Qarabag Media
Haqqımızda Əlaqə

Zeynəb Kazımovanın "Yol qovşağı" - FOTO


Tarix:17-02-2016, 23:34 Kateqoriya:Manşet / Cəmiyyət

Zeynəb Kazımovanın "Yol qovşağı" - FOTO Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin saytı www.lecarrefour.az fəaliyyətə başlayıb.

Qəzetin təsisiçisi və baş redaktoru, fransızdilli jurnalist Zeynəb Kazımova bildirib ki, qəzetin saytının yaradılması fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında gündəlik məlumat vermək, eyni zamanda ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında xidmət göstərməkdir. O bildirib ki, təsisçisi olduğu mətbu orqanın Fransanın TV 5 Monde telekanalı ilə, baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi ilə əməkdaşlığı var.

“Fəaliyyətimiz keçən il Milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündəki çıxışında vacib saydığı xarici media resursları ilə daha sıx əlaqələrin qurulması və Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının yaradılmasına yönəlib”- deyə o, vurğulayıb.

Baş redaktor əlavə edib ki, qəzet 9 ildir ki, fəaliyyətini məhz bu istiqamətdə konkret addımlar atmaqla qurub. Belə ki, Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (Yol qovşağı) qəzeti 2007-ci ilin may ayından fəaliyyət göstərir.

Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxucu kütləsinə çatdırır. Qəzet Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, o cümlədən Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, gəzməli-görməli yerləri, təbiəti ilə bağlı məqalələr verməklə milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb.

Qeyd edək ki, “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə birgə iki dəfə dəyitmi masa təşkil edilib. Eyni zamanda, bu ilin yanvar ayında Fransızdilli "Le Carrefour" (Yol qovşağı) qəzetinin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir təşkil olunub.

Zeynəb Kazımovanın "Yol qovşağı" - FOTO

Zeynəb Kazımovanın "Yol qovşağı" - FOTO


Arzu Zeynallı










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”