Qarabag Media
Haqqımızda Əlaqə

Ramil Nabranla eksklüziv müsahibə: “Ova çıxmışdım, özüm şikarə çevirildim...”


Tarix:16-03-2016, 21:31 Kateqoriya:Manşet / Müsahibə

Ramil Nabranla eksklüziv müsahibə: “Ova çıxmışdım, özüm şikarə çevirildim...”Ramil Nabran kifayət qədər tanınan rep musiqiçidir. Lakin oxucular bu gün məşhuru tam başqa ampluada izləyə biləcəklər.
Gənclərin sevimlisi, yay disko klublarını repləri ilə izdiham, çoşqu yaradan Ramil olduqca həssas və maraqlı insandır. Bəlli oldu ki, Ramil bəy musiqiçi olmaqla yanaşı eyni zamanda həm də istedadlı şair və dekorativ üslubda rəsmlər hazırlayan dizayner-rəssamdır.


Efirlərdən küsmüşəm...

- Ramil bəy, xoş gördük. Niyə efirlərdə görünmürsünüz?

- Xoş gününüz olsun. Efirlərin bəzilərindən küsmüşəm.

- Səbəbi?

- Efirdə görünməyim üçün, məndən pul istədilər. Təbii, anlayıram ki, özəl kanal olaraq müəyyən məbləğ tələb olunur. Lakin, mən dünənin reperi deyiləm. Üstəgəl, maddi imkanım da yüksək dərəcədə deyil.

- Maddi durumunuzla bağlı hər hansı layihəni gerşəkləşdirmək üçün sponsor aramısınızmı?

- Xeyr. Mən kütlə və xalq arasinda tanınıramsa, sponsorlar özləri mənə hər hansı bir layihənin həyata keçirilməsində dəstək olduqlarını bildirməlidirlər. Təbii ki, mən özüm üçün heç kəsdən heç bir məbləğ istəyən deyiləm.

- Tanınmış müğənnilərlə iş birliyiniz haqqında düşünürsünüzmü?


- Əgər düzgün səsi və sənəti varsa, razılaşaram.

- Məsələn, Aygün xanım Kazımova ilə razılaşardınızmı?

- Bəli. Sənəti var. Amma, bütün bunları dünən edərdim, tanınmaq üçün. Bu gün mənə reklam lazım deyil. Beynimdə olan layihələri gerçəkləşdirmək üşün güclü maddi dəstək gərəkdir.
- Maddi gəlirinizi sənət fəaliyyətinizin hansı istiqamətində əldə edirsiniz?

- Daha çox şəhərdə fəaliyyət göstərən klublara dəvət alıram. Partilər də olur. İlahda MOJO CLUBdan tez tez dəvət alıram. Yay aylarında isə, dənizkənarı çıxışlar zamanı ən çox izləyici toplayan mən oluram desəm, yanılmaram.
Gənclər...anlamır...

- Bu günkü gənclərin musiqi seçimi doğrudurmu?

- Deyərdim ki, yox. Bir çox gənc nəyi və nə üçün dinlədiklərini anlamır. Daha doğrusu, istiqaməti düzgün seçmirlər. Götürək, 70- ci, 80- ci, 90- cı illərin gənclərini, bu günün isə valideynlərini. Orta nəsil nümayəndələri üçün yalnız muğam mövcud idi, lakin muğamın özündə belə şaxalənmə var idi. Misal üçün, götürək elə 90- cı ildə dönüş yaradan Alim Qasımov və Almaz Ələsgərova duetini (Muğamla estradanın sintezi).

Ramil Nabranla eksklüziv müsahibə: “Ova çıxmışdım, özüm şikarə çevirildim...”- Nə üçün Ramil Nabran bu gün öz yaradıcılığında bu dönüşü yaratmır?

- Yarada bilərəm, sadəcə, qarşımda dayanan bəzi maneələr var ki, əsas məqsəd və səbəb yenə də maddiyətə bağlanır. Əfsuslar olsun ki, bu gün sənətdə olan qız, qadınlardan bəlli məqsəd güdülürsə, oğlan olduğun təqdirdə, ümumiyyətlə bəxtin yoxdur anlamına gəlmək olar.

- Yəni düşünürsünüz ki, bu gün yaradıcılığın zirvəsində olan sənət əhlinin hər biri maddi dəstəklə yüksəlib?

- Əlbəttə. İrili- xırdalı layihələr var ki, daha böyük işlər üçün böyük də məbləğ ayrılır.

- Kifayət qədər xarizmatik görünüşünüz var. Bir sıra kliplərinizdə aktyorluq etdiyiniz təqdirdə, filmlərdə də yer almağı düşünürsünüzmü?

