Qarabag Media
Haqqımızda Əlaqə

Sərhəddə partladılan maşın Azərbaycana gəlirmiş


Tarix:24-02-2016, 19:56 Kateqoriya:Manşet / Hadisə

Sərhəddə partladılan maşın Azərbaycana gəlirmişAzərbaycan-Rusiya sərhədi yaxınlığında Dərbənd şəhərindəki Cəmikənd patrul postunda baş vermiş partlayışın bəzi təfərrüatları məlum olub.

Karabakhmedia.az-ın məlumatına görə, fevralın 15-də baş vermiş partlayışda iştirak edən, yəni həmin terror aktını törədən 25 yaşlı Maqomedali Murliyev əslində avtomaşınına partlayıcının yüklənməsindən xəbərsiz olub.

İstintaq zamanı məlum olub ki, Murliyev idarə etdiyi partlayıcı yüklü maşınla Azərbaycana gəlirmiş. Son vaxtlara qədər Murliyev daxil olduğu qruplaşmanın üzvləri ilə birlikdə meşələrdə gizlənirdi.

Murliyev atışmalardan birində yaralanıb və tibbi yardıma ehtiyacı olub. Tərəfdaşları Murliyevə vəd ediblər ki, onun Azərbaycana qaçmasına şərait yaradacaqlar. Fevralın 15-də onu Azərbaycana keçmək adı altında “VAZ 2109” avtomobilində yola salıblar.

Maqomedali Murliyevin maşında bomba yerləşdirilməsindən xəbəri olmayıb. Avtomobil patrul postuna yaxınlaşanda partlayıcı məsafədən işə salınıb.

Murliyevin qardaşı Feliks Murliyev deyib ki, qardaşı meşələrdə gizlənməkdən yorulmuşdu və ya hüquq-mühafizə orqanlarına təslim olmağı, ya Suriyaya getməyi düşünürdü.

Fevralın 15-də “VAZ 2109” markalı avtomobil səhər saatlarında Dərbənd yaxınlığındakı yol-patrul postunda partladılıb. Nəticədə iki polis əməkdaşı və iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.

Terror aktı nəticəsində Rusiya-Azərbaycan avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb. Daha sonra partlayışı Dağıstanın cənubuna fəaliyyət göstərən, İŞİD terror qruplaşmasına biət etmiş yaraqlı qruplaşmasının törətdiyi açıqlanıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”