Qarabag Media
Haqqımızda Əlaqə

Dahi Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın faciəsi - FOTO


Tarix:8-03-2016, 11:19 Kateqoriya:Manşet / Araşdırma

Dahi Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın faciəsi - FOTO Azərbaycanımın gözəl məkanı Qarabağ….

Xalqımızın əsrlər keçdikcə adları fəxrlə çəkilən istedadlı övladlar bəxş etmiş gözəl və müqəddəs torpaq…

Bu gün Azərbaycanın bu müqəddəs guşəsini olduğu kimi qoruyub saxlaya bilmədiyimiz üçün adı ağrıyla anılan torpaq…


Düşmən tapdağı altında qaldığından ruhu şad olmayan əcdadlarımızın ahu-zarı gəldiyi, qanlı göz yaşları ilə yuyulan gözəl məkan Qarabağ…

Bizim ata və analarımız, sizin çəkdiyiniz əzabların bitməyinə az qalıb, lap az…

Yaxın zamanlarda, biz oralara qayıtdıqda Qarabağ torpağını gözlə görünməyən, yalnız hiss edilən sevinc və xoşbəxtlik örtüyü yenidən bürüyəcək…
Və o zaman bizim qisasımız amansız olacaq…

Və o zaman Qarabağın sonuncu şahzadəsi Xurşidbanu Natəvanın da ruhu şad olacaq.

Xurşidbanu Natəvan -Qarabağın sonuncu hökmdarı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Anası Gəncə hökmdarı Cavad xanın nəslindəndir. Anası Bədircahan Bəyim Ziya xanın nəvəsi, Uğurlu bəyin qızıdır.

Xurşidbanu ailədə yeganə övlad və Qarabağ xanlığının sonuncu varisi olduğu üçün sarayda onu “Dürr yektə”, tək inci, xalq isə Xan qızı çağırırdı.

Natəvanın atası Mehdiqulu xan, Qarabağ xanı İbrahimxəlil xanın və Gəncəli Şahverdi xanın qızı və Cavad xanın bacısı Xurşid Bəyimin oğlu idi.

1805-ci il 14 may tarixində Gəncə yaxınlığında Kürəkçay adlanan yerdə Qarabağ xanlığının Rusiya hakimiyyəti altına verilməsi barədə müqavilə imzalandıqdan sonra, həmin ilin iyul ayında Birinci Aleksandrın “ən yüksək” fərmanı ilə ona general-mayor rütbəsi verilmişdir.

İbrahimxəlil xan hokmranlığı dövründə Qarabağ xanlığı bütün Azərbaycan xanlıqlarından ən güclüsü idi. Vaxtaşırı İbrahimxəlil xan qonşu Qaradağ, Ərdəbil, Naxçıvan və Gəncə xanlıqlarının hökmdarlarına güclü təsir göstərə bilirdi. Avar hökmdarı Osman xanın bacısı ilə evlənərək, onunla qohumluq əlaqələri yaratmışdır.

Atası İbrahimxəlil xan və onun yaxınları, o cümlədən həyat yoldaşı və bir neçə kiçik uşaqlar da olmaqla 1806-cı ildə naməlum şəraitdə öldürüldükdən sonra, Mehdiqulu Birinci Aleksandrın sərəncamı ilə 13 sentyabr 1806-cı ildə Qarabağ xanı təyin edildi. Bu suiqəsdi Rus hökumətinə bağışlamayan Mehdiqulu xan özünün hökmranlığı dövründə İranla gizli ittifaq yaratmışdır. 1822-ci ildə xanlıq ləğv edilərək, Rusiya əyaləti statusunu aldı.

Natəvana bibisi, İbrahimxəlil xanın qızı Gövhər xanım böyüdüb tərbiyə vermişdi. Natəvanda musiqiyə, poeziyaya, rəssamlığa marağı da o oyadmışdı. Natəvan şərq dillərini öyrənir, Firdovsi, Nizami, Səədi, Hafiz, Nabai və Füzulinin klassik əsərlərini oxuyur.

