Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda ağır yol qəzasında ölənlərin sayı artdı


Tarix:24-03-2016, 19:07 Kateqoriya:Manşet / Hadisə

Azərbaycanda ağır yol qəzasında ölənlərin sayı artdıLənkəranda baş vermiş ağır yol qəzasında ölənlərin sayı artıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün səhərə yaxın saatlarda Səbuhi Nəriman oğlu Əliyev xəstəxanada keçinib.

Lənkəran rayon polis idarəsindən bölgə müxbirinə verilən məlumata görə, qəzanı törədən sürücü hələlik saxlanılmayıb. Onun yaralı olduğu ehtimal edilir.

Xatırladaq ki, dünən axşam saat 21:30 radələrində Lənkəranda ağır yol qəza hadisəsi baş verib.

Hadisə zamanı 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Ağır qəza törədən sürücü hadisə yerindən qaçıb.

Dəhşətli yol qəzası Lənkəran - Boradigah yolunun şəhərin Ləvəngi dairəsinə yaxın ərazisində baş verib. Lənkəran istiqamətində hərəkətdə olan "VAZ 21 099" markalı avtomaşın çayxanadan çıxan piyadaları yolun piyadalara məxsus hissəsində vurub. Daha sonra idarəetməni itirən maşın yolun kənarındakı şam ağacına çırpılıb. Nəticədə 3 piyada hadisə yerindəcə keçinib.

Bunlar 37 yaşlı İmran İsmayılov, 28 yaşlı Elvin Hüseynov, 21 yaşlı Əli Cəbrayılovdur. Daha bir piyada - 25 yaşlı Səbuhi Əliyev hadisə nəticəsində ağır xəsarət alıb. Maşında olan sərnişin 29 yaşlı Kənan Həsənov da ağır yaralanıb.

Yaralılar dərhal təcili yardım maşını ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hazırda xəsarət alanların hər ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən sürücü, Astara rayonunun Şahağacı kənd sakini 20 yaşlı Xansu Xəlilzadə qəza yerindən qaçıb. Hazırda onun tapılıb istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirlərinə başlanılıb. İlkin versiya kimi qəzanın yüsək sürət səbəbindən baş verdiyi deyilir. Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”