Qarabag Media
Haqqımızda Əlaqə

Bakıda avtobus sürücüsü iş yoldaşını qətlə yetirib


Tarix:24-03-2016, 09:43 Kateqoriya:Manşet / Hadisə

Bakıda avtobus sürücüsü iş yoldaşını qətlə yetiribKarabakhmedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib.

4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb.

İlkin ehtimala görə, sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Mübahisə zamanı ürək nahiyəsindən bir bıçaq zərbəsi alan Zülfüqar Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətli törədən Məmməd Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan istintaq tədbirlərindən sonra məlum olacaq. Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

4 saylı marşrut xəttinin daşıyıcısı "Çinar Trans" MMC-nin nümayəndəsi Zamin Sadıqov bildirib ki, şirkət sürücülər arasındakı qanlı münaqişənin səbəblərindən məlumatsızdır. Şirkət nümayəndəsinin sözlərinə görə, qətlə yetirilən Zülfüqar Əzizli 4 saylı marşrut xəttində işə 2-3 gün əvvəl başlayıbmış: "Aralarında mübahisə yaranıb. Məmməd Zülfüqarı bıçaqlayıb. Hadisədən sonra onun özü iş yoldaşını xəstəxanaya çatdırmağa çalışıb. Lakin yolda dünyasını dəyişib. Məmməd Məmmədov özü polisə gedərək, təslim olub".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”