Qarabag Media
Haqqımızda Əlaqə

"Region Plus"un baş redaktoru: "Bu gün bizə tələbat varsa, deməli düz yoldayıq" - MÜSAHİBƏ


Tarix:20-02-2016, 01:39 Kateqoriya:Manşet / Müsahibə

"Region Plus"un baş redaktoru: "Bu gün bizə tələbat varsa, deməli düz yoldayıq" - MÜSAHİBƏ"Region Plus" analitik jurnalının 10 yaşı tamam oldu. 2006-cı il fevralın 16-dan Azərbaycanda nəşr olunmağa başlayan jurnal üç dildə - Azərbaycan, rus və ingiliscə çıxır.

Ötən 10 il ərzində "Region Plus" həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda böyük oxucu rəğbəti qazana bilib və hazırda keyfiyyətinə görə dünyada tanınmış analoqlarından çox az fərqlənir.

Jurnalın məqalələri nüfuzlu "Thomson Reuters" agentliyinin fotoreportajları ilə müşayiət olunur, analitik yazıların müəllifləri sırasında isə Azərbaycan, Rusiya, Türkiyə və digər region dövlətlərinin tanınmış analitikləri var.

Analitik materiallarla yanaşı, jurnalda nüfuzlu ictimai-siyasi xadimlər, tanınmış ekspertlər, mədəniyyət və incəsənət xadimləri, idmançılarla yüzlərlə müsahibələr də işıq üzü görüb.

"Region Plus"un baş redaktoru Namiq Mailov jurnalın fəaliyyətilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

- “Region Plus” jurnalının 10 yaşı tamam oldu. Jurnal bu illər ərzində media bazarındakı hansı rəqabət şəraitində fəaliyyət göstərib?

-10 il bizim üçün əlamətdar tarix olmaqla yanaşı, həm də keçdiyimiz yola nəzər salıb, bütün müsbət və mənfiləri, uğur və nöqsanları təhlil edib özümüz-özümüzə, ən əsası isə oxucumuza hesabat vermək üçün bir fürsətdir.

Jurnalın nəşrinə başlayanda qarşıya qoyduğumuz əsas vəzifə Azərbaycanın apardığı informasiya müharibəsinə töhfə verməkdən, ölkəmiz barədə həqiqətləri olduğu kimi dünyaya çatdırmaqdan ibarət idi. Elə ilk olaraq rus dilində işıq üzü görməyimizin də səbəbi bu idi. Lakin biz bununla kifayətlənmədik və tezliklə “Region Plus” rus və Azərbaycan dili ilə yanaşı ingilis dilində də nəşr olunmağa başladı. Bununla da əhatə dairəmiz bir qədər də genişləndi.

Bilirsiniz ki, prezident İlham Əliyev də mətbuat nümayəndələri ilə hər dəfə görüşəndə bizi informasiya müharibəsində fəal iştirak etməyə, müdafiədən hücum taktikasına keçməyə çağırır. Biz də bir nəşr olaraq, məhz bu missiyanı üzərimizə götürmüşük və imkanlarımız daxilində bu işin öhdəsindən gəlməyə çalışırıq.

Hər halda Rusiyanın, Türkiyənin və Gürcüstanın nüfuzlu nəşrlərinin, telekanallarının öz siyasi və iqtisadi icmallarında bizə istinad etməsi, məqalələrimizi təkrar yayımlaması, əməkdaşlarımıza bir ekspert kimi müraciət etməsi göstərir ki, Azərbaycanla bağlı regional ictimai rəyə müəyyən təsir imkanları yarada bilmişik.

Eyni zamanda, bölgədə və dünyada baş verən, Azərbaycana birbaşa və dolayısı ilə aidiyyatı olan bütün prosesləri diqqətdə saxlamağa çalışırıq ki, yerli oxucumuza da ətrafda baş verənlərin təhlilində kömək edə bilək.

Rəqabətə gəldikdə isə əslində bizim üçün bazarda özümüzə yer etmək o qədər də çətin olmadı. Birincisi, ona görəki, ölkəmizdə analitik nəşrlərin sayı çox azdır. Jurnallar əsasən mədəniyyət, əyləncə, dəb, reklam məzmunlu, iqtisadiyyat və başqa bu kimi sahələrdə ixtisaslaşıb. İkincisi isə bazarda məhz üç dildə və ayda iki dəfə, sonradan isə artıq həftədə bir dəfə işıq üzü görən başqa belə jurnal yox idi. Yanılmıramsa, elə indi də yoxdur. Üstəlik keyfiyyətə də həmişə xüsusi önəm vermişik. Bunun öhdəsindən nə dərəcədə gəldiyimizi isə oxucu deyə bilər.

- “Region Plus”a tələbat, jurnalın özəllikləri barədə nə demək olar?

