Qarabag Media
Haqqımızda Əlaqə

Ruslar niyə rusdur?


Tarix:28-03-2016, 10:17 Kateqoriya:Manşet / Araşdırma

Ruslar niyə rusdur? Niyə ruslar "rus" adlandırılırlar? Niyə belə olub və bu söz haradan götürülüb? Karabakhmedia.az bildirir ki, ilk variant varyaqlarla bağlıdır.

Varyaqlar? (Skandinav dənizçiləri)

Bu günə olan ən populyar teoriya budur ki, "rus" sözünün kökü skandinav sözündəndir, bu teoriya "Keçmiş illərin povestləri" yazısına əsaslanır.

"Rus" adlı dövlətin necə yaranması haqqında görün Nestor nə yazıb: "Varyaqları dənizə qovdular, onlara vergi ödəmədilər, özləri özlərinin sahibi olmaq istədilər. Çox şey əldə etdilər, tək düzgünlük və doğrudan, haqq-ədalətdən başqa. Sonra başladılar özləri ilə vuruşub, müharibələr etməyə. Bundan cana doyanlar belə qərara gəldilər ki, gedib özlərinə ədalətli, hər şeyi doğru-düzgün həll etməyi bacaran bir knyaz axtarıb tapsınlar və dənizi aşaraq varyaqların yanına üz tutdular. Slovenlər rus varyaqlarını görər-görməz yüksək səslə söyləməyə başladılar: Torpaqlarımız çox boyükdür, bol nemətlidir, amma heç bir qayda-qanun yoxdur. Gəlin bizim knyazlarımız olun və bizi idarə edin". Rus varyaqlarından 3 qardaşı özlərinə knyaz seçdilər və o nəsildən olan digər rus varyaqlarını da öz torpaqlarına dəvət etdilər. Böyük qardaş Ryurix - Novqorodda, o biri qardaş Sineus - Beloozerdə, üçüncü qardaş Truvor isə İzborskda knyazlıq etməyə başladılar. Elə o zamandan, bu torpaqları "Rus torpaqları" adlandırmağa başladılar".

Nestorun bu yazdıqlarından belə nəticəyə gəlmək olar ki, rus - vaxtı ilə, yerli əhali tərəfindən bu torpaqlarda qayda-qanun yaratmaq və haqq-ədalətlə onları idarə etmək üçün dəvət edilən skandinav tayfasının adıdır.

Bəs "rus" sözünün mənası nədir? Keçmiş zamanlardan ta indiyədək, finlər öz qonşuları olan isveçləri Ruotsi adlandırırlar. Bu söz qədim skandinav dilində "dənizçi", "avarçəkən" mənasındadır və "üzmək", "avar çəkmək" sözündəndir.

Açıq rəngli saçlar?

Digər bir versiya ondan ibarətdir ki, "rus" sözü İran sözüdur. Məşhur alim, mütəfəkkir, ictimai xadim olmuş Vladimir İvanoviç Vernardski hesab etmişdir ki, "rus" sözü, İran sözü olan "ruxs" (və ya "roxs") sözündən yaranıb ki, bu da tərcümədə "bəyaz", "açıq rəngli", "ağ" deməkdir.

Qədim slavyanlar uzun müddət İran tayfaları ilə (skiflər, sarmatlar və alanlarla) yaxın qonşu olmuşlar (Bu tayfalardan bəziləri müasir Rusiyanın Qaradəniz və Azov dənizi sahillərində məşkunlaşıblar). Söz yox ki, qara saçlı, qara gözlü, qarabuğdayı dərili iranlılar bəyaz saçlarına, ağ dərilərinə və açıq rəngli gözlərinə görə şimal qonşularını belə adlandıra bilərdilər.

Qırmızı sifətlər?

Belə ki, rusları xarici görünüşlərinə görə də belə adlandıra bilərdilər. IX-X əsrlərdə yaşamış ərəb səyyahı Əl-Məsudi öz qeydlərində yazmışdır ki, şimal ərazilərdə yaşayan bəzi tayfaları bizanslılar "rusiya" adlandırırlar. Bu da, "qırmızı", "kürən" mənasındadır.

Əl-Məsudinin həmkarı olmuş İbn Fədlan "rusiya" adlandırılanları şəxsən görmüşdur və onların inanılmaz dərəcədə qırmızı dərili olduğunu xüsusi olaraq qeyd etmişdir. "Rusiya" adlandırılanların, indiyədək məlum olmayan səbəblərdən, həmişə qıpqırmızı, sanki günəşdən yanmış sifət və burunları olurdu.

Toponimika?

Belə bir teoriyada mövcuddur ki, "rus" sözü elə rusların öz sözüdür. XV-XVI əsrlərdə yaşamış Avstriya baronu, tarixçi və yazıçı Sigizmund fon Gerberşteyn belə hesab edirdi ki, Rus öz adını Böyük Novqorod şəhəri yaxınlığında yerləşən çox qədim bir tarixə malik olan Russ şəhərinin adından götürüb. Qədim Rus torpaqlarında Rus dövlətinin yaranma tarixilə maraqlanan Vasili Nikitiç Tatişev də avstriyalı baronun fikirləri ilə razılaşıb.

Çay adı?

Yuxarıda göstərilən versiyalardan əlavə, digər versiyalar da vardır ki, bunlardan biri slovak linqvisti və etnoqrafı Pavel Şafarikin versiyasıdır. P. Şafarikə görə, qədim slavyan dilində çaya "rusa" deyərmişlər. Buradan da indiki "ruslo" ("çaylaq", "çay yatağı" deməkdir) və "rusalka" ("su pərisi" deməkdir) sözləri yaranmışdır. Çay adı ilə bağlı ikinci bir versiya da vardır ki, bu da, Kiyev şəhərinin cənubundan axan Dnepr çayının sağ qolu olan Ros çayının adı ilə bağlıdır.

Ayılar?

Rus dedikdə, həmin an adamın gözü qarşısında vodka, balalayka və ayı canlanır. Bəzi tədqiqatçı alimlər isə "rus" sözünün Qərbi Avropa sözü olan "urs" sözündən (mənası "ayı" deməkdir) yarandığını söyləyirlər. Hərflərin yerdəyişməsini isə yunanca "marmaros" sözünün rusca dəyişdirilərək "mramor"(mərmər) sözü formasına salınması kimi izah edirlər.

"Rus" sözünün mənşəyi və necə yaranması ilə bağlı bir necə versiyaları nəzərdən keçirdik. İndi isə belə bir suala cavab tapmağa çalışacağıq:- bəs nə üçün almanlar, fransızlar, ingilislər və digər millətlər rus dilində isim hesab edilir, amma "ruslar" isə - sifət?..

Bəziləri bunu ruslar məxsusi bir xalqdır, heç kəsə oxşamırlar və bu səbəbdən də "xüsusi" bir ada layiq olduğu kimi izah edirlər. Xatırlamaq lazımdır ki, belə hallar digər dillərdə də olmuşdur. Məsələn: Avropa dillərində bütün millətlər (German, français) sifət kimi ifadə olunur.

Bəzi tədqiqatçıların fikrincə, rus milliyyət deyil, bu ərazidə yaşayan bir çox tayfaların ümumi adıdır. Ola bilər ki, belədir. Qeyd edək ki, rus dilində sifətlər ismə çevrilmə xüsusiyyətinə malikdirlər (məsələn: "uçyonıy", "morojenoye", "stolovaya"... və digər sözlər)./Milli.az/

Orxan Hun










SON XƏBƏRLƏR
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Xalqımızı birliyə səsləyən mahnı - VİDEO
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?