Qarabag Media
Haqqımızda Əlaqə

Orta məktəb şagirdi ürəyindən vuruldu


Tarix:23-02-2016, 19:50 Kateqoriya:Manşet / Hadisə

Orta məktəb şagirdi ürəyindən vurulduŞəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Orta məktəb şagirdi bıçaqlanıb. Çaykənd kənd sakininin ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakini 2000-ci il təvəllüdlü Vüsal Aqil oğlu Əhmədov dərsdən çıxıb evə gedərkən aralarında yaranan mübahisə zəminində həmkəndlisi Xəlil Qaçay oğlu Süleymanov tərəfindən bıçaqlanıb.

Sol döş qəfəsindən kəsilmiş-deşilmiş yara alan 16 yaşlı məktəbli dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

Kənd sakini onu da əlavə etdi ki, hadisəni törədən şəxsin kim olduğu məlumdur, amma hələlik saxlanılmayıb. Ancaq yaxın saatlarda dindirilmə üçün polis şöbəsinə aparılacaq.

Faktla bağlı Şəmkir rayon Polis İdarəsində araşdırma aparılır. Hələlik hadisənin dəqiq səbəbləri bilinmir.

Orta məktəb şagirdinin bıçaqlanması ilə bağlı qeydə alınan sonuncu fakt yanvar ayının 19-da Bakıda baş verib. 286 saylı orta məktəbin qarşısında həmin məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb.

Nəticədə X. Ramazanov xəstəxanaya yerləşdirilib.










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”