Qarabag Media
Haqqımızda Əlaqə

Ermənilərdən növbəti Qarabağ yalanı


Tarix:17-02-2016, 18:57 Kateqoriya:Manşet / Qarabağ

Ermənilərdən növbəti Qarabağ yalanıFevralın 8-12-də Moskvada keçirilən Beynəlxalq ərzaq sərgisində Ermənistan Dağlıq Qarabağ məhsullarını öz adı altında təqdim edib.

Karabakhmedia.az-ın məlumatına görə, "Prod-ekspo-2016" adı altında keçirilən tədbirdə içki, pendir və s. kimi qidalar təqdim olunub. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə Ermənistanın stendi diqqət mərkəzində olub.

Şəkildən də göründüyü kimi stendin sol tərəfində “Arsax-Bio” loqosu var. Amma, halbuki, sərginin rəsmi saytında Moskvada Dağlıq Qarabağ məhsullarının təqdim olunması barədə məlumat yox idi. Bu barədə yalnız “Qondarma Dağlıq Qarabağ”ın baş naziri öz Facebook səhifəsində qeyd edərək, “Arsax”ın (Qarabağ) məhsullarının böyük uğurla təqdim olunmasından şad olduğunu bildirib.

Maraqlı məqam ondan ibarətdir ki, “Arsax Bio” şirkətinin məhsulları Rusiyanın rəsmi idarəsinin təşkil etdiyi sərgiyə necə düşüb? Kim erməniləri bu məhsulları piyar etmək üçün Moskvaya dəvət edib? Bəlkə, Bakının xəbəri belə olmadan, Moskva və “Stepanakert” ticari-iqtisadi əlaqələr qurur? Axı, Moskva Dağlıq Qarabağ məhsullarını Ermənistanın adı altında təqdim etməkdə niyə bu qədər maraqlıdır?

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov deyir ki, bu, birbaşa siyasətlə bağlı olan məsələdir və hökümətlərarası münasibətlə tənzimlənməlidir:

“Belə tədbirləri təşkil edənlər barədə Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə hər hansı bir formada təzyiq etməlidir. Düzdür, Qarabağ məhsul istehsal edir. Rusiya da imkan yaradır ki, bu məhsullar Ermənistanın adı altında yayımlansın. Amma bu o demək deyil ki, onu müstəqil dövlət kimi tanıtmaq lazımdır. Bu, çox ciddi məsələdir. İmkan vermək olmaz ki, Dağlıq Qarabağ məhsul istehsal edən bir müstəqil ölkə kimi tanınsın. Buna da birbaşa bizim dövlətimizin, xüsusilə, Xarici İşlər Nazirliyi və bəzi hallarda Kənd Təsərrüfatı Nazirliyi də müdaxilə etməlidir”, - deyə Vahid Məhərrəmov vurğuladı.

Sərgi ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, məsələdən xəbərdardırlar və bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi ilə danışıqlıqlar aparılıb, araşdırmalar gedir.

Azərbaycanın Rusiyadakı səfirliyi isə tədbirlə bağlı suallarımızı e-mail adreslərinə göndərməyi və yaxın vaxtlarda bu sorğuya cavab verəcəklərini qeyd etdilər.

Analoji hal 2015-ci ilin noyabr ayında da olub. “Qondarma Dağlıq Qarabağ”ın iqtisadiyyat nazirinin sözlərinə görə, o zaman da Moskvada “Arsax günləri” böyük uğurla keçirilib. Həmin sərgidə geniş çeşiddə məhsullar – konservlər, içkilər və s. rusların ixtiyarına verilib. Bundan başqa, həmin gün Ermənistanın “milli irsi”, “turizm potensialı” da təqdim olunub.

Dağlıq Qarabağ - Azərbaycan Respublikasının qərb bölgəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Sovet hakimiyyəti dövründə burada Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Vilayətin tərkibinə Əsgəran, Xocavənd, Ağdərə, Şuşa və Xankəndi rayonları daxildir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar