Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağ əlilləri “Şahdağ”da - FOTO


Tarix:17-02-2016, 09:40 Kateqoriya:Manşet / Cəmiyyət

Qarabağ əlilləri “Şahdağ”da - FOTO

"Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi Xətai rayon şöbəsinin sədri Akif Abbasov və “XXI əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynovanın təşkilatçılığı ilə Qarabağ müharibəsində yaralanmış veteranlar ilə Qusar rayonund ayerləşən “Şahdağ” İstirahət Mərkəzinə tur təşkil edilmişdir.

"Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Poladın Karabakhmedia.az-a verdiyi məlumata görə, “Şahdağ” Turizm Mərkəzində 14 fevral 2016-cı il tarixində Qarabağ müharibəsində yaralanmış müharibə iştirakçılarının istirahətini təmin etmək üçün mərkəzin xidmətlərindən istifadə edilmişdir.

Tur çərçivəsində veteranların mərkəzə gətirilməsi və geri qaytarılması üçün nəqliyyat vasitəsi, xizək avadanlıqlarının icarəsi və kanat yollarından istifadə edilməsi “Şahdağ” Turizm Mərkəzi əməkdaşı Ceyhun Ağabaəyov tərəfindən təmin edilmişdir. Tədbir çərçivəsində 15 nəfər müharibə iştirakçısı və əlavə qonaqlar mərkəzdəki hotellərlə tanış olmuş, qondola və kanatlar vasitəsilə möhtəşəm mənzərəyə malik Şahdağ yamaclarını seyr etmiş, xizək sürmüşlər. Eyni zamanda Azərbaycanda ilk beynəlxalq xizək məktəbinin peşəkar təlimçiləri onları xizək sürməyin ən təhlükəsiz və asan yolları ilə tanış etmişdir.

Bu cür tədbirlər sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasına dəstəkvermək və onların hamı ilə bərabər surətdəsosial-iqtisadi həyatda tam və səmərəli iştirakına kömək etmək məqsədi daşıyır. Xüsusilə, vətənin müdafiəsi uğrunda öz sağlamlığını qurban verən şəxslərə sosial qayğının göstərilməsi cəmiyyət olaraq borcumuzdur.

Əsası 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş “Şahdağ” Turizm Mərkəzi regionun ən böyük qış-yay isirahət komplekslərindən biri kimi fəaliyyət göstərir. Təbiətin möhtəşəmliyi ilə müasirliyi özündə birləşdirən mərkəzdə yerli və xarici qonaqlarda unudulmaz təəssüratlar yaratmaq məqsədilə çoxsaylı xidmətlər təklif olunur. İl boyu fəaliyyət göstərmək iqtidarında olan və Azərbaycan tarixində ilk dağ-xizək kurortu hesab olunan "Şahdağ" Turizm Mərkəzi Qusar rayonunun mərkəzindən 32, paytaxtdan isə 210 kilometr məsafədə, dəniz səviyyəsindən 1640 m hündürlükdə “Şahdağ” Milli Parkının yaxınlığında, təbii yaylaqda yerləşir.

Qarabağ əlilləri “Şahdağ”da - FOTO

Qarabağ əlilləri “Şahdağ”da - FOTO

Qarabağ əlilləri “Şahdağ”da - FOTO


Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”