Qarabag Media
Haqqımızda Əlaqə

Sabir Rüstəmxanlı: "Faiq Ələkbərov kimi sayı o qədər də çox olmayan milli təfəkkürlü alimlərimizi yaxından tanımalıdırlar"


Tarix:9-10-2015, 02:19 Kateqoriya:Manşet / Gündəm

Sabir Rüstəmxanlı: "Faiq Ələkbərov kimi sayı o qədər də çox olmayan milli təfəkkürlü alimlərimizi yaxından tanımalıdırlar" Faiq Ələkbərov yazdığı məqalələrin və kitabların ciddi vətəndaşlıq ruhu və elmi - milli dəyəri ilə, insanlıq keyfiyyətləri ilə, qələmiylə apardığı əzmkar mübarizəsi ilə mənə doğma adamdır, hörmət bəslədiyim istedadlı alimlərimizdən biridir.

Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı öz facebook səhifəsində, AMEA Fəlsəfə və Hüququ İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərov haqqında yazıb.

Karabakhmedia.az millət vəkili Sabir Rüstəmxanlının statusunu olduğu kimi təqdim edir:

"Faiq Ələkbərov yazdığı məqalələrin və kitabların ciddi vətəndaşlıq ruhu və elmi - milli dəyəri ilə, insanlıq keyfiyyətləri ilə, qələmiylə apardığı əzmkar mübarizəsi ilə mənə doğma adamdır, hörmət bəslədiyim istedadlı alimlərimizdən biridir. Partiya mənsubiyyəti bir yana, əsil alim üçün bu o qədər də önəmli deyil,amma neçə ildir, biz bir yerdəyik, O, DAK-ın, Azərbaycan Dil Qurumunun milli problemlərimizə həsr olunmuş elmi tədbirlərinin, müzakirələrinin ən fəal iştirakçılarından Sabir Rüstəmxanlı: "Faiq Ələkbərov kimi sayı o qədər də çox olmayan milli təfəkkürlü alimlərimizi yaxından tanımalıdırlar" biridir. O, VHP-nin seçki siyahısına da mənim təklifim və xahişimlə salınmışdı. Arada müəyyən anlaşılmazlıq olsa, və bəzi çirkin niyyətli adamlar bundan istifadə edib araya girmək istəsələr də bizim dostluğumuz. əqidədaşlığımız sarsılmazdır.Faiq bəy VHP-dən narazı qalıb fikrini bildiribsə bunu da səmimi və anlaşıqlı qəbul etmək lazımdir. Mən gənclərimizin Faiq bəyin narazılığına səbirsiz yanaşmalarına, onun müəllim fəaliyyətinə kölgə salmağa çalışanların əsassız ittihamlarına qoşulmalarına təəssüfləndim. Əksinə, VHP gəncləri Faiq Ələkbərov kimi sayı o qədər də çox olmayan milli təfəkkürlü alimlərimizi yaxından tanımalı, onun kitablarını oxumalı və ona arxa olmalıdırlar."

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”