Qarabag Media
Haqqımızda Əlaqə

Baş redaktorun evindən 48 min oğurlandı


Tarix:24-02-2016, 02:40 Kateqoriya:Manşet / Hadisə

Baş redaktorun evindən 48 min oğurlandıBakının Binəqədi rayonu ərazisində Rəsulzadə qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb.

Karabakhmedia.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Stroy Detal küçəsi 6B ünvanında baş verib. Evin sahibəsi Samirə Nəsirovanın sözlərinə görə, hadisədən bir gün əvvəl axsam saatlarında yorgun olduğu üçün üzərində olan qızılzinət əşyalarını vazanın içinə qoyub. Nəsirova bildirib ki, avtomobil almaq üçün saxladığı 48 min manat pul da həmin vazada olub. Səhəri gün səhər saatlarında təcili evdən çıxıb işə gedən 36 yaşlı qadın qızıl və pulu evdə unudub. Elə hər şey də bundan sonra baş verib.

Samirə Nəsirova deyir ki, uzun müddətdir evində kirayədə yaşayan Mehriban adlı qadına zəng vurub, pulları və qızılları götürməyi xahiş edib: “Mən bir də ona zəng vuranda dedi ki, narahat olma, götürmüşəm, məndədir”.

Uzun müddətdir Samirə Nəsirovanın evində kirayə qalan və hörmət qazanan kirayəçi ev sahibəsini arxayınlaşdırır. Lakin axşam saatlarında evinə gələn Nəsirova isə tamamilə başqa bir mənzərə ilə rastlaşır: “Baxdım ki, qızıllar və pullar qoyduğum yerdə yoxdur. Sevindim ki, Mehriban götürüb. Çevriləndə baxdım ki, televizor yerində yoxdur. Paltaryuyan maşını da yerində tapa bilmədim. Mehribana zəng vurdum, amma telefonuna zəng çatmadı. Əri Fiata zəng vurdum, dedi ki, yük maşını sürürəm, yoldayam”.

Samirə Nəsirova Mehribanı tapır. O isə bildirir ki, oğurluğu onun ikinci əri Fiatın oğlu Babək edib. Televizor geri qaytarılsa da, qızıl və puldan xəbər çıxmayıb. Bir müddət sonra Mehribanın özü də qeyb olur.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, ev sahibinin Mehriban kimi tanıdığı kirayəçinin əsl adı Şərəfnisədir. O, əvvəllər də oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.

O da üzə çıxıb ki, Şərəfnisə Bakının Yasamal, Səbail və Nizami rayon polis idarələri tərəfindən də axtarılır. Bu axtarışlara artıq Binəqədi rayon Polis İdarəsi əməkdaşlarıda qoşulub.

Qeyd edək ki zərərçəkən Samirə Nəsirova “Ata yurdu” qəzetinin baş redaktoru olduğunu deyir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”