Qarabag Media
Haqqımızda Əlaqə

Ər-arvad hamamda ölü tapıldı


Tarix:23-02-2016, 06:23 Kateqoriya:Manşet / Hadisə

Ər-arvad hamamda ölü tapıldıAzərbaycanda dəm qazı ər-arvadın həyatına son qoyub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Gəncə şəhərinin Nizami rayonu ərazisindəki mənzillərdən birində qeydə alınıb.

Daşkəsən şəhər sakinləri 52 yaşlı Fəzail Məmmədov və onun həyat yoldaşı 50 yaşlı Aybəniz Məmmədova Gəncə şəhərində yaşayan qohumlarının evində hamamda çimərkən qəfildən halları pisləşib və ölüblər. Meyitlər müayinə üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomoya birliyinin Gəncə şəhər şöbəsində müayinə edildikdən sonra hər iki şəxsin dəm qazından zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Sonuncu belə hadisə yanvar ayının 28-də Bakıda qeydə alınıb. Hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib. Qəsəbə sakini 76 yaşlı Ağamusa Məmmədov və həyat yoldaşı 68 yaşlı Sevil Məmmədova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Fevral ayının 12-də isə Qusarda dəm qazından 2 nəfər boğulub. Rayonun Hil kəndində yaşayış olmayan yeni tikilmiş evdə qadın və kişi meyiti aşkar olunub. Aparılan araşdırmalar nəticəsində ölən şəxslərin 25 yaşlı Rəşad Mustafayev və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızı olduqları məlum olub.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”