- Doğrusu, maraqlı və xarizmatik görünüşüm olduğumu deyirlər. Bu yaxınlarda türkiyəli rejissor Metin bəy mənə söylədi ki, dünyada minlərlə gənc filmə çəkilmək arzusundadır. Lakin, insan yaşlandıqda və onun üz cizgiləri bəlli hiss edildikdə, əsl aktyor obrazı məhz o zaman yaranır. Mənim dini filmə çəkilməyim haqqında sual da verildi ki, nə deyəcəyimi bilmədim. Amma, bir xəbəri deyim ki, aprelin 15- dən filmdə yer alacam. Əvvəlcədən qeyd edim ki, məhəbbət səhnələrini tərənnüm edən epizod çəkilişlərdən kənaram.

Filmdə müəllim obrazında...

- Təbrik edirəm. O zaman, hansı obrazda sizi görəcəyik?

- Təşəkkür. Müəllim obrazındayam. İlk filmim olacaq. Yəqin ki, bu rolu özümə məxsusluğumla tamamlamağa müvəffəq olacam.

- Neçə yaşınız var?

- 39.

- Amma, qəribədir ki, sizə baxdıqda, bir qədər yaşlı görünürsünüz. Fikir çox edirsiniz?

- Həddindən artıq çox fikir edirəm. İnanın, hər işin, baş verən hər hadisəni dərindən düşünən insanam; kədərin, sevincin xoşbəxtliyin, üzüntünün. Öz özümə deyirəm ki, biri insultdan dünyasını dəyişəcək, digəri infarktan. Məni isə fikirlərim dəfn edəcək.

- Nəyin fikrini edirsiniz?

- Yaşlandıqca, fikirlərim də çoxalır. Görəsən, sabahım necə olacaq? Kainatın sonu haradadır? Başqa bir həyat varmı?

- Axirətə inanırsınızmı?

- Əlbəttə inanıram. Bu həyat isə əlimizdə tutduğumuz bir taxtadan ibarətdir. Estafeti bir- bir övladlarımıza ötürürük. Qarşıda məni oğlum, qızım gözləyir. Amma bir nisgil var ürəyimdə; gələcəkdə estafetə ötürdüyüm övladlarım məndən bu həyatın amansızlığından soracaq. Sual verəcəklər ki; ata, bu necə həyatdır, niyə insanlar məhv olur, niyə dünyada müharibələr var, niyə axə sərbəstlik və azadlıq yoxdur? Yalanlar var, saxtalıq var səmimiyyət yoxdur?! Bax, bu zaman onların suallarına hansı cavabı verəcəyimi bilmirəm. Mən şəxsən səmimiyəm, adi metrodan istifadə edirəm. İnsanlar mənə inanmır, bəziləri danlayır.

- Avtomobiliniz yoxdur?

Metrodakı insanların...
- Yox, sevmirəm maşın sürməyi. Mən sevirəm ki, məni maşında gəzdirsinlər. Qonşuluqda yaşayan tanışlar var ki,bahalı maşınlarında hər zaman məni ünvanıma çatdırmağı təklif edirlər. Deyirlər ki, söylə, hara aparmaq lazımdır, çatdıraq, qoy desinlər ki, Ramil Nabran yanımızda idi. Hərdən belə də olur (gülür). Özümə gəldikdə isə, mən avtobus, metroda qatarda gedən insanların üzlərindəki gərginliyi, yorğunluğu əsəbi hiss etmək istəyirəm. Əks təqdirdə onlari ruhlandırmaq üçün pozitivlikdən yaza bilmərəm. Belə yetərincə ölkədə social problemlərdən yazanlar var.

Ramil Nabranla eksklüziv müsahibə: “Ova çıxmışdım, özüm şikarə çevirildim...” Nə üçün bir araya gələrək, maraqlı layihə üzərində çalışmırsınız?

- Yaşlandıqca, insan istəmir. Amma, keçən il Atlant istirahət mərkəzində olduqca böyük izdihamlı bir tamaşaçı ordusu yığdım. Talıb tale, Üzeyir, Baxti də burada çıxış etsələr də, mən daha çox tamaşaçı toplaya bildim; 2000- ə yaxın insan vardı.

- Sualım var; Nə üçün məhz Nabran təxəllüsü götürmüsünüz? Əslən Nabranlısınız?

- Xeyr, keçmiş Sovetski məhəlləsində göz açmışam. Altı nəsil Bakılıyıq. Nabran mahnıma görə sevildim. Diskin üzrəində yazılmışdı; Ramil Nabran. Deyirəm yaxşı ki, diskin üzərində balqabaq, soxulcan yazılmamışdı. Yoxsa sevilən, uğurlu mahnı olsaydı, olacaqdım Ramil balqabaq və ya Ramil soxulcan.

- Ramil bəy, olduqca sadə insansınız.

- Bəli, rəhmətlik atama bənzəyirəm xasiyyətcə. O da olduqca xeyirxah və həssas insan idi. Əfuslar olsun ki, o 34 yaşında dünyasını dəyişəndə, mən on aylıq körpə idim. Hal- hazırda oğlum atamın adını daşıyır. Akif oğlumun 10 yaşı var. Ailəmizdə qız övladım da böyüyür; Nurayın 5 yaşı var.

Həyat yoldaşım həyatımın bir parşasıdır...

- Ramil bəy, sevərək ailə qurmusunuz?

- Ümumiyyətlə, bu həyatda insan gərək hər bir tarazlığı qorusun. Bəli. 22 yaşında vuruldum. Təsadüfi tanış olduq, 5 il boyunca bir birimizi tanıdıq və 27 yaşında mən sevdiyim qızla ailə qurdum. Hal – hazıda o mənim həyatımın bir parçasıdır. Həyat yoldaşım mənim ilk öncə sirdaşımdır, dostumdur. Bizim tanışlığımız bir seriala bənzəyir.

- Bir qədər danışardınız bu haqda.

O zaman cılğın vaxtlarım idi; şirin dil ilə qızları yoldan çıxaran dövrüm idi. Təsadüfən tanış olduqda, maraqla baxdım ki, bu qız mənimlə kəlmə kəsmir. Təsəvvür edin ki, nömrəmi ona təqdim etdiyimdə, zəng etmirdi. Amma ara- sıra təsadüfən qarşılaşırdıq. Bax bu zaman anladım ki, biz bir birimiz üçün yaranmışıq. Bir sözlə, ova çıxmışdım, özüm şikara döndüm. Ümumiyyətlə, deyərdim ki, biz insanlar bu həyata hansısa qüvvənin təsiri ilə gəlmişik. Bir çoxları bunu siyasətə bağlayır, çoxu dinə, bəziləri hansısa başqa amillə izahlandırır. Mən isə biz insanların həyata gəlişini ilahi qüvvənin təsiri ilə əlaqələndirir və daim nəzatərdə olduğumuzu düşünürəm. biz bütövlükdə dünyanı təmsil edirik; insanlığı qoruyaraq, humanist yaşamalıyıq. Bu baxımdan ilk humanizm məhz “kiçik dövlət” hesab edilən ailəyə, övlada yönəldilməlidir.

- Sənətinizdə yenilikləriniz hansılardır?

- Hal- hazırda Araz.Fm– də “Tempi tut” mahnısı yayımlanır. Aygün Akif, DJ Röşka və Çiçək xanıma təşəkkür edirəm bu baxımdan. İnşəallah, aprel ayının ortalarına Vüqar Şəfiyevin rejissorluğu ilə kliplə efirdə nümayiş olunacağıq. Daha sonra, model Nigar Süleymanova ilə “Oyna” mahnımız var. CK adlı reperlə yeni duetimiz də artıq hazırdır.

- Bir zaman Haray, Kölgə adlı reperlər vardı. Amma indi nədənsə yoxdurlar. Bilmirsiniz, haradadılar?

- Yoxdular, bəli. Yəqin, hərəsi bir işlə məşğuldur.

Uranı bəyənirəm...

- Ümumiyyətlə bəyəndiyiniz reper hansıdır?

- Uranı çox bəyənirəm. Biz onunla bir dalğada; ikinci dalğada olmuşuq. Yəni, Anar Nağılbaz, Elşad Xose, Hüseyn Dərya, “Dəyirmandan” sonra “Klan A Plan”, “Caspian Clan” və “Nəğd pul” dalğası vardı ki, biz məhz “Klan A Planda” fəaliyyət göstərirdik.

- “Klan A Planda” gənc yaşlarında dünyasını dəyişən Rüfət haqqında nə deyərdiniz?

- Mənəvi və psixoloji olaraq, onun yoxluğunun acısını yaşayıram. Allah rəhmət eyləsin. İnsanları anlayan oğlan idi. Ondan söz düşəndə özüm kövrəlirəm. Şəkilləri maykalar;ma həkk olunub, otağımdan asılıb. 6 ildir həyatda yoxdur. 26 altı yaşında ürək çatışmamazlığından dünyasını dəyişdi. Mən var- dövlət, şan- şöhrət xəstəsi deyiləm. Doğrudur, bu haqda danışmağı sevmirəm, amma bu gün fəaliyyətimin davamı məhz onun adı ilə bağlıdır. Mənə elə gəlir ki, Rüfətin ruhu mənim uğurlarıma sevinir; məhz ona görə də, çalışıram ki, mahnılar sözün əsl mənasında uğur qazansın. Təvazökarlıqdan kənar olsa da, qeyd edim ki, Azərbaycanda ən məhsuldar və ən sevilən reperlərdənəm. Mahnılarımın 4- dən 3- ü “partlayışa” səbəb olur.

“Bomba”...

- Hansılardır?

- Mən alternativ rep ifaçısıyam. İfaçı var, yalnız ağır rep ifa edir. Sevilən mahnılarım; “Bomba”, “İsti yay”, “Nabran”, “Tempi tut”. Bütün sadalananlar alternativ üslubda yazılan klub mahnılarıdır.

- Məlumatım var ki, dekorativ rəsm hazırlamağı sevirsiniz. Musiqiçi, rəssam və şair Ramil bəy bütün sadalanları bir arada necə çatdırır?

- Əslində 8 sinif oxumuşam. Kasıb ailədə göz açdığımdan, təhsil arxasınca gedə bilmədim. Amma, istedad təbii ki, təhsilə baxmır.

- Öz xasiyyətinizi bizə nəql edərdiniz; Ramil Nabran necə insandır?

- Olduqca sadəyəm, amma adi deyiləm. Hörmətimi saxlayan insanam.

- Hardasa şeir kimi səsləndi; sadəyəm, adi deyiləm...

Onlar kimsəsiz deyildirlər...

- Ola bilər; sadəyəm adi deyiləm, kimin üçünsə mürəkkəb, mütəmmadi deyiləm... Misal üçün, ingilisləri bəyənmirəm; dağın başından aşağı düşmürlər. Sadəliyi sevirəm. Mən türk mənşəlli Ər- Turan aşiqiyəm. Hərdən olur ki, insanlarda haqsızlıqlara qarşı barışmıram; sos- yardım xətti ilə leykomiya xəstəliyindən əziyyət çəkən insanlara, uşaq evləri və qocalar evinə konsert proqramı ilə tez- tez çıxışlara qatılıram.

- Çıxışlar zamanı hansı hisslərlə əhatə olunursunuz?

- Bir fikir keçir beynimdən; biz insanlar xeyirxahlıq etməliyik ki, zülm unudulsun. Uşaq evlərində çıxışlarım zamanı isə düşünncələrim birmənlalı olur; onlar kimsəsiz deyildirlər; onları bura atanlar yetimdilər. Körpələrindən amansızlıqla imtina edən valideynlər bilməlidirlər ki, onlar qoclaldıqda, qayğılarına qalan olmayacaq.
Uşaqlar onsuz da böyüyəcək; öz həyat yollarını tutacaqlar, lakin, zamanında valideyn sevgisi və nəvazişi duymadıqları üçün, onlara sarılacaq gecikmiş ana-ata qollarından haqlı olaraq uzaqlaşacaqlar...

Ramil Nabranla eksklüziv müsahibə: “Ova çıxmışdım, özüm şikarə çevirildim...”


Ramil Nabranla eksklüziv müsahibə: “Ova çıxmışdım, özüm şikarə çevirildim...”

Ramil Nabranla eksklüziv müsahibə: “Ova çıxmışdım, özüm şikarə çevirildim...”

Ramil Nabranla eksklüziv müsahibə: “Ova çıxmışdım, özüm şikarə çevirildim...”



Aynur Nurlu










SON XƏBƏRLƏR
İran ilə bağlı qorxunc iddia – Ölü sayı 250 nəfəri keçib
Xalq, millət, yoxsa cəmiyyət? - Bir qarışıqlığın dumanında
“Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr edilib
Vladimir Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib
Qaregin Njde məsələsi Ankarada müzakirə olundu
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
Zaqatala, Şəki və Qax rayonlarına qar yağıb
Nazir müavinindən məktəb direktorlarına XƏBƏRDARLIQ
Çovdarda 100 min ağac tingi yetişdiriləcək
"Haqq mənəm" tamaşasının premyerası olub
Onun üçün...
Prezident Naxçıvana 41.6 milyon manat ayırdı
Hyundai Azərbaycana yeni subkompakt kreossover gətirəcək
"AzFinance İnvestisiya Şirkəti"ndə yeni direktor
Bakıda erməni dili kursları açılır
AĞLAGƏLMƏZ YENİLİK: artıq görüntülü danışdığınız adama toxuna biləcəksiniz
UEFA "Qarabağ"ın erməni təxribatı ilə üzləşdiyi stadionla bağlı ultimatum verib
Hicran Hüseynova: “Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır”
XİN-dən Ata Abdullayevlə bağlı - AÇIQLAMA
“Xaricdəki təbliğatın Qarabağın azad edilməsinə heç bir faydası yoxdur...”
Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - Yol polisindən XƏBƏRDARLIQ
BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılar da qoşuldu
Azərbaycan millisi FİFA reytinqində Mozambikdən də geri düşəcək
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Ankarada Xocalı abidələrini ziyarət edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib
BDU-nun ölən tələbəsinin fotosu yayıldı
ABŞ-dan S-400-lə bağlı Türkiyəyə növbəti təhdid
Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO