Qarabag Media
Haqqımızda Əlaqə

Bakıda növbəti oğurluq hadisəsi baş verdi


Tarix:29-02-2016, 19:54 Kateqoriya:Manşet / Hadisə

Bakıda növbəti oğurluq hadisəsi baş verdiBakının Sabunçu rayonunda evdən oğurluq hadisəsi baş verib. Karabakhmedia.az bildirir ki, “Şuşa” şəhərciyi yaxınlığında, yeni yaşayış massivində Abbasov Vüqar Bəhmən oğluna məxsus fərdi yaşayış evi gecə saatlarında qarət olunub. Zərərçəkmiş ev sahibi isə bundan ertəsi gün xəbər tutub.

Özünün dediyinə görə onlar cəmi bircə gün evdə olmayıblar. Evin bir günlük boş qoyulması isə naməlum oğrular üçün kifayət edib. Baş vermiş hadisə Vüqar Abbasovun rastlaşdığı ilk oğurluq olduğu üçün bunu nəzərə almayıb.

Oğurluğu ilk olaraq qonşular görüb. Onlar səhər saatlarında Abbasovların qapısının-pəncərəsinin açıq olduğunu görüb və ev sahiblərini axtarmağa başlayıblar. Elə Vüqar Abbasov gələndə də qonşularını həyətində görüb. Hətta oğurluq baş verən gecə qonşuluqda yaşayan yaşlı bir kişi evə girən şəxslərlə üzləşdiyini də ona nəql edib. Onun gördüyü bir-iki təfərrüat isə sonradan istintaq üçün də dəyərli olub.

Bundan sonra oğurluqla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Bölməsi də məlumatlandırılıb. Bölmənin əməkdaşlarından və kriminalist ekspertlərdən ibarət əməliyyat qrupu evə baxış keçirib və müvafiq nümunələr götürülüb. Hazırda əməliyyat-axtarış işləri aparılır.

Son günlər Bakıda və ümumilikdə Azərbaycanın müxtəlif bölgələrində evlərdə və mağazalarda oğurluq hadisəsi çoxalıb. Buna, insanların pullarını banklara qoymayaraq evdə və obyektlərdə saxlamaları səbəb kimi göstərilir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”