Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanlı “qanuni oğru” özünü və polisi bıçaqladı - VİDEO


Tarix:23-03-2016, 07:24 Kateqoriya:Manşet / Hadisə

Azərbaycanlı “qanuni oğru” özünü və polisi bıçaqladı - VİDEOAzərbaycanlı “qanuni oğru”, kriminal aləmdə Dadaş Bakinski kimi tanınan Dadaş İbrahimovun bu günlərdə Rusiyadan deportasiyası zamanı ciddi insident baş verib.

Karabakhmedia.az virtualaz.org-a istinadən xəbər verir ki, insident Kiyevdəki “Borispol” hava limanında qeydə alınıb.

Məlumatda qeyd edilir ki, Azərbaycana gələn Dadaş İbrahimov Kiyevə uçmaq üçün təyyarəyə bilet alıb. “Borispol” hava limanına düşdükdən sonra “qanuni oğru” birbaşa uçuş zonasında siqaret çəkmək qərarına gəlib. Qanun pozuntusu Ukraynanın patrul polislərinin gözündən yayınmayıb. Onlar Dadaş Bakinskiyə yaxınlaşıb xəbərdarlıq edəndə “qanuni oğru” aqressiv reaksiya verərək əcnəbi dildə qışqırmağa başlayıb.

“Müfəttişləri onun qanlı sifəti də narahat edib. Həmin şəxsə xəbərdarlıq edib onda hər şeyin qaydasında olub-olmaması ilə maraqlananda, yenə xarici dildə qışqıraraq, bıçaq çıxarıb patrul əməkdaşlarına hücum çəkib”, - polislərdən biri jurnalistlərə deyib.

İnsident yerinə əlavə qüvvə çağırılanda “qanuni oğru” bıçaqla digər patrul xidmətçisinin üstünə cumub, gözlənilmədən onun kürəyinə, özünün isə boynuna və qarnına zərbələr vurub. Dadaş Bakinski bundan sonra yıxılıb. Baş verən bu olay müşahidə kameralarında da əks olunub.

İbrahimovun qeyri-adekvat davranışını situasiya ilə tanış olan mənbə aydınlaşdırmağa çalışıb. Onun məlumatına görə, həmin gün “qanuni oğru” kokainin təsiri altında olub, onun sifətində qan ləkələrinin olması isə polislərlə insidentə qədər öz yaxınlarından biri ilə dalaşması ilə izah olunub. Məlum olub ki, “qanun oğru” mübahisə zamanı öz opponentlərindən birinə bıçaqla ölümcül zərbə vurub.

Dadaş Bakinski hazırda Borispol rayon xəstəxanasındadır. Qətl və hüquq-mühafizə orqanı əməkdaşına sui-qəsdə cəhdə görə onun 15 il, yaxud daha çox müddətə azadlıqdan məhrum ediləcəyi gözlənilir.



Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”