiyyətini yerinə yetirərək Azərbaycana gəlir. Laçının Təzəkənd kəndinə gedərək ata - baba yurdunu ziyarət edərək, qohumları ilə görüşür.

P.S.Məqalə üçün verdikləri dəyərli məlumatlara görə Arif Feyzullayevə ,mərhumun oğlu Əli Murad Daryala, Əli Murad bəyin əlaqə qurmama köməklik etdiyi üçün qohumu Cem Ormana və Səlim Səlimbəyliyə təşəkkür edirəm.

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal
Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal
Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal


Orxan CƏBRAYIL










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi