Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanın məğlubedilməz fəxri Vüqar Namazov: “Azərbaycan bütöv olarsa...”


Tarix:18-02-2016, 22:46 Kateqoriya:Manşet / Müsahibə

Azərbaycanın məğlubedilməz fəxri Vüqar Namazov: “Azərbaycan bütöv olarsa...”Həmsöhbətim Vüqar Namazov haqqında çoxlarınız eşitmisiniz. Dəfələrcə beynəlxalq və ölkədaxili arenalarda yer alan poverliftinq üzrə tanınmış idman ustası suallarımızı cavablandırdı. Açığı, onun suallardan məharətlə yayınaraq qısa cavab verməyi diqqətimdən yayınmasada, müsahibənin sonuna yaxın qarşımda əyləşən şəxsin kifayət qədər nüfuzlu və hörmətli olmasına baxmayaraq, sadə və alicənablığından bu cür kasad danışması bəlli oldu.
İki ali təhsil...
- Vüqar bəy, zəhmət olmasa özünüzü təqdim edin.

- Məmnuniyyətlə. Namazov Vüqar Bünyad oğlu. 1979- cu ildə Şəmkir şəhərində dünyaya göz açmışam. İlk orta təhsilimi Şəmkir şəhəri Kür qəsəbəsində aldıqdan sonra, 1997- ci ildə İqtisad Universitetinə qəbul olundum. İkinci ali təhsilim hüquq sahəsi üzrədir; Bakı Dövlət universitetinin hüquq fakültəsini 2014- cü ildə bitirdim. Ali təhsil ocağının maqistr, bakalavr və aspirantura pillələrini uğurla yekunlaşdırdıqdan sonra elmi iş üzrə müdafiə sahəsində çalışıram.
- Elmi işinizin mövzusunu bilmək maraqlı olardı.
- Öncə qeyd edim ki, elmi rəhbərim dünyasını dəyişmiş, ruhuna böyük ehtiram duyduğum mərhum alimimiz Aqil Əliyev olub. Elmi mövzum isə inkişaf etmiş Avropa ölkələri ilə Azərbaycan Respublikası arasında olan iqtisadi əlaqələrlə bağlıdır. Bu səpkidə dərc edilən bir sıra elmi məqalələrin müəllifiyəm.
- Maraqlıdır ki, həyatını sırf idmana bağlayan şəxslə qarşılaşacağıma ümid etdikdə, kifayət qədər elmli və savadlı insandan müsahibə hazırlamalı oldum. Çox güman ki, elmə bu qədər önəm göstərməyinizdə valideyninizin rolu böyük olub.
- Tamamilə doğrudur, anam müəllimədir. Ailədə iki qardaşıq. Böyük qardaşım da İqtisadiyyat Universitetini bitirib, elm sahəsi üzrə kifayət qədər nailiyətlər əldə edib. Ümumiyyətlə isə, uşaqlıqdan elmə və idmana marağım yüksək olub.

4 dəfə dünya, 7 dəfə Avropa çempionu...
- Çox gözəl. Vüqar bəy, idmanda nail olduğunuz uğurlarınızı bizimlə bölüşərdiniz.

- Şəmkirdə yaşadığım yeniyetmə dönəmimdə sərbəst güləşlə məşğul olurdum. Lakin marağım hər zaman ağır atletikaya olub. Ciddi şəkildə idmanla 1995- ci ildən məşğul olmağa başladım. 4 dəfə dünya, 7 dəfə Avropa çempionu olmuşam. İlk nailiyyətim 1996- ci ildə Kür qəsəbəsində keçirilən poverliftinq üzrə rayon birinciliyi əldə etdiyim gün
oldu.
- Peşəkar idmana başlanğıc nə zaman baş verdi?
- Peşəkar idmana sıçrayış məhz 1997- ci ildə baş verdi. Mən müəllimim
Bəxtiyar Quliyevin rəhbərliyi ilə Texniki Universitetin idman sarayında keçirilən məşqlərə başladım. VPS, VPC və poverliftinq idman sahəsi üzrə ən yüksək dərəcə hesab edilən WORLD POVERLIFTINQ SHAMPIONE SHOPE kateqoriyası üzrə 4 dəfə dünya çempionu və 7 dəfə Avropa çempionu adını qazanmışam. Eyni zamanda, böyüklər arasında APF versiyası üzrə dünya rekordçusuyam.
Poverliftinq üzrə bir neçə il ardıcıl rekord əldə etmişəm; 2000, 2001, 2003, 2012- ci illərdə rekord göstəricilərlə Vətənimizin, Azərbaycanımızın adını bir daha yüksəkliklərdən duyulmasına nail olmuşam.
Lakin, əfsuslar olsun ki, gənc yaşlarımdan idmana qatıla bilmədiyim üçün, peşəkar idmanda gec addımlamalı oldum. Əgər daha tez cəlb edilsəydim, çox güman ki, uğurlarım daha da bol olardı.
- İdmana gec gəlməyinizin səbəbi nə ilə bağlı idi?
- Bilirsinizmi, bizim yeniyetmə və gənclik dövrümüz müəyyən iqtisadi çətinliklərlə müşahidə olunan dönəmə təsadüf etdiyindən və müəyyən maddi dəstək olmadığından, mən öz idman bacarıqlarımı yarışlarda nümayiş etdirə bimədim. Beləliklə də, gənc yaşlarımda beynəlxalq yarışlara qatıla bilmədim. 1997- ci ildə tələbə idim. Həm tələbə, həm idmançı olaraq çıxış etmək böyük əzm tələb edirdi. İki vəzifəni bir arada icra etmək olduqca çətin idi.
Az çəkili daş...
- Vüqar bəy ailənizdə sizdən başqa idmançı varmı?

