Qarabag Media
Haqqımızda Əlaqə

Müəllimi şillələyən qadın direktor barədə qərar verildi


Tarix:17-02-2016, 00:41 Kateqoriya:Manşet / Cəmiyyət

Müəllimi şillələyən qadın direktor barədə qərar verildiTutduqları vəzifələrində yol verdikləri nöqsanlara görə Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbinin direktoru Mənsurə Gülağa qızı Şahverənova tutduğu vəzifədən azad edilib, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş İman oğlu Kazımova töhmət verilib.

Karabakhmedia.az bildirir ki, Təhsil Nazirliyindən publika.az-ın sorğusuna verilən cavabda bildirilir ki, M.Şahverənova məktəbə rəhbərlik və nəzarətdə, mövcud normativ hüquqi aktların tələblərinin icrasında ciddi nöqsanlara yol verərək vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad edilib.

"Vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməyərək rayonun ümumtəhsil məktəblərinə nəzarət və rəhbərliyi zəif təşkil etdiyinə görə Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş İman oğlu Kazımova "Dövlət qulluğu haqqında" Qanunun 25.2.1-ci maddəsinə əsasən töhmət verilib".

Məlumatda bildirilib ki, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri B.Kazımova rayonun Ovçubərə kənd tam orta məktəbinin direktor müavinləri A.İmanov və L.İbrahimovanın mövcud nomenklatur qaydalara və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tutduqları vəzifədən azad olunmalarının təmin edilməsi tapşırılıb.

Qeyd edək ki, Ovçubərə kənd orta məktəbinin direktoru M.Şahverənovnın bir müddət əvvəl 17 ildir hərbi hazırlıq müəllimi kimi çalışan Əmirov Qalabəy Tomar oğlunu sillələməsi barədə sosial şəbəkədə videomaterial yayılmışdı. Bundan başqa, həmin direktorun məktəb idarəçiliyində pozuntulara yol verməsi barədə məktəb müəllimləri tərəfindən dəfələrlə mətbuata müraciət edilmişdi.

Aparılan araşdırmalardan sonra direktora töhmət verilsə də, o, yenidən qanunsuz hərəkətlərini təkrarlamışdı.

Biləsuvar Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovun isə müxtəlif vaxtlarda rayon məktəblərinə verilən inventarlara ayrılan pulu mənimsəməsi, həmçinin qeyri-qanuni yolla məktəblərə müəllim cəlb etməsi barədə də saytımıza şikayətlər daxil olub.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO
Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi - Günel EYVAZLI yazır
Zelenski Qara dənizdə qırmızı şortikdə
Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
Şəkidə Xan Çinar qırıldı: yaralılar var - VİDEO
Tiflisdə etiraz davam edir: Nazir istefaya gedəcəkmi?
Qənirə Paşayeva İsveçrədə Azərbaycan həqiqətlərindən danışıb
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi
İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR
Güclü külək 20-yə yaxın ağacı aşırıb - Bakıda
İlham Qəhrəman - "Könül işi"
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Fəallar güney azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədi ilə Savalan dağına çıxdılar
Türk komandolar bölgəyə girdi – “Pəncə-2” ilə AĞIR ZƏRBƏ
Cümhuriyyət varislərinə medallar təqdim olunub
Goranboyda baş vermiş hadisə ilə bağlı DİN və Baş Prokurorluqdan AÇIQLAMA