Qarabag Media
Haqqımızda Əlaqə

Davudoğlu: `Rusiya və Bəşər Əsəd Suriyada etnik mənsubiyyəti dəyişdirməyə çalışır`


Tarix:17-02-2016, 09:23 Kateqoriya:Manşet / Siyasət

Davudoğlu: `Rusiya və Bəşər Əsəd Suriyada etnik mənsubiyyəti dəyişdirməyə çalışır` "Suriyada elə bir bölgə yoxdur ki, ora bomba ilə vurulmasın. Rusiya qırıcıları bombaları yükləyir və hara gəldi atırlar".

Karabakhmedia.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu AKP-nin iclasında deyib.

O, Rusiyanın Suriyada vaxtı bitmiş bombalardan istifadə etdiyini bildirib: “Suriyada baş verən son hadisələr milli təhlükəsizliyimizi təhdid edir. Suriyada elə bir bölgə yoxdur ki, ora bomba atılmasın. Rusiya qırıcıları ağıllı bombadan istifadə etmirlər. Onlar bombaları yükləyir və hara gəldi atırlar. Əsasən də vaxtı bitmiş bombalardan istifadə edirlər. Rusiya və Bəşər Əsəd PYD-dən istifadə edərək, Suriyada etnik mənsubiyyəti dəyişdirməyə çalışır. 5 il ərzində Suriya xalqı heç bir orduya, silaha sahib olmadan Əsəd rejiminə müqavimət göstərdi. Daha sonra Hizbullah Əsədin köməyinə gəldi, lakin yenə də Hələbi, İdlibi ələ keçirə bilmədilər. Bu yetmədi, İranı çağırdılar. Daha sonra isə bütün regiondakı şiə döyüşçüləri gətirdilər. Lakin yenə də Hələbi tuta bilmədilər. Son mərhələdə isə böyük qardaşlarına üz tutub, Rusiyaya getdilər. “Bu qırğını sən tamamla, sən yaxşı bacarırsan”, - dedilər. 30 sentyabrdan (2015-ci il – red.) bu yana alçaq, xain, barbar qırıcılar hərbçi-mülki fərqi qoymadan insanlara bomba yağdırırlar. İndiyə qədər 8 min hücum gerçəkləşdiriblər. Türkiyə öz sərhədlərini qorumaq, etnik təmizliyin və Suriyada müxaliflərin zəifləməsinin qarşısını almaq üçün lazımı bildiyi tədbirləri görməyə davam edəcək”.

Qeyd edək ki, Rusiya 2015-ci ilin 30 sentyabrından bu yana Suriyada hava əməliyyatları gerçəkləşdirir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”