- Özəlliklərin ən əsaslarını artıq sadaladım. Digər jurnalları qabaqlayırıq demək istəməzdim, çünki hər kəsin öz dəst-xətti, öz yolu, öz auditoriyası var. “Region Plus” analitik nəşrdir və oxucu rəylərindən, saytımıza baxışların strukturundan belə aydın olur ki, bu gün jurnala tələbat kifayət qədərdir. Özü də tək Azərbaycanda deyil. Bizim üçün vacibi də elə budur. Hesab edirəm ki, əsas məsələ başqalarından qabaqda yox, düz yolda olmaqdır. Hər halda bu gün bizə tələbat varsa, deməli düz yoldayıq.

- Yeni media layihələri haqqında düşünürsünüzmü?

-Doğrusu, hələlik hansısa prinsipial yeni layihə haqda düşünmürük. Yalnız jurnalımızın saytında xəbər lentini gücləndirərək, analitik yazılarla yanaşı, rus dilində xəbər yayımında da sözümüzü demək istəyirik. İnformasiya texnologiyaları dövründə bu, çox vacibdir.

- Sizin oxucu auditoriyanız əsasən əhalinin hansı təbəqəsidir?

- Apardığımız təhlillər göstərir ki, bizi daha çox yerli və xarici diplomatlar, siyasətçi, məmur və iş adamları, ali məktəb müəllimləri, tələbələri, araşdırmaçılar oxuyur. Onların dediklərinə görə, jurnaldakı təhlillərdən gündəlik fəaliyyətlərində bəhrələnirlər. Yəqin ki, bu da “Region Plus”un analitik xüsusiyyətindən irəli gəlir.

Belə bir deyim var - “məlumatlısansa, deməli silahlısan”. Ölkəmizin apardığı informasiya müharibəsində diplomatlarımızı, siyasətçilərimizi, araşdırmaçılarımızı“silahlandıra” biliriksə, nə xoş bizə.

- Xarici əlaqələriniz hansı səviyyədədir?

-Təbii ki, jurnalın xaricdə geniş yayımı çatdırılma imkanları baxımından çətindir və kommersiya baxımından səmərəli deyil. Lakin Rusiya kimi böyük qonşu ölkədən müəyyən sifarişlər alırıq və onları təmin etməyə çalışırıq. Bəzən olur ki, hətta xaricdən Azərbaycana gələn rəsmi şəxslər özləri redaksiyaya zəng edib, jurnalın hansısa saylarını istəyirlər. Xarici auditoriyaya əsas çıxış imkanımız Azərbaycan Hava Yollarının beynəlxalq reysləri vasitəsilədir. Bizim jurnal reklam barteri əsasında AZAL-ın reyslərində yayılan bir neçə nəşrdən biridir.

Lakin nəzərə alsaq ki, indi insanlar məlumatı daha çox internetdən almağa meyllidir,əcnəbi oxucular daha çox “Region Plus”un saytından bəhrələnirlər. Sayta baxışların sayına əsasən deyə bilərik ki, Azərbaycan xaricində kifayət qədər böyük auditoriyamız var. Oxucu sayına görə isə, təbii ki, rusdilli məkan öndə gedir.

- “Region Plus”un əməkdaşlıq etdiyi tanınmış imza sahibləri varmı? Müstəqil yazarlarla, aradırmaçılarla işləyirsinizmi?

- Əlbəttə, işləyirik. Hamının adını çəkmək çətin olar. Onların arasında tanınmış jurnalistlər, politoloqlar, iqtisadçılar, diplomatlar, millət vəkilləri var. Bizimlə daimi əməkdaşlıq edənlər arasında millət vəkili RasimMusabəyovu, politoloq Sahil İsgəndərovu qeyd edə bilərəm. Vaxtaşırı olaraq millət vəkili RüfətQuliyev jurnalımızda iqtisadi təhlillərlə çıxış edir. Bundan başqa, Rusiyanın və Türkiyənin məşhur imza sahibləri də bizimlə əməkdaşlıq edirlər. İndi işlərinin çoxluğundan yaza bilməsələr də, vaxtilə tanınmış rusiyalı jurnalistlər Sergey Brilyov və Aleksandr Budberq də “Region Plus”da öz təhlilləri ilə çıxış ediblər.

Məşhur imza sahiblərinin yazıları ilə yanaşı, bu illər ərzində jurnalda yüksək rütbəli dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, ictimai xadimlər, elm və mədəniyyət adamları, idman ulduzları ilə yüzlərlə müsahibə dərc edilib.

- Bəzi xarici ölkələrdə siyasətçilər jurnallarda imza olaraq çıxışlar edirlər. Bəs sizcə, bizdə nəyə görə bu praktika özünü doğrultmur?

- Artıq qeyd etdiyim kimi, bizim jurnalda bu praktika tətbiq olunur və deməzdim ki, özünü doğrultmur. Sadəcə, görünür bizdə siyasətçilər öz fikirlərini ictimaiyyətə daha çox müsahibələr vasitəsilə ötürməyə öyrəşiblər, ona görə də özləri yazılarla çıxış etməyə çox meyilli deyillər. Yəqin ki, zamanla bu təcrübə də geniş yayılar.

Ağa AKİFOĞLU










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı