Qarabag Media
Haqqımızda Əlaqə

"Atatürklə Stalin dönəmi yox, Atatürklə Lenin dönəmi deyirəm"


Tarix:17-02-2016, 08:26 Kateqoriya:Manşet / Müsahibə

"Atatürklə Stalin dönəmi yox, Atatürklə Lenin dönəmi deyirəm"İstefada olan admiral, “Hədəfdəki donanma” kitabının müəllifi Cem Gurdənizin APA-nın Türkiyə müxbirinə müsahibəsi.

- NATO ölkələri gəmilərinin Aralıq dənizinə gəlməsinin səbəbi nədir?

- Mən bundan çıx narahatam, çünki qaçqınların dənizlərdəki gəmilərə minmələrini əngəlləmək üçün Türkiyənin güclü donanması və sahil təhlükəsizlik qüvvələri var. Bəs o gəmilər dənizlərimizə niyə gəldi? Türkiyə bu işin öhdəsindən gələ bilməyəcəyini düşünərək NATO dəniz qüvvələrini dəvət etdi, yoxsa NATO özü Türkiyəyə “sən bu işin öhdəsindən gələ bilmirsən” - deyərək sahillərimizə tərəf gəldi? Açıq mənbələrdən oxuduqlarımıza görə, NATO gəmilərini dənizlərimizə hökumətimiz dəvət edib. Yazılanlar düzdürsə, onda ortaya təbii sual çıxır: bu qədər güclü donanması və sahil təhlükəsizik qüvvələri olan Türkiyə bu işin öhdəsindən niyə gəlməyib? NATO dənizlərimizə özbaşına şəkildə gəlibsə, sabah bizə deyə bilər ki, siz bu işləri bacarmırsınız, sahillərinizi də mən qoruyum. Bütün variantlarda durum ciddi narahatlıq doğurur.

- Gəmilərin Suriyadakı savaşa bu və ya digər şəkildə müdaxiləsindən söhbət gedə bilərmi?

- Suriyadakı böhranı yaradan ölkə Türkiyə deyil, ona görə böhranı kim yaradıbsa, qaçqınlar probleminə birinci dərəcədə onlar cavabdehdirlər və problemin həlli üçün onlar hamıdan əvvəl ciddi-cəhd göstərməlidirlər. Türkiyə, hər şeydən əvvəl, özünün quru sərhədlərini qorumalı və ölkəmizin təhlükəsizliyini təmin etməlidir. Qaçqınlar gəmilərə minib dənizlərə açıldıqdan sonra onların təhlükəsizliyi barədə düşünmək çox da inandırıcı və məntiqli görünmür. Diqqət yetirdinizsə, Yunanıstan baş naziri Aleksis Tsipras dedi ki, NATO gəmilərinin Egey və Aralıq dənizlərində nə işi var? Bizim idarələrimiz isə heç bir açıqlama vermirlər. Müşahidələrim göstərir ki, NATO o gəmilərin bizim sularımıza gəlməsini liderlərimizə təlqin və qəbul etdirib. Mən gəmilərin sularımıza gəlməsinin səbəbi kimi bunu görürəm. Diqqət yetirin, Almaniya federal kansleri Türkiyəyə gəldi, ertəsi gün NATO gəmiləri sularımıza girdilər. Bu, Türkiyəyə “sən qaçqınların dənizlərdə qoruya bilmirsən, bu işlə mən məşğul olum”- təlqininin qəbul etdirilməsidir. Sabah o gəmilərin bizim sahillərimizə yanaşa biləcəklərindən də narahatam.

- NATO gəmiləri Aralıq dənizindəki Rusiya hərbi bazalarının fəaliyyətini məhdudlaşdırmaq məqsədilə göndərilmiş ola bilərmi?

- Türkiyə-Rusiya münasibətləri bir an əvvəl Atatürklə Lenin dönəmindəki atmosferə qayıtmalıdır. Atatürklə Stalin dönəmi yox, Atatürklə Lenin dönəmi deyirəm. Bunu ticari və ya hərbi münasibətlər yox, hər şeydən əvvəl geosiyasi və geostrateji durumlar tələb edir. Sovet İttifaqının da Aralıq dənizində 70 gəmisi vardı, “soyuq müharibə” şəraitində Türkiyə ilə SSRİ arasında daha gərgin dönəmlər yaşandı, bəs niyə o vaxt NATO gəmiləri Aralıq dənizində görünmədi? 24 noyabrda Rusiya təyyarəsinin vurulması bir qəzadır, bölgədəki və dünyadakı sülh və əmin-amanlıq baxımından Türkiyə və Rusiya bir an əvvəl 24 noyabrdakı qəzanı unudub daha güclü əməkdaşlığın yollarını axtarmalıdır. Həm geosiyasət, həm də geostrategiya bunu tələb edir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı