Qarabag Media
Haqqımızda Əlaqə

ARABO Terror Dəstəsi. Həsənqaya Əməliyyatı- SƏNƏDLƏR (III Hissə)


Tarix:1-03-2016, 08:45 Kateqoriya:Manşet / Araşdırma

ARABO Terror Dəstəsi. Həsənqaya Əməliyyatı- SƏNƏDLƏR (III Hissə)2008 ci ildə ortaya çıxan video görüntülər bütün Ermənistanı ayağa qaldırdı. Bu görüntülərə qədər Ermənistan rəhbərliyi ölkə əhalisini aldadaraq rüsvayçı məğlubiyətini 79 nəfərin itgin düşməsi kimi qələmə verirdi. Hətta, həmin gün Ermənistanda müharibə zamanı itgin düşənlərin günü kimi də qeyd edilirdi. Görüntüləri görən erməni ailələr qəddar oğullarını anında tanıdı. Nəticədə, Ermənistan rəhbərliyi və Müdafiə nazirliyi çıxılmaz vəziyyətdə qaldı.

Əvvəli BURADA

Tez- tez sifarişli mətbuat konfransları keçirilir, xalqı növbəti yalanlarla aldatmağa çalışırdılar. Təbii ki, bu vəziyyətdən ilkin olaraq Manvel Yeğiazaryan ehtiyyatlanmağa başladı. Nəticədə, baş verən hadisəni qəbul etsə də, əməliyyatın onun rəhbərliyi altında aparılmadığını bildirərək özünü təmizə çıxarmağa çalışdı. Bildirim ki, indiyə qədər məsələnin bir çox predmetləri mübahisə mövzusu olaraq qalıb. Belə ki, biz bir sıra suallara cavab tapmalıyıq.

Xocalı və Qaradağlı soyqırım cinayətkarları hansı şəkildə məhv edilib..? Əslində, əməliyyat zamanı nə baş verib?

Belə ki, Arabo terror dəstəsi 1992-ci il Həsənqaya əməliyyatına qədər aşağıdakı terror-təxribat və işğal əməliyyatlarında iştirak edib.

1992-ci il. Malıbəyli, Quşçular, Qaradağlı soyqırımı, Fərrux, Xocalı soyqırımı:
1992-ci il. Şuşa, Laçın:
1992-ci il. Barana (Noyamberyan) rayonu, Əskipara (Voskepar):
1992-ci il. Qafan, keçmiş Ağdərə rayonu, Qasapet, Talış, Heyvalı (Drmbon), Qızıloba (Karmiravan), Şıxarx (Leninavan), Çiləbürt (Ceraberd), Həsənqaya:
Araşdırmalara görə, Arabo terror dəstəsinin bir hissəsi Əsgəran-Goranboy-Ağdərə əməliyyatına qədər Barana (Noyamberyan) rayonu, Əskipara (Voskepar) və Qafana göndərilib. Bu məlumat Ermənistan Müdafiə nazirliyinin sənədləri ilə də təstiqlənir.

ARABO Terror Dəstəsi. Həsənqaya Əməliyyatı- SƏNƏDLƏR (III Hissə)

İcevan komendantı
10 iyun 1992-ci il
Sizin sərəncamınıza Manvel Yeğiazaryanın komandanlığı altında 40 döyüşçüdən ibarət ehtiyat dəstə göndərildi.
Ermənistan Respublikası Müdafiə Naziri Vazgen Sarkisyan


Məqsəd bu bölgələrdən Azərbaycan istiqamətinə təxribat xarakterli çaşdırıçı həmlələr etmək olub. İrəvandakı dəstənin bir hissəsi, Baranaya (Noyamberyan) gedənlərin mühasirə daxilinə düşməsi düşməsi haqqında təcili yardım xəbəri aldılar. Nəticədə, yol üzərində görüşən və əməliyyat icra edən döyüşçülər Manvel Yeğiazaryanın əmri ilə geri qayıdır. 16 iyun tarixində Ermənistan Müdafiə nazirliyi tələsik Arabo dəstəsinin yenidən Qarabağa qayıtması haqqında göstəriş verir. Səbəb, qüvvələrimizin Goranboy rayonun dağlıq hissəsini (Şaumyan) azad etməsindən sonra, 16 iyun tarixində Ağdərə əməliyyatına başlaması olub.
ARABO Terror Dəstəsi. Həsənqaya Əməliyyatı- SƏNƏDLƏR (III Hissə)

Ermənistan Respublikası Müdafiə Nazirliyi

16 iyun 1992-ci il
Gorus polkovniki Harutyunyan
Sizin sərəncamınıza göndərilən Arabo taboru, Manvel Yeğiazaryan komandanlığında döyüş tapşırığının icrasından sonra, Müdafiə Komitəsinin sərəncamı altında Xankəndinə xüsusi xidmət üçün ayrıldı.

Ermənistan Respublikası Müdafiə Naziri Vazgen Sarkisyan


Araşdırmalara görə, 1992-ci il iyunun 16-da saat 19:30 dəqiqəsində dəstə xüsusi tapşırıqla Qarabağa yollanır. Belə ki, Azərbaycan ordusunun keçirdiyi 12-16 iyun Əsgəran əməliyyatı, 13-16 iyun Goranboy əməliyyatı və 16 iyun-9 iyul Ağdərə əməliyyatı nəticəsində, qüvvələrimiz tezliklə Goranboyun dağlıq hissəsini, iyulun 4-də isə Ağdərə şəhərini düşməndən azad etdilər. Ağdam Əsgəran istiqamətində isə qüvvələrimiz Naxçivanik, Pircamal, Aranzəmin, Xramurd, Dəhraz, Ağbulaq kəndlərini və bir necə mühüm yüksəklikləri azad etdilər.

Sürətli Ağdərə əməliyyatı nəticəsində qüvvələrimiz düşmən daxilində güclü panika yarada bilib. Qüvvələrimizə qarşı Arabo dəstəsi ilə yanaşı, Aramo, Artziv-9, Zeytun, Nikol Duman, Zoravar Andranik, Meğradzor adlı xüsusi təyinatlı dəstələr də döyüşüb. Goranboy və Ağdərə əməliyyatları çərçivəsində, Arabo dəstəsinin üzvlərinin xeyli hissəsi zərərsizləşdirilib. Dəstənin yenidən komplektləşdirilməsi üçün digər dəstələrdən döyüşçülər cəlb edilib. Bunun əyani sübutunu Ermənistan Müdafiə nazirliyinə məxsus növbəti sənədə əsasən görmək olar.
ARABO Terror Dəstəsi. Həsənqaya Əməliyyatı- SƏNƏDLƏR (III Hissə)

1992-ci il iyun
General-leytinant Andreasyan Gorus komendantı
Arabo taboruna qoşumaqla və onunla döyüş tapşırığının icrası üçün sizin sərəncamınıza, Qaqik Vartanyanın komandanlığında 10 nəfərdən ibarət dəstə Şaumyan (Goranboy-Q.Ş) rayonuna göndərildi.

Ermənistan Respublikası Müdafiə Naziri Vazgen Sarkisyan


18 iyun saat 17:29 dəqiqəsində Gorus alayı Goranboydan qaçqın qrupunu müşayət edən öz tağımlarından birini qəbul edib. Danışıqlarda Goranboyun qüvvələrimiz tərəfindən guya xəyanət nəticəsində ələ keçirməsi müzakirə edilib. İyunun 24-də isə növbəti dəstə Qafandan Xankləndinə tərəf hərəkət edib. Arabonun yenidən komplektləşdirilməsi ilə Manvel Yeğiazryan həm dəstənin, həm də öz şəxsi imicinin Qarabağ qüvvələri daxilində sarsılmasına imkan vermək istəmirdi. Ağdərə rayonunun mühasirəyə alınmasından sonra, bölgəyə yerləşən Arabo əməliyyatlara başladı. Əks hücum nəticəsində qüvvələrimiz dayandırılmalı, hətta növbəti hədəf olaraq Goranboy rayonu ələ keçirilməli idi.

Nəticədə, Qafandan gələn dəstələr hesabına qüvvələrini bərpa edən Manvel Yeğiazaryan 1992-ci il iyunun 25-də, səhər saat 10:33 radələrində Aramo, Artziv 9, Zeytun, Nikol Duman, Zoravar Andranik, Meğradzor adlı erməni xüsusi təyinatlı terror dəstələri ilə birdə Yuxarı Oratağ kəndində birləşərək sürətli əks-hücuma keçdi. Gecə ikən, 65 nəfərdən ibarət Aramo, Arabo dəstəsi və əlavə 10 döyüşçü Qızıloba kəndini yenidən işğal etdilər. Məlumatlara görə, bu azərbaycanlılar arasında böyük psixoloji təsir yaratdı və döyüş zamanı çox sayda əsgərimiz həlak oldu. Nəticədə, bundan ruhlanan Manvel Yeğiazaryan və erməni komandanlığı Çiləbürtdən (Cerabert) Köyarx (Levonarx)-Həsənqaya- Şıxarx (Leninavan) sektoruna böyük əks hücum hazırladılar.

ARABO Terror Dəstəsi. Həsənqaya Əməliyyatı- SƏNƏDLƏR (III Hissə)Arabo dəstəsinin üzvü, operator Ruben Hovhannisyan hadisələri bu şəkildə xatırlayır: “...Arabo düşmənin öncədən dayandırılması üçün Mardakertə (Ağdərə) doğru hərəkət etdi. İyunun 26-da düşmən tərəfindən tutulmuş Karmiravan (Qızıloba) kəndi yaxınlığında idik. Bir neçə saat davam edən döyüşdən sonra kənd azad edildi. Qələbədən ilhamlanaraq birinci Leninavana sonra Həsənqayaya tərəf hərəkət etdik. Birləşmiş erməni dəstələrindən təşkil edilən hərbi qrup bir neçə istiqamətlərlə hücum həyata keçirərək Şaumyanı azad etməli idi. İyunun 29-da səhər Leninavana hücum nəzərdə tutulmuşdu. Saat 3-də Kimya anbarları adlı ərazidə bölündük.

Həsənqayaya tərəf bizim 21 döyüşçü, o cümlədən mənim yaxın dostum Avedis Avedisyan hərəkət etdi. Onunla getmək istəyirdim lakin, Leninavana təşkil ediləcək hücumu çəkmək istəyirdim. Bölündük. Hücum saat 17:00 üçün planlaşdırılırdı və nəticədə demək olar ki, uğursuz oldu. Həsənqaya kəndində yerləşən döyüşçülərlə əlaqə kəsildi. Daha sonra bizim kəşfiyyatçılar aydınlaşdırdılar ki, həmin ərazidə onlar (yəni erməni döyüşçüləri) olmalı idi. Lakin, artıq azərbaycanlılar orada idi. Bir gün sonra uzaqdan onların traktorlarla qazdıqlarını və cəsədləri basdırdılarını izlədik. Kəşfiyyat əməliyyatları sayəsində torpağın altından çıxarmağı bacardıq və bizim döyüşçülərdən ümumən üçünün cəsədlərini geri gətirdilər. Uzun müddət ümid edirdik ki, oğlanlardan bəziləri bəlkə yaxınlıqdakı meşəyə tərəf qaçmağı bacarıb və xilas olub, lakin...”

Araşdırmalara görə, əməliyyat planına əsasən, Tərtər rayonunun (keçmiş Ağdərə) Şıxarx (Marağa, Leninavan) qəsəbəsi, Həsənqaya və Çaylı kəndləri işğal edilməli idi. Əməliyyat zamanı dəstələr üç hissəyə bölünüb. Birinci hissə Manvel Yeğiazaryanın komandanlığı altında Şıxarxa hücum edərək qəsəbəni ələ keçirməli, digər hissə isə Aşot Ğulyanın (Askolka, Bekor Aşot) komandanlığı altında sol qanaddan hücum edərək Çaylını ələ keçirməli, üçüncü hissə komplektləşdirlən Arabo dəstəsinin başçılığında Həsənqaya yaxınlığında mövqe tutmalı idi. Nəticə etibarı ilə Həsənqaya istiqamətində yerləşdirilən dəstənin vəzifəsi burada gizli mövqe tutaraq Şıxarxın ələ keçirilməsi, o cümlədən digər dəstənin Çaylı kəndinə doğru hərtəkət etməsi anında müdafiə xəttini təmin etməli və lazım gələrsə Çaylı istiqamətinə gözlənilmədən həmlə etməli idi. Lakin, Şıxarxa hücum anında Həsənqayada yerləşən ermənilər birinci dəstənin arxasında aşkar edildi.

ARABO Terror Dəstəsi. Həsənqaya Əməliyyatı- SƏNƏDLƏR (III Hissə)Manvel Yeğiazaryan 21 may 2008-ci ildə mətbuata verdiyi müsahibəsində bildirir ki, iyunun 29-da baş vermiş döyüş əməliyyatlarında bölük iştirak etməməli idi. Onlar arxada aşkar edilib. Sonda geri çəkilmə vəziyyətində ehtiyyat qüvvə kimi düşmən tərəfindən azad edilən ərazini tutmalı idi. Əsas qüvvələr dəstə komandirinin rəhbərliyində, bölükdən təxminən 6 km irəlidə olmaqla Şıxarx istiqamətində hücuma keçdilər.

Deməli Həsənqaya istiqamətində olan ermənilər Şıxarxa nisbətən arxada dərinliklərdə olub. Manvel başda olmaqla digərləri isə 5-6 km irəlidə olub.

“Döyüşün aktiv anında biz arxada fəal atəşlər eşitdik və başa düşdük ki, 85 nəfərdən ibarət ehtiyyat bölük düşmənlə döyüşə giriblər. Onlardan yalnız 6 nəfəri bölüyün bələdçiləri idilər, onlar bütünlükdə bizim yanımıza geri qayıtdılar, digər 79 nəfərin arxalarını tutmaqlarını bilmirdik və bu yaxınlarda qədər onları itkin düşmüş hesab edirdilər. Biz düşünürdük ki, ən azından onların bir hissəsi girov düşüb” – deyə Manvel Yeğiazaryan bildirib. Müsahibəsində Manvel Yeğiazaryan qüvvələrimizin ehtiyyat bölüyün saxlanıldığı ərazini hansı şəkildə öyrəndiyini anlaya bilmir.

ARABO Terror Dəstəsi. Həsənqaya Əməliyyatı- SƏNƏDLƏR (III Hissə)Lakin, 16 yanvar 2013 cü ildə verdiyi müsahibəsində əməliyyatın bir sıra predmetlərinə aydınlıq gətirir: “...Biz Leninavan istiqamətində hücum etdiyimiz zaman, sol qanadda Çaylı istiqamətinə Askolka hücum edirdi. Həmçinin bizə Aramo və Meğradzor qoşulmuşdu. Təxminən 600 nəfər idik. Hoktemberyan (Armavir– Q.Ş) bölüyü qərargahın nəzarəti altında idi, yəni onlar orada qərargaha yerləşdirilmişdi, komplektləşdirilməli idi. Həmin bölük dövlətin bölüyü idi. Komandiri dövlət nümayəndəsi Alik Petrosyan və Artyuşa Harutyunyan idi. Mən dövlət bölüyünü idarə edə bilmirdim, çünki mənim yanımdakılar könüllülər idi. Hoktemberyan bölüyü mübarizədə iştirak etməməli idi.

Məsələn biz Leninavan və Çaylını azad etməli idik. Ora açıq ərazi olaraq qalırdı. Təbii ki, oradan türklər geri çəkilirdilər. Onlar məhz oraya gəlməli və həmin açıq yeri tutmalı idilər. Bununla yanaşı, onlar hər vəziyyətdə döyüşdə iştirak etməməli idilər. Hoktemberyan komplektləşdirilmiş artsaxlılardan ibarət 20-22 nəfərlik qrupla yanaşı, həmçinin Arabodan adam istədilər. Belə ki, 21 əsgər də mən Arabodan verdim və təxminən 80 nəfərlik bölüyə çevrildi. Yaxşı, təbii ki, biz mübarizəmizi edirdik. Çaylıda nə baş verdiyini deyə bilmərəm, çünki mən onların komandiri deyildim.

Alik Petrosyan və Ardyuşa qərərgahda xəritə çəkirdilər. Son dövrlər mənim əlimə 1992 ci ilin qərərgah xəritəsi düşdü, orada görünür ki, birbaşa bizim döyüşçülərin arxasında türklərin dislokasiyası mövcuddur. O müəmmalıdır ki, hoktemberyanlıların komplektləşmiş bölüyünün oğlanları başlanğıc nöqtəsində həlak olublar. Orada üç il daim Artsaxın Crabert kəndinin özünümüdafiə saxlama nöqtəsi olub. Həmin səbəbə görə, oğlanlar azərbaycanlıların hücumunu gözləmirdilər.
Biz əmin olduq ki, orada heç bir təhlükə yoxdur, çünki orada döyüş əməliyyatları yayılmamışdı. Yalnız bizim və Askolkanın uğurlarından sonra həmin boşluğu Hoktemberyanın komplektləşdirilmiş bölüyü tutmalı idi. Orada sanki sözün əsl mənasında bir neçə nəfər öldürülməli idi, lakin bütünlükdə bütün vəziyyətlərdə mənim üzərimə yükləyirlər, çünki mənim həmin qüvvələrlə əlaqələrim olmayıb və bilirdim ki, hər şey yalnız bu cür olacaq...”

Təbii ki, baş verən uğursuz əməliyyatdan sonra Manvel Yeğiazaryanın “komplekləşdirilmiş Hoktemberyan” bölüyü deməsi gözləniləndir. Lakin yuxarıda qeyd edildiyi ki, Goranboy və Ağdərə əməliyyatında sıraları seyrələn Arabo dəstəsi məhz Armavirin (əvvəlki adı Hoktemberyan) “Artsiv 13” dəstəsinin, Zeytun və Crabert dəstələrinin döyüşçüləri hesabına yenidən komplektləşdirilib.

Ümumi komandanlıq məsələsinə gəlincə, Manvel 2008 ci ildə “Aravot”un müxbirinin “Deyə bilərsinizmi, 16 il sonra həmin gün döyüş əməliyyatlarına kimlər rəhbərlik edirdi?” sualını bu şəkildə cavablandırıb. “1992-ci il iyunun 25-də rəhbərliyi müdafiə qərargahı tərəfindən təyin edilmiş Arkadi Ter-Tadevosyan edirdi. İyunun 27-də Alik Petrosyan və Artyuşa Harutyunyan rəhbərlik edirdi.”

Manvel Yeğiazaryan 1992-ci il üçün əlinə keçən qərargah xəritəsində onların arxasında qüvvələrimizin dislokasiya yerlərinin mövcud olmasını iddia edir. Yəni dolayı yolla yüksək erməni komandirlərini onları satmaqda ittiham edir.

Görəsən həqiqətənmi erməni komandanlığı daxillərində bir birlərini vururdu?

ARABO Terror Dəstəsi. Həsənqaya Əməliyyatı- SƏNƏDLƏR (III Hissə)Nəzərinizə çatdırım ki, komplektləşdirilmiş Arabo dəstəsinin içində komandanlığın yəni, Alik Petrosyan və Artyuşa Harutyunyanın hazırladığı Artsiv-13 dəstəsi olub. Manvel Yeğiazaryanın iddiasının nə dərəcədə doğru olması mübahisəli olaraq qalır. Onun birbaş olaraq komandanlığı öz üzərindən atma səbəbi isə, Həsənqaya yaxınlığında zərəsizləşdirilmiş cinayətkarların ailələrinin kəskin etirazlar etməsi olub.

Təbii ki, yüksək qərargaha rəhbərliyi hər zaman olduğu kimi Arkadi Ter-Tadevosyan, ərazi qərargahına Alik Petrosyan və Artyuşa Harutyunyan rəhbərlik edə bilərdi. Lakin bu döyüş sahəsində ümumi komandanlığın olmaması anlamına gələ bilməz. Belə nəticəyə gəlmək olar ki, döyüş sahəsində ümumi komandanlıq Manvel Yeğiazaryanda olub. Xatırladım ki, komplektləşdirilmiş Arabo dəstəsinin 79 üzvü 2008 ci ildə məhşur video materialın yayılmasına qədər itgin düşmüş hesab edilib.

Ağdərədən 16 km şimal-şərqdə Tərtər çayının sağ sahilində yerləşən Şıxarx və Qızıloba kəndləri uğrunda aparılan döyüşlər isə həmişə qızğın olub. Nəzərinizə çatdırım ki, düşmənin bu ərazidə 1994 cü ilin aprelin ayında 14 şenqavitli döyüşçüsü də zərəsizləşdirilib. Yəni, Həsənqaya düşmənə əbədi ölüm xəndəyinə çevrilib...

Şahin QOCAYEV










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”