Karabakhmedia.az-ın məlumatına görə, Tədbiri giriş sözü ilə açan Turizm və Menecment Universitetin “Xidmət mühəndisliyi” fakültəsinn dekanı Dos. Dr. Sevda Vəzirovda qonaqları salamlayaraq bildirdi ki, bu cür tədbirlərin keçirilməsi ölkələrimiz arasında elmi və mədəni əlaqlərin inkişafında mühüm rol oynayır.
Sonra Müqəddəs İmam Hüseyn hərəminin mədəni və ictimai şöbəsinin üzvü Şeyx Əli Qəravi Azərbaycan Turizm və menecment universitetinin tələbələri qarşısında «İslamda tolerantlıq. Dində zorakılıq yoxdur» adlı mühazirə ilə çıxış edib. Şeyx Əli çıxışında bildirib ki, İslam yaranandan bəri heç zaman dini təbliğ etmək üçün zordan istifadə etməyib. Məhəmməd peyğəmbərin (s.a.s) bütün savaşları yalnız müdafiə xarakteri daşıyıb.
İman və etiqad insanla birgə doğulur və ruhun ehtiyacıdır. İnsan bütün həyatı boyu ruhunun ehtiyacını ödəmək üçün aştarışda olur.
«İnsan ağlı və ruhunun ehtiyaclarını ödəyən bir dini seçir. Ona zorla nəyisə məcbur etmək mümkün deyil. Hətta zor olsa belə , insan qorxudan zahirən dini qəbul edəcək, amma ürəyində isə bunun əksi olacaq.İmam Əli (s.a) bir nəfər yaxınlaşıb deyib ki, mən sənin dinini qəbul etmirəm və sənin ardınca getməyəcəyəm. İmam isə cavabında bildirib ki, mənim sənə münsibətim bununla dəyişməyəcək», deyə Şeyx Əli vurğulayıb.
Sonra tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli “Dünya mətbuatında və informasiya sistemlərində İslam haqqında elmi araşdırmalar”, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Azərbaycan-İraq mədəni-mənəvi müasibətləri, ihaiyyatçı alim Hacı Atif İsmayılov və s. çıxış ediblər.
Sonda İraqlı alimlər tələbələrin suallarını cavablandırıb.
Karabakhmedia.az