Qarabag Media
Haqqımızda Əlaqə

Şahbulaq qalası - VİDEO


Tarix:20-03-2016, 02:29 Kateqoriya:Manşet / Abidələr

Şahbulaq qalası - VİDEO

Şahbulaq qalası (qəsri) - Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr tarixi abidəsi.

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub.

Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan İran tərəfdən gözlənilən təhlükədən qorunmaq üçün strateji cəhətdən əlverişli bir yerdə, möhkəm qala tikdirmək qərarına gəldi. Bu qala, həm də xanlığın mərkəz qalası olmalı idi. Bu məqsədlə, Ağdamın 10 kilometrliyində dağların ətəklərində çeşməli bir ərazini seçdi. Şahbulaq qalasının burada salınması hər cəhətdən əlverişli idi. Daha doğrusu, təhlükəsiz idi. Xanlığın mərkəzi olacaq bu qala, tarixçilərin dediyinə görə, 1751-1752-ci illərdə tamamlanmışdır. Şahbulaq qalasının içərisində yaşayış binaları, hamam, məscid və bazar tikilmişdir. Şahbulaq qalası hündür divarlarla əhatə olunmuşdur. Xanın iqamətgahı səkkizqülləli qəsrdə yerləşirdi. Qala düzbucaqlı olmuş, yonulmamış daşlardan tikilmişdir. Qalanın içərisindəki tikililərin çoxu dağılmışdır. Tikili böyük görkəmə malik olmuşdur. Pənahəli xan öz ailəsi, qohumları, yaxın adamları, böyük sənətkar və alimlərlə burada yaşamışdır. Qalada bərpa işləri aparılmışdı, müəyyən qədər əvvəlki görkəminə salınmışdır (xarici divarları).

Qarabağ tarixçilərinin məlumatına görə, Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi saldırmış, “Daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar” tikdirmişdir. İnşaatı 1751-1752-ci illərdə tamamlanmış bu kompleksdən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalmışdır. Qəsr öz adını gursulu bulağın adından almışdır.

Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir. Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olmuşdur. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır.

Qalanın içərisində divarlar boyunca tikilmiş birmərtəbəli otaqların damı xarici basqınlardan müdafiə üçün əlverişli səki rolunu oynayırdı. Otaqların örtük konstuksiyası daş tağbəndlərdir. Bütünlüklə yarıyonulmuş daşdan tikilmiş Şahbulaq qəsri Azərbaycanın xanlıqlar dövrü hərbi memarlığının sadə nümunələrindən biridir. Şahbulaq qəsrinin şimal-qərbində, bulağın yanında olan məscid kiçik daş bina olub ibadət salonu və eyvandan ibarətdir. İbadət salonu planda kvadrat biçimli (5,1/ 5,1m) olub günbəzlə örtülüdür. Məscidin giriş qapısı şərqə yönələn baş fasadın dördbucaqlı eyvanına (5,1/2,5m) açılır. Eyvanın tağları, baza və kapitelləri dördbucaq formada olan səkkizguşəli sütunlara söykənir. Məscidin kiçik tutumu hündür səki üzərində qaldırılmışdır. Araşdırıcıların fikrincə Şahbulaq tikililəri Qarabağ xanlığının, özəlliklə onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına öz təsirini göstərmişdir.

Son dövrlərdə ermənilər qalanı bərpa edərək kilsə kimi istifadə edirlər.

AĞDAM - Qarağacı Şahbulaq qalası - 1991



AĞDAM Şahbulaq qalası - 2015



Karabakhmedia.az










SON XƏBƏRLƏR
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?
Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
Mahir Abbaszadə Yeni Günəşli qəsəbəsində laçınlılarla görüşdü - FOTOLAR
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
Hacı Salayev namizədliyini geri götürdü: "İki dəfə deputat olmuşam, bəsdir"
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Seçki Məcəlləsinin tələblərinə əməl edin”
Həkimlərə şad xəbər: MAAŞLARI ARTIRILIR
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Naməlum şəhidin nəşi şəhidlər xiyabanında dəfn olundu - FOTOLAR
Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı - FOTO
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu
“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı
İçərişəhərdə iki bina restavrasiya edilir
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi
İmişlidə şəhidin nəşi məzardan çıxarıldı – VİDEO
Ruhani nüvə silahı ilə bağlı söz verdi
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - II YAZI
Mehdi Mehdiyev Qobu qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirdi - FOTOLAR
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Qaradağda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTOLAR
Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI