Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman Zabit Quliyev: “Qarabağa bayrağımızı sancmayana qədər, ölməyəcəyəm...”


Tarix:9-03-2016, 08:41 Kateqoriya:Manşet / Müsahibə

Milli Qəhrəman Zabit Quliyev: “Qarabağa bayrağımızı sancmayana qədər, ölməyəcəyəm...”Müsahibim 19 yaşında Ümumilli Lider Heydər Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülmüş mərd və şücaətli qəhrəmanımız- Zabit Quliyevdir. İlk olaraq, Zabit Quliyev haqqında qısa məlumatı nəzərinizə çatdırım:

Milli Qəhrəman...


Quluyev Zabit Adil oğlu. 1975- ci il, 12 iyunda Kürdəmir rayonu Ərəbxana kəndində anadan olub. 1992- ci ildə orta məktəbi bitirib. 1993- cü ildə Milli Ordu sıralarına çağrılıb, döyüş bölgəsinə göndərilib. Ağdam, Füzuli, Ağdərə, Tərtər bölgələrində gedən döyüşdə düşmənin 4 tankını snayper silahından açdığı güllə ilə məhv edib. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995- ci il tarixli 307 saylı fərmanına əsasən Quliyev Zabit Adil oğluna “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilmişdi. Ailəlidir, 15 yaşında bir oğlu var.

- Zabit müəllim, Sizinlə əlaqə yaratmaq elə də asan olmadı; bir çox qurumlara müraciət etsəm də, yaşayış yeriniz qeydiyyat yerinizdən fərqli olduğu üçün müəyyən çətinlik yarandı. Hətta düşündüm ki, ümumiyyətlə ölkədə deyilsiniz.

- Bəli, yaşayış üzrə qeydiyyatım Kürdəmir rayonuna aiddir. Amma, hər zaman Azərbaycandayam, heç yerə getmirəm.

- Elə isə, bəs bə üçün cəmiyyətdən bir qədər kənardasınız?

- (Susur)

- Azərbaycan gəncliyi ilə keçdiyiniz döyüş yolu ilə bağlı təcrübənizin paylanması zərurətini duyursunuzmu?

Vətənpərvərlik ailədən başlayır...
- Mənə elə gəlir ki, biz döyüşçülərlə tanışlığa bügünkü gənclər özləri maraq göstərməlidirlər. Quyuya su tökməklə sulu olmaz. Vətənpərvərlik ailədən başlayır, uşaq vaxtlarından. Düzdür, igidlərimiz var. Amma 20 il əvvəlki dövrün gəncləri bir birilərinə daha qayğılı, daha mühafizəkar yanaşardılar.

- Bəs indi sizcə o cür yanaşmırlar?


- (Gülür) Ola bilər ki, qayğı da var, mühafizə də, amma əvvəlki zamanla müqayisədə azlıq təşkil edir.

- Məlumatım var ki, televiziya məkanlarında bir sıra vətənpərvərlik verilişlərində iştirakdan imtina edirsiniz.

- Bəli. Çox vaxt imtina edirəm. Getmirəm.

- Səbəbini bizə açıqlayardınız.

Heydər Əliyev mənə...

- Məni verilişlərə qəhrəmanlığımla bağlı dəvət edirlər. Hesab edirəm ki, Vətənim bütöv olmayana qədər, ürək ağrısı ilə danışacam. Ona görə də küsgünəm bir qədər. Hər an Ali Baş Komandanın əmrini gözləyirəm ki, düşmənə qarşı döyüşə atılım!

- Olduqca gənc yaşda Ümumilli Liderimiz mərhum Heydər Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülmüsünüz.


- Bəli. Mərhum liderimiz Heydər Əliyev o zaman şəxsən bizi ordenlərlə və fərmanlarla təltif etdi. Hətda mənə bir söz dedi, indiyə qədər unutmuram. Söylədi ki, “mərdsən, halal olsun sənə!”

- Döyüş yolunu necə xatırlayırsınız?

- O zaman 19 yaşım var idi. 1993- cü il, Tər-Tər- Ağdam uğrunda gedən döyüşlərdə düşmən tərəfindən mühasirəyə alınmışdıq. Komandirimiz; general- leytenant Rövşən Əkpərovun doğru hərbi taktiki qərarlarını icra edərək, gərgin mübarizədən sonra mühasirədən tam çıxa bildik.

Yarım saata məhv edilən 4 tank...

- Siz və düşmənin 4 məhv olmuş tankı! Bu haqda nə deyə bilərsiniz?

- (Bir qədər düşünür) Yalnız bir söz deyə bilərəm ki, zamanım çox olsaydı, daha çox texnika məhv edərdim.

- Düşmən tanklarını nə qədər zamana məhv etdiniz?

- Yarım saata.

- 19 yaşında ikən sərrast atıcılığa necə nail olmusunuz?

- Mən uşaq ikən babamla ova gedərdik. Atıcılığı mənimsəməyim məhz babamın sayəsindədir. Daha sonralar onun köhnə tüfəngi ilə ova gedərdim. Heç hədəf gülləmdən yayınmırdı. Babamın öyrətdikləri döyüş meydanında köməyimə çatdı.

Şəhid əmimoğlu...

- Quliyev Mərdan Məmməd oğlu. Bu ad Sizə nə deyir?

- (Kövrəlir) Əmim oğludur. Qarabağ uğrunda gedən döyüşdə həlak olub.

- Amma nədənsə adını heç çəkmirdiniz. Bu susqunluq hansı hisslərlə bağlıdır?

- Yox, susmuram. Sadəcə bir çox dostlarım düşmən gülləsindən qollarımda dünyasını dəyişib və mənim əmim oğlu da onlardan biridir. Vətənimizin azadlığı uğrunda caından keçən şəhidlərimizin hamısı bizə doğmadır, əzizdir. Onların xatirəsi hər zaman ürəyimizdədir.

- Bizim vasitəmizlə oxuculara hər hansı bir istək, arzunuzu çatdırmaq istərdinizmi?
- Hər bir azərbaycanlıya Vətənə bağlı olmağı arzu edirəm və öz növbəmdə söz verirəm: Qarabağa bayrağımızı sancmayana qədər...(kövrəlir) Ölməyəcəyəm...

Aynur Nurlu










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB