Qarabag Media
Haqqımızda Əlaqə

Əli Rzaoğludan Xocalı barədə sensasiyalı araşdırma:“170 körpəni öldürən erməni hərbiçisi KİV-ə danışmağa hazırdır”


Tarix:2-03-2016, 02:52 Kateqoriya:Manşet / Araşdırma

Əli Rzaoğludan Xocalı barədə sensasiyalı araşdırma:“170 körpəni öldürən erməni hərbiçisi KİV-ə danışmağa hazırdır”Fransada qondarma "erməni soyqırımı” barədə arxiv materiallarını araşdıran türk araşdırmaçı Əli Rzaoğlu Xocalı faciəsi ilə bağlı maraqlı detalları açıqlayıb.

Karabakhmedia.az bildirir ki, jurnalist “hocalıhaber” saytına müsahibəsində bildirib ki, Xocalı qətliamında iştirak etmiş bir sıra erməni hərbçiləri KİV-ə danışmağa hazırdılar.

Əli Rzaoğlu bildirib ki, “Xocalı erməni generallarının xatirələrində” adlı araşdırmasında 34 erməni hərbçisinin xatirələrini təqdim edir. O, törətdikləri vəhşiliyə görə bəzilərinin hətta peşiman olduğunu bildirir: “Bu mövzu hər zaman diqqətimi çəkib. Babalarım 1918-ci ildə Gədəbəydə ermənilərin vəhşiliyinə qarşı döyüşüb. Universitet illərimdən hərbi olayları araşdırmağı qarşıma məqsəd qoymuşdum. Konfransların birində Sürəyya adlı ermənicə danışan qadınla tanışlığımız bu arzularımın həyata keçməsinə rəvac verdi. Çünki bu qadın fərqli şeylər danışırdı”.

Əli Rzaoğlu ilk olaraq Xocalıya basqın etmiş SSRİ-nin 366-cı motoatıcı diviziyasının soyqırımda iştirak etmiş əsgər və komandirlərinin siyahısını araşdırıb. Bu zaman o, aşkar edib ki, divizyada qulluq edən Valeri Ciciyan adlı erməni komandir 36 min dollar pulu rüşvət verərək rusları satın alıb. Xocalı soyqırımından sonra ermənilər ruslara yenə də pul ödəyiblər.

Araşdırmaçının sözlərinə görə, Fransa arxivlərində ermənilərin vəhşiliyini təsdiq edən çoxlu sayda materiallar var: “Lakin bu arxivlərin qapısı bütün türklərin üzünə bağlıdır. Kilsənin erməni diasporuna yazdığı məktublarda Qarabağda axıdılan erməni əsgərinin hər damla qanı üçün edilən dualar var. Kilsədən yazılan məktublarda ermənilərə “Qarabağı tam təmizləyin” deyə bir mesaj da qeyd olunub. Yəni, kilsə “Qarabağda uşaqdan tutumuş böyüyə qədər azərbaycanlıları qırın” tələbi qoyur”.

Əli Rzaoğlu bildirib ki, 90-cı illərin əvvələrində Fransa həbsxanalarında olan 400 erməni terrorçusu naməlum səbəblərdən azadlığa buraxılıb. Onlara dərhal Fransanı tərk etmək əmr olunub. Sonradan onların hamısı Qarabağda üzə çıxdı: “Qarabağ müharibəsindən sonra da bu terrorçuların 20 nəfəri yenidən Fransaya qayıdıb və burada yaşayırlar. Onlar mənimlə görüşməkdən qaçdılar”.

Araşdırmaların hələ sona çatmadığını deyən Rzaoğlu bildirb ki, Qarabağ müharibəsinə qoşulmuş və Xocalı soyqrımını törədən erməni hərbiçlər arasında peşman olan, olmayan da var.

Jurnalist yazıb ki, ona ən çox pis təsir edən Xocalıya hucumda iştriak edən İsabekov soyadlı qazax türkünün hərəkəti olub: “İsabekovla görüşmək imkanım oldu. Onun ailəsi, ata və anası Xocalı soyqrımında iştirak etdiyinə görə ondan imtina ediblər. O, Qazaxıstanda tək-tənha yaşayır. “Məni Azərbaycan xalqının önündə dizim üstə güllələyin” deyir”.

Əli Rzaoğludan Xocalı barədə sensasiyalı araşdırma:“170 körpəni öldürən erməni hərbiçisi KİV-ə danışmağa hazırdır”Maraqlı məlumatlardan biri də odur ki, 26 fevral gecəsi 366-cı motoatıcı dviziyaının tərkibində olan 5 türkmən əsgəri Xocalıya hücum etməkdən imtina edib. Ermənilər o, 5 türkməni elə döyüşdən qabaq güllələyiblər.

Kanadada yaşayan Vasili Stardiyan ona deyib ki, Xocalıdan və Qarabağdan olan 170 uşağın böyrək, prostatını əməliyyat yolu ilə çıxarıb və Avropa, ABŞ-a satıb. Stardiyan Rzaoğluna etiraf edib ki, o körpələr hər gecə onun yuxusuna girir. Yaşayan bir ölü olduğunu etiraf edən Stardiyan Azərbaycan KİV-inə müsahibə verib hər şeyi danışmağa hazır olduğunu deyib./Strateq.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu