Qarabag Media
Haqqımızda Əlaqə

VIII Beynəlxalq Atatürk konfransı Azərbaycanda - Gəncədə keçiriləcək


Tarix:11-10-2015, 05:26 Kateqoriya:Manşet / Gündəm

VIII Beynəlxalq Atatürk konfransı Azərbaycanda - Gəncədə keçiriləcək


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkil etdiyi dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı oktyabrın 13-16-da ilk dəfə olaraq Azərbaycanda (Gəncə şəhərində) keçiriləcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən beynəlxalq konfrans Azərbaycan və Türkiyə Respublikalarının Müstəqillik günlərinə həsr olunur.

Karabakhmedi.az saytına, bu barədə AMEA Tarix İnstitutunun Mətbuat xidmətindən məlumat veribdilər.

Azərbaycan tərəfinin təklifinə əsasən konfransda Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemləri müzakirə olunacaqdır.

KonfransınTəşkilat Komitəsindətəmsil olunan 22 alimdən 5-i, Elmi Dəyərləndirmə Komitəsində isə76 alimdən 9-u Azərbaycandandır. Təşkilat Komitəsində Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, İstanbul Universitetinin professoru Halil Bal, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş idarəsinin rəisi Uğur Ünal və başqa nüfüzlü alimlər təmsil olunmuşlar. Beynəlxalq elmi konfransın açılışındaGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, akademik Akif Əlizadə, professor Mehmet Ali Beyhan, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsininbaşqanı Derya Örs, Türkiyə baş nazirinin köməkçisi Yıldırım Tuğrul Türkeş çıxış edəcəklər və1920-ci ilin Gəncə üsyanı haqqında sənədli film göstəriləcəkdir. Açılışda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Gəncədəki baş konsulunun iştirakı gözlənilir.

Azərbaycan alimlərinin məruzələri ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımları, Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı və başqa problemlərə həsr olunmuşdur. Konfransın açılış və bağlanış mərasimləri Gəncə şəhərindəki möhtəşəmHeydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Konfransda xarici ölkələrdən130-dan çox alim və rəsmi nümayəndə iştirak edəcəkdir. 93 elmi məruzədən 25-iAzərbaycan tarixçiləri tərəfindən ediləcəkdir.
Türkiyə tərəfinin maliyyə dəstəyi ilə keçiriləcək konfransda Avropa və ABŞ hakim dairələrinin müasir mərhələdə türk-islam xalqlarına qarşı yeritdiyi irqi, dini və milli ayrı-seçkilik siyasətinə qarşı dünya ictimaiyyətinə MÜRACİƏT qəbul olunması nəzərdə tutulmuşdur.

Bağlanış mərasimində Yaqub Mahmudov, Mehmet Ali Beyhan, Derya Örs çıxış edərək konqresdə edilmiş məruzələri dəyərləndirəcək və elmi forumun işinə yekun vuracaqlar. Konqresin sonuncu günü – 15 oktyabrda qədim Şəki şəhərinə gəzinti təşkil ediləcək və Qax rayonunda Yunus İmrənin məzarı ziyarət olunacaqdır.

Karabakhmedi.az










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı