Qarabag Media
Haqqımızda Əlaqə

Bakı dünyanın möhtəşəm şəhərlərindən biri seçilib


Tarix:28-03-2016, 20:11 Kateqoriya:Manşet / Maraqlı

Bakı dünyanın möhtəşəm şəhərlərindən biri seçilib


Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən “Skylines” kitabında Bakıya xüsusi yer verilib.

Karabakhmedia.az bildirir ki, nəşrin müəllifləri olan britaniyalı səyahət yazıçıları xanım Yolanda Zappaterra və Jan Fuscoe dünyada ən canlı, möhtəşəm, böyük, tanınmış, ən çox turist cəlb edən, memarlıq cəhətdən heyrətamiz 50 şəhəri seçərək, onlar haqqında məlumatları kitaba daxil ediblər.

Kitabın səhifələrində seçilmiş şəhərlərdən olan və oxucuda maraqlı təsəvvür silüeti yaradan ikonik binalar təsvir edilib. Bu təsvirlərin müəllifi məşhur britaniyalı illüstrator Jenny Seddondur.

Kitab “Aurum Press” nəşriyyatı tərəfindən Britaniyada nəşr edilib.

Kitabda Bakı şəhəri ilə yanaşı, London, Paris, İstanbul, Moskva, və s. şəhərlər yer alıb.

Kitabda paytaxt Bakının VI əsrə qədərki tarixinə nəzər salınıb. Şəhərin Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşdiyi, ərazinin qədim zamanlardan palçıq vulkanları ilə məşhur olduğu qeyd olunur. “Azərbaycan” sözünün mənasına da toxunan müəlliflər ölkəmizin “Odlar Yurdu” adlandırıldığını diqqətə çatdırıblar.

Kitabda müasir Bakının gözəlliklərindən, arxitekturasından, tarixi abidələrindən və dünyada məşhurlaşan müasir tikililərindən bəhs edilib.

Paytaxtda İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən möhtəşəm və qədim tarixi abidələr olduğu diqqətə çatdırılıb.

Sovet dövrü memarlıq abidələrinə toxunan müəlliflər Heydər Əliyev sarayı və Teleqüllə kompleksi haqqında məlumat veriblər.


Həmçinin diqqətə çatdırılıb ki, paytaxt Bakıda müstəqilliyimizin bərpasından sonra da yenidənqurma, quruculuq işləri və memarlıq abidələrinin tikintisi davam etdirilib. “Alov qüllələri” Bakı şəhərinin simvoluna çevrilib. Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan milli musiqi janrı olan muğamın dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülən Heydər Əliyev Mərkəzi müasir dövrün dünya memarlıq abidələri sırasında xüsusi yer tutur.

Son dövrlərdə Bakı şəhərinin “Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi etdiyi və bu il də “Formula-1” üzrə Avropa Qran-pri yarışını keçirəcəyi diqqətə çatdırılıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”