Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağlıları Bakıda basdırmayın


Tarix:9-10-2015, 06:22 Kateqoriya:Manşet / Yazarlar

Qarabağlıları Bakıda basdırmayın Mən öləndə, məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün yalnız
O gözəl Ukrayna... Onun daşında,
Onun tarlasında, geniş çölündə,...
Mən öləndən sonra, görüm nələr var!
Taras Şevçenko

“Laçınım, Laçınım” deyib illərdir haray salan Məhəbbət Kazımov dünyasını dəyişdi, onu Xırdalanda dəfn etdilər! Allah rəhmət eləsin! Açığı, Məhəbbət Kazımov itkisinin acısını yaşadığımız bu günlərdə aşağıdakıları yazmaq, bəlkə də düzgün deyil, amma məqamı gəldiyi üçün bu düşüncələrimi bölüşmək istədim.

Bəzən “Övladları, ailəsi Bakıdadır, rayona gedib-gəlmək çətindir!” deyib, dünyasını dəyişən əzizlərimizi paytaxtda dəfn edirik. Çox yanlışdır! Düzdür, Məhəbbət Kazımov xalq sənətkarı idi, bir rayonun, elin yox, bütün millətin övladı idi. Amma fərq etməz, yenə yanlışdır! Özü də ikiqat yanlışdır! Məncə, tanınmış Qarabağlılar dünyasını dəyişəndə onları Bakıda və digər yerlərdə dəfn etmək düzgün deyil. Qarabağ naminə onların hamısını aparıb Qarabağda dəfn etmək lazımdır! Əslində biz Məhəbbət Kazımovu və onun kimi digərlərini beləliklə eldən-obadan, qohum-əqrəbadan və nəhayət Qarabağdan ayırırıq. Torpaqları işğal altında olan Azərbaycanımız, o cümlədən Qarabağımız üçün bu, çox pis haldır. Onsuz da hər gün bizdən uzaqlaşan Qarabağı didərgin məzarlarımızla özümüz də bir qədər uzaqlaşdırırıq. Bəzilərini “Fəxri xiyaban” arzusu, bəzilərini isə “ailə-uşaq” adı ilə aldadırlar. Nə qədər ki, Qarabağ işğal altındadır bütün Qarabağlıları aparıb nəzarətimizdə olan Qarabağda dəfn etməliyik.

Bu baxımdan gərək Məhəbbət Kazımovu Taxta Körpüdə basdıraydılar...(Taxta Körpü Ağcabədi rayonunda laçınlıların məskunlaşdığı ərazidir. Ta qədimdən bura Laçının qışlağı olub)

Çünki biz ölümüzə, onun məzarına böyük önəm verən toplumuq. Biz, itirdiyimiz əzizlərimizə, yaxınlarımıza münasibətdə çox həssasıq. Doğmalarımızın, qohumlarımızın, yaxınlarımızın dəfn olunduğu yer bir növ bizlər üçün müqəddəsləşir. Bu səbəbdən də əzizlərimizin məzarı da çox vaxt and yerinə çevrilir...

Qarabağdan məcburi köçkün düşən insanlarımız Azərbaycanın təxminən 60-a qədər rayon və şəhərlərində məskunlaşıblar. 1992-ci ildən başlayaraq bu insanların dünyasını dəyişən əzizlərini müvəqqəti məskunlaşdıqları rayonlarda və şəhərlərdə dəfn edirlər. Sözsüz-vətən müqəddəsdir! Amma dolayısı ilə bütün Azərbaycan Qarabağlılar üçün, digər səbəblərlə yanaşı, elə bu məzarlığa görə də ikiqat müqəddəsləşib...

Lakin bütün bunlara baxmayaraq, hamının-bütün məcburi köçkünlərin Qarabağda və ya Qarabağa yaxın ərazilərdə dəfn edilməsinin tərəfdarıyam. Ən azından əzizlərini itirənlərin yolu nə vaxtsa oralara düşəndə qəbiristanlığa baş çəkirlər, bax onda təkcə bir əzizinin yox, nə qədər həmkəndlisini, qohum əqrəbasını da ziyarət etmiş olurlar. Bu həm də insanın yaddaşının özünə qayıtmasıdır, ən əsası böyük şəhərlərdə gündəlik çörək savaşına başı qarışan bir vətəndaşın həm də Qarabağı yenidən xatırlaması deməkdir. Qarabağla bağlı bütün yaddaşı yenilənir adamın...

Digər tərəfdən, heç olmasa adam sağlığında düşünər ki, ölsə, onu doğma yurdu da olmasa, ora yaxın bir yerdə dəfn ediləcəklər. Məncə bu, daha yaxşıdır. Psixoloji baxımdan insanı bir qədər rahatlayır. Allah rəhmət eləsin!

P.S. Qədri Rüstəmovu Bakıda Fəxri Xiyabanda yox, Ağdamda dəfn etsəydilər daha yaxşı olardı.

Rey Kərimoğlu

29.01.2014
(Lent.az)










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”