Qarabag Media
Haqqımızda Əlaqə

Bu il Novruz möhtəşəm olacaq


Tarix:3-03-2016, 21:25 Kateqoriya:Manşet / Cəmiyyət

Bu il Novruz möhtəşəm olacaqHər il olduğu kimi bu il də paytaxtda ənənəvi Novruz şənliyi keçiriləcək. Karabakhmedia.az bildirir ki, tədbir martın 19-da olacaq. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, Novruz şənliyi Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Rəis müavini Novruz şənliyinin Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə həyata keçiriləcəyini qeyd etdi.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, hazırlanan ənənəvi bayram proqramı rəngarəng görüntülər, yeniliklər, əlamətdar məqamlarla yadda qalacaq.

“Novruz bayramının bu il də böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planı imzalanıb, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqlar verilib”, - deyə mətbuat xidmətindən bildirildi.

Hazırlıq işləri ilə bağlı tədbir həyata keçirilib. Tədbirdə iştirak edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin sözlərinə görə, bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri aparılır.

Ədalət Vəliyev Novruz personajlarının hazırlıq işlərinə də toxunaraq bildirib ki, şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Kosa və Keçəllə bağlı səhnə, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.

Tədbir çərçivəsində bölgələrimizi əhatə edən milli mətbəx nümunələri, kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalçalarımız geniş təqdim olunacaq. Mərasimdə çıxış edəcək muğam ifaçıları və aşıqlar, həmçinin digər musiqi qrupları da müəyyənləşib.

Novruz şənliyində bu il 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” üzrə Avropa Qran-pri mərhələsinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək.

Novruz bayramı — martın 20-si, 21-i və ya 22-də keçirilir. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”