Qarabag Media
Haqqımızda Əlaqə

Babalarının yolunu davam etdirən oğul


Tarix:8-10-2015, 00:19 Kateqoriya:Manşet / Qəhrəmanlar

Babalarının yolunu davam etdirən oğul Görəsən Vətən haradan başlayır? — sualına cavablar formasına görə müxtəlif olsada ümumiləşdirmə apardıqda aydın olar ki, hər bir kəs üçün Vətən qayğısız uşaqlıq illərini xərclədiyi doğma ata ocağından, həmin ocağın kəndarından, ayaq tutub oynamağa başladığı həyət-bacadan, məhəllədən, kənd və ya şəhərdən başlayır söyləmək düzgün olar. Yaşa dolduqca bu sərhədlər genişlənir və artıq insana yad gələn, özünü qərib hiss etdiyi ərazilərə qədər tamamlanır.
Kiçik yaşlarımda qoynunda böyüyüb boya–başa çatdığım, xeyli zamandır həsrəti ilə yaşadığım, mənim üçün cahan boyda olan Kürdhacının ərazisi ilə tamamlanan kiçik Vətənim bir neçə il ötdükdən sonra genişlənərək Qasımuşağı tayfasının (Qaraqasımlı qəbiləsinin) məskunlaşdığı Qasımuşağı obasının kəndlərinin sərhədlərində qərar tutdu...

Qasımuşağı obasının ərazisi sərt zirvələri ilə əzəmətli göründüyü kimi əhalisidə qəhrəman övladları ilə qürurlu görünür, tanınır, dəyərləndirilir. Belə övladlardan müdrik kəlamlar ustadı, el ağsaqqalı, öz ədaləti ilə tanınan, Hacısamlı nahiyəsinin bəyi Paşa bəy Sultanov, Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ General Qubernatoru, həkim Xosrov bəy Sultanov və Xalq qəhrəmanı, öz cəsarəti ilə sayılıb seçilən, Hacısamlı nahiyəsinin bəyi Sultan bəy Sultanov, Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyev, Ələsgər Novruzov, "İgidliyə görə" medalı ilə təltif edilmiş, Qarabağ müharibəsi şəhidi Xəqani Axundov bu obada anadan olmuşlar. Bu qəhrəmanlar təkcə Qasımuşağı obasının, Laçının deyil, bütün Azərbaycanın fəxridir.

Bu yazıda Qarabağ müharibəsinin ilk günlərindən igidliklə vuruşan və tərəddüd etmədən canını vətən torpaqları uğrunda qurban verən qəhrəmanlardan birinin həyat yoluna azda olsa işıq salmağa çalışmışam. İgid, cəsur, döyüşkən sadə və təvazökar bir insan olan, orta məktəb illəri dövründə lap yaxından tanıdığım və bədən tərbiyəsi müəllimim olmuş Ələsgər müəllim.

Novruzov Ələsgər Xanlar oğlu 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd ümumtəhsil orta məktəbini (hal-hazırda Kürdhacı kənd Ələsgər Novruzov adına tam orta məktəbi) əla qiymətlərlə bitirmişdir. 1968-ci ildə hərbi xidmətə yola düşən Ələsgər Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətə başlamış və 1970-ci ildə hərbi xidməti uğurla başa vurmuşdur. Hərbi xidməti müddətində hərbi biliklərə və döyüş texnikasına ustalıqla yiyələnməsi onun gələcək həyatında mühüm rol oynadı. Bəlkə də elə bu səbəbdən də Ələsgər Novruzov 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə həmin texnikumu bitirərək "bədən tərbiyəsi müəllimi" ixtisasına yiyələnmişdir.

Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra öz doğma kəndlərində ki, məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. Yaxşı xatirimdədir, əmək fəaliyyətinə başladığı ilk günlərdən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma işləri apardı, uşaq və gənclərin idmana marağını artırdı. Təşkilatçılığı və bacarığı ilə digər müəllimlərdən fərqlənirdi. Müəllim və şagirdlərdən, həmçinin kənd cavanlarından futbol və voleybol komandalarını təşkil etdi. Ələsgər müəllim bununla da təkcə Kürdhacı kəndində deyil, ətraf kəndlərdə də idmanın inkişafına nail olmuş oldu. Ətraf kəndlərdə də futbol və voleybol komandalarının təşkil edilməsi təklifini vermiş, yaradılan komandalar arasında müxtəlif yarışların keçirilməsinə rəhbərlik etmişdir.
İşlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanmış Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, nümunəvi müəllim olmaqla yanaşı kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır.

1979-cu ildə ailəsi ilə birlikdə Xocalı şəhərində yaşamağı qərara alırlar. Xocalı şəhər 1 saylı orta məktəbində ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən şəhid olana qədər (1992-ci il 26 fevral) Xocalı Rayon Təhsil Şöbəsinin təsərrüfat bürosunun müdiri vəzifəsində çalışmışdır.
1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması başladı. 1 dekabr 1988-ci ildə isə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etməklə beynəlxalq hüququn əsas norma və prinsiplərini pozdu. Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan edərək Qarabağ müharibəsini başlatdı. Bununlada Qarabağ və onun ətrafıdakı ərazilər döyüş meydanına çevrildi.

Qarabağın başı üzərini almış dərd-bəla, erməni quldurlarının törətdikləri vəhşiliklər digərləri kimi Xocalıda, Xankəndi şəhərinin beş addımlığında yaşayan Ələsgər müəllimi də çox narahat edirdi. İlk günlərdən Xocalı bölgəsində yaranacaq ağır vəziyyəti anlayan Ələsgər Novruzov 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılması və onların silahlandırılması üçün əlindən gələni əsirgəmədi. Tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmaqla Vətənin dar günündə silaha sarılaraq Qarabağın harayına çatmağa çalışdı. Təşkil edilmiş gizli silahlı dəstələrdən birinə rəhbərlik etməyi öz öhdəsinə götürən igid eloğlumuz Ələsgər Xocalıda artıq qeyri-rəsmidə olsa bacarıqlı komandir kimi tanınırdı.
Müharibə ocağının alovu günü-gündən dağ Qarabağın azərbaycanlı yaşayış məntəqələrini öz cənginə alırdı. Artıq Xankəndində vəziyyət tamami ilə ağırlaşmışdı. Azərbaycanlılar döyülür, təhqir edilir, ələ salınır, şəhərdən qovulurdu. Həmin dövrdə Ələsgər Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq dəfələrlə Xankəndi şəhərinə daxil olub qız-gəlinləri, qadın və qocaları xilas etmişdir. Ələsgər müəllim digərlərinə nümunə olmağa çalışır, döyüşlərdə öndə gedir, ölümün gözünə dik baxırdı.

18 sentyabr 1988-ci il tarixdə ilk dəfə olaraq erməni quldur dəstələri Xankəndi istiqamətindən Xocalı şəhərinə hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərənlərin önündə gedənlərin biridə Ələsgər müəllim olmuşdu. Çevik təfəkkürə, baş vermiş hər hansı hadisəyə cəsarətli reaksiya vermək, sürətli hərəkətə keçmək, cəld nəticə çıxarmaq qabiliyyətinə malik olan Ələsgərin bu döyüşdə mahir atıcılıq məharəti döyüş dostlarını heyrətləndirdi. Dəfələrlə Ələsgərin başçılıq etdiyi dəstə erməni quldarlarının hücumunu dəf etmiş, düşmənə böyük zərbələr endirməklə ermənini quldurları məhv edilmişdir.
Hərbi biliyə yaxşı yiyələnmiş Ələsgər ilk günlərdən Xocalının ilk özünümüdafiə dəstələrinin üzvlərinə, bir müddət sonra isə batalyonun döyüşçülərinə hərbi bilik və bacarıq öyrətməyə başladı. Atıcılığın sirlərini, silahlardan istifadə etmək qaydalarını gənclərə dərindən mənimsətməyə çalışırdı.
Xocalının müdafiəsi komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin susdurulması, erməni quldur dəstələrinin hücumların
ın qarşısının alınması və quldurların məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirak etmişdir. Çox çətin bir məqamda yaxşı planlaşdırılmış və aparılmış özünümüdafiə əməliyyatlarının nəticəsi idi ki, Xocalı sakinləri və döyüşçülər öz mövqelərini tərk etmir, əsasəndə əhali arasında qorxulu əhval-ruhiyyə aradan qaldırılırdı. Belə çətin bir durumda bacarıqlı komandirlərin, o cümlədən Ələsgər Novruzovun köməyi nəticəsində düşmənin hücumunun qarşısı alınır, heç kəsdən kömək gözləmədən mühasirə şəraitində yaşayan döyüşçüləri patron və zəruri hərbi vasitələrlə vaxtlı-vaxtında təmin edilməsi təşkil edilirdi.

1989-cu ilin payızında erməni hərbi birləşmələrinin Daşbulaq kəndinə hücum etdikləri barədə məlumat əldə etdilər. Vaxt az olduğundan təcili kömək lazım idi. Kənd sakinləri zərər çəkməsin deyə Ələsgər Novruzov döyüş yoldaşı M. Şükürovla birlikdə özlərini döyüş meydanına çatdırdılar. Çaşqınlıq yaratmaq məqsədi ilə düşmən mövqeyinin arxasında özlərinə mövqe seçərək qana susamış erməni dəstələrini atəşə tutdular. Erməni quldurları qəfil hücümdan özlərini itirmiş, bu hücuma hazır olmadıqları üçün onlarla itki verərək gözlənilməz zərbədən pərən-pərən düşməklə geri çəkilirdi. Bu döyüş zamanı Ələsgər Novruzov özü kimi yenilməz oğullarla birlikdə Daşbulaq kəndindən olan 300 nəfərə qədər kənd sakinini təhlükəsiz yollarla döyüş meydanından uzaqlaşdırmışdır.
Yerevandan Xankəndinə uçan təyyarə və vertolyotların hərbi yük və muzdlu quldurları daşıması haqqında tez-tez məlumatlar eşidilirdi. 1990-cı ildə bunun qarşısını almaq məqsədi ilə Ələsgər Novruzov döyüş yoldaşlarından R. Həsənovla birlikdə planlı şəkildə uçuş zolağını partlatmaqla yük və sərnişin təyyarələrinin Xankəndi hava limanına enməsinin qarşısı alınmışdır.

Misilsiz qəhrəmanlıqlar göstərmiş Ələsgər Novruzov 1991-ci ildə keçirilən döyüş və müdafiə xarakterli əməliyyatların əsas və aparıcı qüvvələrindən biri olmuşdur. Xankəndi-Norağuğ yolunda hərbi sursat daşıyan 2 hərbi maşın, 20-yə qədər erməni quldurunun zərərsizləşdirilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. Vəziyyətin gərgin olmasına baxmayaraq Rusiya Federasiyasına arxalanan erməni hərbi birləşmələri hələ də Ağdam - Xankəndi dəmir yolu vasitəsi ilə müxtəlif yüklərin daşınmasına nail olurdu. Dəmir yolunun sıradan çıxarılması üçün hazırlanmış planın həyata keçirilməsi mərhələsində Ələsgər müəllim şəxsən iştirak etmişdir. Düşmənin Xocalıya hücumunun dəfələrlə qarşısı alınmış, öz döyüş dostları ilə birlikdə düşmənin arzusunu gözündə qoymuşdu.

1991-ci ilin sonları 1992-ci ilin əvvəllərində Xocalı şəhərində durum əvvəlkinə nisbətən ağırlaşmağa doğru gedirdi. Şəhərin müdafiəçilərini silah sursatla təmin etmək çətinləşmişdi. Mühasirədə qalan şəhərə yalnız müəyyən edilmiş gizli yollarla gedib-gəlmək mümkün idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum etdi. Qüvvələr nisbətinin qeyri-bərabər olmasına baxmayaraq düşmənlərə müqavimət göstərilirdi. Neçə il idi ki, Xocalılar güllə səsinə alışmışdılar. Atılan güllənin bizim, yaxud düşmənin olduğunu da sezirdilər. Düşmənlə üz-üzə, tənha qalan bir elat, yalnız öz gücünə, öz mərdliyinə tapınmışdı. Ələsgər Novruzovun başçılıq etdiyi dəstə düşmənin iri miqyaslı hücumu haqqında əvvəlcədən məlumat aldığından mövqeləri möhkəmləndirmişdilər. Dağlara düşmüş qalın qar hərəkəti çətinləşdirdiyindən Ağdamla əlaqə yaratmaq müşkül məsələ idi. Təxminən gecə saat 11-ə qalmış adı qanlı hərflərə tarixə yazılan müdhiş bir döyüş başlandı.

Artileriya atəşindən sonra piyadalar hücuma keçdi. Hücumun qarşısını almağa çalışan Ələsgər və onun rəhbərlik etdiyi dəstə düşmənə xeyli itki verdirdi. Nə silahın azlığı, nə düşmənin fəndgirliyi, arxalı olması bu igidləri geri çəkilməyə məcbur edə bilmirdi. Ələsgər Novruzov komandiri olduğu dəstəyə verdiyi tapşırığa əsasən döyüşçülərimiz tərəfindən atılan hər bir güllə dəqiq olmalı, düşmənlərin sıx sırasını zəiflətməli idi. Səhər saat 5 radələrinə qədər öz mövqelərini müdafiə edən Ələsgərgilin dəstəsi qəhrəmancasına düşmən qarşısında sinə gərmiş, ermənilərin irimiqyaslı hücumunun qarşısını almağa çalışmış, dayandığı mövqeyə düşməni yaxın buraxmamış, onlarla düşmən əsgərini məhv etmişdilər. Lakin dəstənin patronu tükənmək üzrə idi. Artıq müqavimət göstərməyə gücü qalmayan dəstənin komandiri Ələsgər Xocalı şəhərində olan yeganə beşmərtəbəli binaya tərəf döyüşə-döyüşə geri çəkilməyi əmr etdi. Beşmərtəbəli binanın yaxınlığında igid komandiri düşmən gülləsi haqladı. Sonuncu gülləsinə qədər istifadə edən qəhrəman döyüşçü qilçından aldığı güllə yarası nəticəsində xeyli qan itirdiyindən əvvəlcə gücünü, sonra isə huşunu itirdi.

Son nəfəsinə qədər müqavimət göstərməyə çalışan qəhrəman komandir Ələsgər Novruzov döyüş meydanında ermənilər tərəfindən əsir götürülərək Xankəndi şəhərinə aparılır. Ələsgər Novruzova min bir əzab-əziyyət verilərək şəhid edilmişdir. Bu haqda Azərbaycan Respublikası Prokurorluğunun istintaq qrupunda yetərincə izahat və məlumatlar vardır. Eləcə də şahidlərin verdikləri tükürpədici məlumatlar qəzet, jurnal və kitablarda dəfələrlə çap edilmişdir.
Erməni quldurları ilə aparılan danışıqlardan sonra Ələsgər Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirilib alınmışdır. Laçın rayonunda, doğma kəndi Kürdhacıda dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, Xocalı soyqırımı şəhidi Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ələsgər Xanlar oğlu Novruzov ölümündən sonra "General Məhəmməd Əsədov" adına mükafata layiq görülmüşdür.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların adının təhsil müəssisələrinə verilməsi barədə təkliflərə əsasən Respublikanın təhsil müəssisələrinə şəhid adlarının verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarxli, 124 №-li qərarına əsasən Kürdhacı kənd orta ümumtəhsil məktəbinə Ələsgər Xanlar oğlu Novruzovun adının verilməsi barədə qərar imzalamışdır.

Ələsgər Novruzov ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, elinin şərəfi, qeyrəti, namusu yolunda canını qurban verdi. Gənc nəsil onu həmişə qəlbində yaşadacaq, şərəf və qeyrət simvolu kimi xatırlayacaq, gələcək nəslə nümunə kimi təqdim edəcəkdir.

Babalarının yolunu davam etdirən oğul

Sultan HÜMBƏTOV










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi