Qarabag Media
Haqqımızda Əlaqə

Şairə- yazar Şükufə Ruhlu: "Müharibə ömrümüzdə acı izlər buraxdı..."


Tarix:29-02-2016, 02:32 Kateqoriya:Manşet / Müsahibə

Şairə- yazar Şükufə Ruhlu: "Müharibə ömrümüzdə acı izlər buraxdı..." Şairə- yazar Şükufə Ruhlu: “Müharibə ömrümüzdə acı izlər buraxdı...”

İbrahimova Şükufə Rauf qızı; çoxları bu adi ilk dəfə oxusalar da, qələmə aldığım müsahibədən tanışlıq fürsəti əldə edəcəklər. Xanim- yazar Azərbaycanın dilbər güşələrindən olan Oğuz rayonunda yaşayır. Elə məhz bölgədə fəaliyyət göstərdiyi üçün, uzaq paytaxtda az tanınır. Qeyd edim ki, Şükufə Ruhlunun şeir kitabını vərəqləyən hər kəs bu xanımın incə duyğularından, həssas şairə qəlbinin çırpıntısından valeh olur. Onun Karabakhmedia.az-a olan müsahibəsini sizə təqdim edirik:

- Şükufə xanım, bildiyim kimi, Oğuz rayon xəstəxanasında tibb bacısı vəzifəsində çalışırsınız. Necə oldu ki, yaradıcılığınıza bu qədər bağlı ikən tamamilə başqa bir peşəni seçdiniz?

- Yaradıcılığa bağlı olduğumu tamamilə doğru buyurdunuz. Şeir, söz, yazı ruhumun qidasıdır. Hələ uşaq vaxtlarımdan ədəbiyyata geniş marağım olub. Bir çox məktəb tədbirlərində aktiv şəkildə həvəslə çıxış edərdim.

Məmməd Səid Ordubadinin, İlyas Əfəndiyevin əsərləri ilə yanaşı dünya ədəbiyyatına da maraq göstərirdim. Çox sevdiyim klassiklər; Tedor Drayzer, Cek London, Feliks Zalten, Seten Tompsonun əsərlərini sevə- sevə oxuyurdum. 1991- ci ildə təhsil aldığım 2 saylı Oğuz rayon Xaçmaz orta məktəbini bitirdiyim dönəmdə, valideynlərim məhz tibb bacısı olmağımı istədilər. Bu fikir isə ona əsaslanırdı ki, onlar özləri tibb sahəsində çalışırdılar. Anam tibb bacısı, atam tibb qardaşı olaraq çalışırdılar; onlar peşələrinin davamçısı kimi məhz məni görürdülər.

Buna baxmayaraq, 1994- cü ildə ilkin testlərdə maksimal bal həddi hesab edilən 225- 275 arası toplamla mən Universitetin kitabxanaçılıq fakültəsinə qəbul olundum. Lakin, ailəmizin çətin vəziyyətini nəzərə alarq və ən əsas da, anamın ağır xəstə olduğu üçün, arzularımı yarımçıq qoymalı oldum. Sonralar elə valideynlərimin arzuladığı kimi, tibb bacısı peşəsinə yiyələndim; 16 il Oğuz rayon Xaçmaz kənd xəstəxanasında çalışdıqdan sonra, iş fəaliyyətimi Oğuz rayon xəstəxanasında davam etdirdim.

- Mənim üçün maraqlıdır ki, hal- hazırda təhsilinizi davam etdirmək istərdinizmi?

- İnanın ki, buna həvəs var, ruh da var. Lakin, mən yenə də ailə vəziyyətimi gözə alaraq, təhsilimin davamının mümkünsüz olduğunu hesab edirəm. Üç övlaım var. Böyük oğlum 9- cu sinifdə təhsil alır. Artıq bütün gücümü onların təhsilinə, Vətən üçün, cəmiyyət üçün savadlı gənc olaraq yetişmələrinə yönəltməliyəm.

- Övladlarınızdan ədəbiyyata, yaradıcılığa hər hansı bir maraq göstərəni varmı?