- Xeyr, yoxdur. Böyük qardaşım da həmçinin İqtisad Universitetini bitirib, iqtisadiyyat sahəsi üzrə elmi işçidir.
- Elə isə sizdə idman sahəsinə olan həvəs haradan yaranıb?
- Nəsildə, ailəmizdə qüvvətli, cüssəli və seçilən insanlar olub ki, onlar fiziki zəhmətə qatlanaraq, ilahi tərəfindən onlara bəxş edilən bu qeyri- adi istedadi gücü sərf ediblər. İnandırım sizi ki, bəlkə də onlar idmana qatılsaydılar, mənimlə müqayisədə daha çox uğura imza atardılar.
Mən isə uşaqlıqdan ağırqaldırmaya diqqət ayırdığımdan, bu idman sahəsinə olan həvəsimi daha da artırdım.
Yadımdadır, uşaqlıq illərimdə ilk dəfə mənə hədiyyə edilən az çəkili daşla məşqlər edərdim. Damla- damla, pillə- pillə nail olduğum uğurlar sonda bütöv qələbəmlə nəticələndi.
- Vüqar bəy, təbii ki, idman sahəsi olduqca çətin seçimdir; idmançının ağır məşq və yarış zamanı canını, əsəblərini özünə hakim edən bir peşədir. Bu seçiminizdə zədələrlə, məğlubiyyətlə qarşılaşdığınız dönəm olubmu?
- Dəfələrlə ayaq, qol, bel əzələlərindən zədələr almışam. Hətta ayağımdan ağır əzələ zədəsi aldıqda və Fransadan müalicədən qayıtdıqdan sonra, həkimlərin təkidi ilə idmandan bir qədər uzaq durmağı, məşqlərə davam etməmək kimi tövsiyyə alsam da, hədsiz sevgim və marağım güc gəldi; zədəli- zədəli ağır məşqləri davam etdirdim. Ola bilsin ki, yaxın zamanda Azərbaycan 2017- ci ildə nəzərdə tutulan İslam Olimpiya oyunları üzrə ev sahibliyi edəcəyi haqqında xəbərlə təsdiqlənərsə, o zaman heç bir zədəmə baxmayaraq, böyük məmnuniyyətlə yarışlarda iştirak edərdim. Bu mənim ən böyük arzumdur.
Məğlubiyyətə gəlincə, heç bir dəfə də olsun məğlub olmamışam. Uduzmağı sevmədiyimdən, hazır olmadığım yarışda iştirak etmirəm. Doğrudur, misal var ki, udmaq üçün uduzmaq gərəkdir. Lakin əgər qalib gəlməyi bacarırsansa, o zaman uduzmaq mənasızdır.
VİTR- fitnes salonu...
- Poverliftinq idman sahəsi üçün xüsusi yaş həddi varmı?

- Təbii ki, bütün idman növlərində olduğu kimi, bizim idman sahəmizdə də müəyyən yaş kateqoriyası mövcuddur. OPEN deyilən açıq çempionatda yeniyetmələr və gənclər iştirak edə bilər. MASTER kateqoriyasinda 40 yaşdan yuxarı, SUB- MASTER kateqoriyasonda isə 50- 55 yaşlarından yuxarı idmançılar iştirak edə bilər.
- Necə düşünürsünüz, Azərbaycan gəncliyini kütləvi olaraq idmana necə cəlb etmək olar?
- İdmanımızın rəhbərliyi cənab prezidentin tabeliyində olduğundan bir çox gənc idmana yönəlir. Təbii ki, onların içində üzümüzə söz gətirən də olacaq, başımızı ucaldan da. Şəxsən gəncləri idmana cəlb etmək baxımdan VİTR- fitnes salonunu açdım və əsas istəyim idman biznesinin daha da yüksəkliklərə qaldırılması üçün əlimdən gəlməyi əsirgəmirəm. Onu da qeyd edim ki, fitnes salonumuz bir neçə gün öncə İdman və Gənclər nazirliyi ilə Sportsman idman jurnalının təsis etdiyi “Zəfər” mükafatına layiq görüldü. Daha sonra “Best of” mükafatlandırmasında yenə də ən yaxşı fitnes klubu kimi birincilik əldə etdi.
Mayor rütbəli...
- Ola bilər ki, sonsuz sadəliyiniz bir sıra nailiyyətlərinizi açıqlamağa imkan vermir. Amma bilirik ki, ölkə başçısınn sizə hədsiz diqqəti və rəğbəti var.

- Cənab prezident tək məni deyil, Azərbaycan idman sahəsində uğurlar əldə etmiş bütün idmançılara öz diqqətini bildirib. Öz növbəmdə möhtərəm prezidentimiz İlham Əliyev cənablarına dərin təşəkkürümü bildirirəm. O, idman sahəsində əldə etdiyim nailiyyətlərə görə fəxri fərmanla məni təltif edib və mənzil ilə mükafatlandırıb. Ötən il isə ölkə başçısı İlham Əliyev cənablarının sərəncamına əsasən, Əməkdar İdman Ustası adına layiq görüldüm.
Ümumiyyətlə düşünürəm ki, hər bir insan şərəfli ömür sürməlidir. Elə yaşamaq lazımdır ki, gənc nəsil nümayəndələrinə nümünəvi örnək olasan. Şəxsən mənim əsas amalım məhz bu prinsipdən ibarətdir.
- Bir çox idmançı həmkarlarınız müxtəlif dövlət strukturlarında çalışır. Sizin hər hansı bir rütbəniz varmı?
- Bəli. Mən vergilər nazirliyinin əməkdaşıyam, mayor rütbəsi daşıyıram. Xobbi olaraq idmanı inkişaf etdirirəm və eyni zamanda cənab prezidentimizin siyasətinə yaxından dəstək göstərirəm. Fikrim var ki, qeneral rütbəsinə qədər yüksəlim.
- Övladlarınızdan idmana maraq göstərən varmı?
- Üç oğlumdan yalnız ortancılı idmana həvəs göstərir. Böyük oğlumun 13 yaşı var, təhsilə marağı yüksəkdir. Qəribədir ki, idmana maraqları olduqca, təhsildən uzaqlaşırlar. Odur ki, müəyyən vaxt çərçivəsi ilə şənbə- bazar günü məşqlər edirlər.
Düşmən haqqında...
- Vüqar müəllim, bütün fikir və arzularınızla bizimlə bölüşdünüz. ən ali istəyiniz nədən ibarətdir?

- Azərbaycanı bütöv görmək, İran sərhəddini keçdikdə, Azərbaycanı tam hiss etmək, separatçı erməni işğalçılarından itirilmiş torpaqlarımzı geri alaraq, onların qaytarılması uğrunda mübarizə aparmaq. Azərbaycan bütöv olarsa, dərdim olmaz! Ölkə başçısı möhtərəm prezidentimizə rəsmi mürəciətimdə onun əmrinə əsasən işğal olunan torpaqlarda vuruşmağa hazır olduğumu bildirmişəm. Əgər biz ölkəmizi xarici diyarlarda zəfərlə nümayiş etdiririksə, o zaman doğma sərhədlərimizi də layiqincə qorumağa gücümüz yetər. Bu özü də böyük şücaət və şərəfdir; doğma torpaqların azadlığı uğrunda canından keçərək, şəhidlik zirvəsinə qədər yüksəlmək. Mən Ana- Vətənimizə hər zaman qorumağa və lazım gəldikdə canım fəda etməyə hazıram.
Atilla və Çingizxan...
Məktəb illərimdən tükçülüyə meyilli yetişmişəm. Anam hələ də daxilinə Atillanın, Çingizxanın rəsimləri yapışdırdığım diplomatı qoruyub saxlayır. Rusiyaya əsrlərlə tarixi Azərbaycana qarşı işğalçı mövqeyində olduğundan, rus dilində danışmamağı belə düşünmürəm, sonra isə fikrimdə- “düşmən haqqında hər bir şey öyrənmək gərəkdir”,- deyərək öz düşüncələrimə düzəliş edirəm. Azərbaycanın sarsılmaz və qüdrətli olması üçün gənclərimiz savadlı, elmli və idmana yüksək maraq göstərməlidirlər. Belə olduğu təqdirdə, istənilən fəlakətin qarşısında durmağa gücümüz olacaq...

Vüqar Namazovla müsahibədən sonra bir həqiqəti anladım. Cənab prezidentin xüsusi diqqəti çərçivəsində olan, poverliftinq üzrə tanınmış idman ustası, Avropa çempionu, dünya rekordçusu, iki ali təhsilli elmi işçi, Vergilər Nazirliyinin mayor rütbəli əməkdaşı, VİTR- salonunun rəhbəri Vüqar Namazov bütün sadalananlarla yanaşı Vətəninə, çevrəsinə, ailəsinə və Allahına sədaqətli vətəndaş, öz təbirincə desəm, örnək ola biləcək nadir şəxsiyyətlərdən biridir. Onun timsalında bütün Azərbaycan gənclərini bu cür yetişmək diləyi ilə...

Azərbaycanın məğlubedilməz fəxri Vüqar Namazov: “Azərbaycan bütöv olarsa...”


Azərbaycanın məğlubedilməz fəxri Vüqar Namazov: “Azərbaycan bütöv olarsa...”


Azərbaycanın məğlubedilməz fəxri Vüqar Namazov: “Azərbaycan bütöv olarsa...”


Azərbaycanın məğlubedilməz fəxri Vüqar Namazov: “Azərbaycan bütöv olarsa...”




Aynur Nurlu










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”