Natəvan gözəl ev təhsili alır və doğma azərbaycan dilindən başqa, fars, ərəb və rus dillərini bilirdi. Xan qızı könlu istədiyi hər bir sahədə bacarıqlı idi. Bu gözəl, ağıllı, isdedadlı qadın özünə müasirlərin diqqətini cəzb edir, ürəkləri fəth edir, müasirlərinin zövqünü oxşayırdı.

Məcburi evlilik…… İmperatorun əmri ilə….

Yeddi kumık xanlığını birləşdirmiş nüfuzlu Dağıstan hökmdarı Musa xanın oğlu, sədaqət rəmzi olaraq uşaqlıqdan padşaha əmanət olaraq verilmiş Xasay Usmiyev əfsanəvi şəxsiyyət idi. Əvvəlcə Peterburqda İmperator paj korpusunda, sonra isə Fransaya, Napoleonun bitirdiyi Sen-Sursk hərbi akademiyasında oxumağa göndərilir və general rütbəsinə kimi yüksəlir.

İmperatorun fərmanı ilə Qarabağın axırıncı şahzadəsi olaraq, Xurşidbanu Natəvan Qarabağa gəlninin yanına gəlmiş knyaz Usmiyevlə ailə qurmaq məcburiyyətində qalır. Bir müddət sonra Xasay və Natəvanın oğlu dünyaya gəlir və ona babası Qarabağ xanlığının son hökmdarı şərəfinə Mehdi adı qoyurlar. Sonralar Mehdi “Vəfa” ləqəbli şair kimi məşhurlaşır. Vaxt ötür və Mehdi öz oğlunu babasının şərəfinə Xasay adlandırır, Xasay da …. Bu günə kimi də bu iki ad nəsildən nəsilə keçir.

Usmiyevin ədəbi dairələrlə yaxın tanışlığı var idi. O, Azərbaycan yazıçıları Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundovla, dekabrist-yazıçı Aleksandr Bestujev-Marlinski və başqaları ilə dostluq edirdi. Fransız etnoqrafı, səyyahı və yazıçısı Marmye, rəssam Moyne ilə tanış idi, məşhur alim-şərqşünas, səyyah, dünya xalqları haqqında çoxsaylı əsərlərin müəllifi Jozef Ernest Renanla yazışırdı.

Əlbəttə öz fikirləri ilə yoldaşı Natəvanla da bölüşürdü.

Dyuma və Natəvan

Qafqazı səyahətə çıxan Dyuma Bakıya gəlir. Onunla görüşmək üçün knyaz Usmiyev həyat yoldaşı və uşaqları ilə Bakıya gəlir. Dyuma knyazın ağlına və möhtəşəm fransız dilinə məəttəl qalır, lakin Navəvanla olan söhbət onu heyran edir.

Natəvan yazıçıya özünün əl işi olan naxışlı çanta hədiyyə edir. Fransızı şahmatda qalib gələn Natəvan yazıçıdan şahmatı hədiyyə olaraq qəbul edir. Bu gün həmin şahmat Nizami adına ədəbiyyat muzeyində saxlanılır.

O görüş haqqında çox rəvayətlər dolaşır, yalnız bu gün hansının doğru, hansının uydurma olmasını təyin etmək mümkün deyil.

Natəvana birinci azərbaycanlı-feminist demək olar, insanlar isə özlərindən çox qabaqda gedənlər barəsində olmayan şeyləri uydururlar.

Lakin onun dahi şairə, gözəl rəssam, bacarıqlı ustad və bir nəsil Azərbaycan şair, yazıçı və bəstəkarların mənəvi ustadı olması danılmazdır.

Boşanma…

40-cı illərdə ailə Tiflisə köçür. Qarabağ ziyalıları Xan qızının milliyətcə kumık olan çar generalı ilə nigahının çar hakimiyyətinə hörmət əlaməti görərək qəbul etmir, bu yönümdə istehzalı zarafatlar, hekayələr uydururdular və nəhayət, Natəvanın yaşlı həyat yoldaşına qarşı məhəbbət hissi yaranmadığından nigahının çökməsini sevinclə qarşılayır.

60-cı illərin əvvəllərində knyaz Usmiyev Natəvanla boşanır. İkinci dəfə evlənir, lakin tezliklə vəfat edir.

Onların iki övladı oğlu Mehdiqulu və qızı Xanbikə özünü onların tərbiyəsinə həsr edən Natəvanla qalırlar.

Sevgi xoşbəxtliyi

1861-ci ildə Natəvan Şuşaya qayıdır və məşhur Şuşa şairi Seyid-Hüseynlə evlənir. Natəvan üçün xoşbəxt olan bu evlilikdən beş uşaq dünyaya gəlir.

Şairlər onun incə naxışlı şəkillərinə, bədii tikmələrinə, zahiri və daxili gözəlliyinə səslənirdilər.

Natəvan və Şuşa

Dahi Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın faciəsi - FOTO

Natəvanın səyi nəticəsində Şuşada şəhər əhalisinin istirahəti üçün gözəl park salınıb, şəhərin su təchizatını təmin etmək üçün su xətti çəkilib.

Əlbəttə ki, Natəvanın həyatının işi poeziyadır. Sadə və insanlara aydın dildə oz səmimi hisslərini əks etdirən qəzəllər öz minnətdar oxucularını təkcə Qarabağda deyil, Qafqaz və Rusiya hüdudlarını da aşmışdır.

1872-ci ildə Şuşada “Məclisi-üns” ədəbiyyat dərnəyi yaradır və onun sədri və özəyi olur.

Natəvanın müstəqil həyat tərzi, poeziya yarışmalarında iştirakı, bir çox şairlərlə şəxsi tanışlığı və azadsevərliyi bu məclisləri XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrini təşkil edir.

Onun incə, ağıllı, səmimi, məhəbbət dolu Füzuli poeziyasının romantik abu-havalı şerləri həm də cəmiyyətdə qadın hüquqsuzluğundan bəhs edir.

İctimai həyatda iştirakı, ədəbiyyatla məşğul olması azərbaycanlı qadın üçün istisna hal idi. Natəvan böyük cəsarət göstərərək qadının cəmiyyətdə qapalılıq qanununu pozdu. Onun Azərbaycanın ədəbi həyatında aktiv iştirakı qəhrəmanlığa bərabərdir.

Həyat faciəsi

1885-ci ildə oğlu Mir Abbas 17 yaşında vəfat edir. Natəvan oğlundan sonra 12 il yaşadı və ömrünün sonuna qədər öz beytlərində oğlunun obrazını təsvir edirdi.

Səni ta görmədim xürrəm, oğul, oğul damad otağında.
Nədəndir intizar ilə, o şəhla göz baxar heyran,
Gözüm ol gözlərə qurban, baxar ahu sayağında.
Həmişə zarü dilməhzun, tökər gözdən sirişki-xun,
Pərişan hal ilə daim, qəmü mehnət bucağında.
Qəmi-hicran edib tüğyan, qalıbdır Natəvan suzan,
Rəvan əşki-bəsər hər yan olan gözlər bulağında.

Xurşidbanu Natəvan həyata sevgidən, xoşbəxtlik arzularından, sevimli oğlunu itirmiş ana dərdinə ağlamaqdan yazırdı və əsasən də şerlərində qadın hüquqsuzluğu öz əksini tapırdı.

Yaddaş…

Xurşidbanu Natəvan 2 oktyabr 1897-ci ildə Şuşada vəfat edib, onu Ağdamda “İmarət” qəbrstanlığında dəfn ediblər.

Vətəni Şuşada onun xatirəsinə abidə ucaldılıb. 1992-ci ilin may ayında Şuşanın işğalından sonra Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün mis büstləri sökülərək təkrar istehsal üçün Gürcüstana aparılmış və oradan Azərbaycan hökuməti tərəfindən satın alınmışdır.

Hazırda Natəvanın büstü güllə izləri və qopmuş baş barmağı ilə açıq havada, Bakıda incəsənət muzeyinin ekspozisiyasında əcdadlarının vətəninə tezliklə qayıdışını gözləyir.

Biz də gözləyirik…….

Nərgiz Süleymanova

Rus dilindən tərcümə edəni: Səidə Əliyeva

Mənbə:
1) peoples.ru
2) azerbaijans.com
3) Чингиз Гусейнов, Правнук Хасая и Натаван, 2007
4) baku.ru
5) dic.academic.ru










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”