- Ortancıl oğlum Elton musiqiyə hədsiz maraq göstərir; o, səkkizinci sinifdə təhsil alır. Lakin, sonrasını yenə də bilmək olmur. Çünki, insanların arzularına bilavasitə şərait, zaman və mühit təsir göstərir. Bir çox hallarda istədiyimiz kimi olmur.

- Lakin məlumatlıyam ki, “Oğuz yurdu” qəzetinin kifayət qədər tanınan yazar- redaktoru sizin dayınız Hüseynov Nazimdir. Deməli, yaradıcılığınıza olan istedad və maraq sizə nəsillikcə ötürülüb.

- Dayım Hüseynov Nazim 6 kitab müəllifidir; “Uzunsaçlı qız”, “Şabalıdlı dərə”, 2 cilddən ibarət “Görkəmli şəxsiyyətlər”(Oğuz rayonu üzrə təhsilli və məşhur insanlar haqqında avtobioqrafik məqalələrdən ibarət) və digər kitabların məllifidir.

- Şükufə xanım, sizin 2011- ci idə nəşr etdiyiniz “Səhər” adlı kitabınız həmyerlilərimiz və bir neçə görkəmli yazarların diqqətini çəkib. Ruhlu ləqəbi ilə qələmə aldığınız şeirlərdən ibarət topluda nə üçün kitabı məhz “Səhər” adlandırdınız?


- Səhər çağını çox sevirəm. Mən olduqca pozitiv insanam. Dərd- sərimi ürəyimdə gizlədər, insanları hər zaman təbəssümlə qarşılaram. Düşünürəm ki, hər bir insan müsbət fikirlər haqqında düşünməli, heç bir zaman mənfi hissləri ruhuna yaxın buraxmamalıdır. Səhər bütün zülmətlərin üzünə açılan işıq, növbəti gün, yeni həyatdır. Kitabımda yer alan “Qarabağ”, “Şəhidlər əsəri bitməyəcək”, “Heydər Əliyevə”, “Vətənim”, “Vətənimi bütöv görə biləydim” və sairə şeirlərim içərisində ruhuma daha yaxın, daha əziz məhz 1999- ci il may ayında qələmə aldığım “Səhər” şeiri olduğu üçün, kitabımı da məhz bu cür adlandırmağı qərar verdim:

Səhərdir... Dan yeri sökülür asta,
Qara örpəyini çəkir təbiət.
Bax, ay da gizlənir buludun altda,
Cahanda yaranr yeni bir vüsət.
Zülmətdən işığa qovuşur aləm,
Günəş daş dalından naz ilə qalxır.
Könlümdə ilham var, əlimdə qələm,
Sözlər ürəyimdən süzülüb axır.
Ah! Necə sevinclə açılır səhər,
Cəh- cəhdən feyziyab olur könüllər.
Hər şeydə canlanma, bir eşq duyulur,
Şirin yuxusundan oyanır ellər.
Dağlardan meh əsib oxşar telimi,
Burnuma xoş çiçək ətri gətirər.
Belə gözəl görməmişəm elimi,
Yeni duyğularla açılır səhər.
Səma aydın, hava təmiz, könül xoş,
Yeni arzularla başlayır bu gün.
Ümidlə oyanır hər xəstə, naxoş,
Sevinclər gətirsin səhərlər hər gün.


- Şüküfə xanım, sizin üçün ağrılı olsa da bu sualı ünvanlamaq məcburiyyətindəyəm; 19 yaşında şəhid olan qardaşınız İbrahimov Vüqar Rauf oğlu haqqında hansı xatirələri bizimlə bölüşərdiniz?

- Bu mənim, ailəmizin ürəyimizdə daşıdığımız ən niskilli, ən ağrılı yarasıdır. Cavan qardaşımın cəbhə bölgəsində şəhid olduğu gündən sonra, anam ağır xəstələndi; mənəvi sarsıntıya tab gətirməyən ailə üzvlərim uzun illər onun yoxluğu ilə barışa bilmədi.

Məndən bir yaş böyük idi; 1973- cü il may ayının 10- u o dünyaya göz açmışdı, 1974- cü il sentyabr ayının 3- ü isə mən. Hədsiz kövrək və həssas qəlbə malik idi. Hələ uşaq ikən deyərdi ki, böyüyəndə qəhrəman olacam. Uşaqlığımız, gəncliyimiz müharibə illərinə təsadüf etdiyindən, psixoloji sarsıntı və əzab bizimlə yanaşı yürüyürdü. O əsgəri hərbi xidmətini uzaq Rusiyada keçməli oldu. Lakin müharibə dönəminə təsadüf etdiyindən, orada qala bilməyib, Vətənə döndü, könüllü olaraq cəbhəyə yollandı və Ağdamın Paprəvənd kəndində düşmənlərdən müdafiə batalyonuna qoşuldu. Çox keçmədi ki, 1992- ci il iyun ayının 30- da onun şəhid olması haqda xəbər bütün ailəmizi sarsıtdı. 3 qardaş, bir bacı olmağımıza baxmayaraq, heç birimiz təhsilimizi tam ali şəkildə davam etdirə bilmədik, hər birimiz ruh düşkünlüyü içərisində idik. Maddi sıxıntı bir tərəfə, üstəgəl valideynlərin vaxtsız övlad acısı ilə tapdığı xəstəliklər də bizi tam sarsıtdı. Bir sözlə, müharibə ömrümüzdə acı izlər buraxdı.

- Şükufə xanım, Xaçmaz kəndinin ilk şəhidi olan qardaşınız Vüqar İbrahimovun adına hər hansı bir xatirə obyekti varmı?

- Təhsil aldığımız Oğuz rayon 2 saylı Xaçmaz kənd orta məktəbi hal- hazırda onun adını daşıyır. Mən dəfələrlə müəyyən qurumlara onun qəhrəmanlığı haqqında söz açaraq, müxtəlif təltif, qəhrəmanlıq adının verilməsi haqqında söz açsam da, artıq uzun illərin keçməsini söyləyərək, bu işin mümkünsüzlüyünü vurğulayıblar. Lakin, nəzərə alsaq ki, 19 yaşlı bir gənc öz arzularını könüllü olaraq bizlər üçün, Vətən və onun azad olunması üçün yarımçıq qoyraq, canını fəda edibsə, heç bir zaman bu məsələdə bəhanə ola bilməz. İnanıram ki, bir gün Azərbaycan şəhidi qardaşım Vüqar İbarahimovun adı Milli Qəhrəman olaraq səslənəcək.

Baxdım xatirənə, göynətdi məni,
Nə yaman xatirə yazmısan, qardaş.
Əvvəllər oxuyub ağlamamışdım,
İndi oxuyanda dözmədim, qardaş.

Ömründə mən belə ağlamamışdım,
Sən qəlbən ağlatdın, yandırdın qardaş.
Qara geyib, qara bağlamamışdım,
Sən mənə qaralar bağlatdın qardaş.


- Şüküfə xanım, bizim vasitəmizlə hansı arzu və istəklərinizi cəmiyyətə çatdırmaq istərdiniz?

- İstərdim ki, insanlar firəvan, xoş və qayğısız yaşasın. Hər kəs xoşbəxt olsun! Vətənimizin üzrəindən qara buludlar tamamilə çəkilə və biz azad, bütöv ölkənin şad vətəndaşlarına çevrilək. Hərdən düşünürəm ki, bu qədər müharibə, bu dərəcədə insan məhvi axı nəyə gərəkdir?

Qısa ömrümüz olduğu halda, məgər onu sevinclə, gülə- gülə yaşamaq olmaz mı? Bütün insanların ürəyinə Allahdan məhəbbət və mərhəmət diləyirəm. İnsanlar bir- birilərinə qarşı rəhmli olsalar, heç bir problem yaşanmaz, heç bir münaqişə ilə üzləşməli olmazlar, daim xobəxt və firəvan ömür sürərlər...

Aynur Nurlu










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı