Qarabag Media
Haqqımızda Əlaqə

Tbilisidə ​Xocalı soyqırımı ilə əlaqədar aksiya


Tarix:16-02-2016, 10:13 Kateqoriya:Manşet / Qarabağ

Tbilisidə ​Xocalı soyqırımı ilə əlaqədar aksiya

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar fevralın 15-də Tbilisinin mərkəzində aksiya keçirilib.

Karabakhmedia.az xəbər verir ki, “Borçalı İrəli” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən aksiyanın iştirakçıları paytaxt küçələrində, metro stansiyalarının qarşısında Xocalı soyqırımından bəhs edən broşür və mətbuat üçün açıqcalar paylayıblar.

Tbilisi şəhər sakini, kilsə xidmətçisi xanım Ketevan Çavleşvili "Report"a müsahibəsində deyib ki, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc insanların qətlə yetirilməsi insanlığa sığımayan hərəkətlərdir:

"Gənclərin bizə payladıqları broşür və açıqcalarda yaşından, irqindən və dinindən asılı olmayaraq, insanların vəhşicəsinə qətlə yetirildiyi bildirilir. Bu qətliamı törədənlər Gürcüstanda da qatı cinayətlər törədiblər. Amma Xocalıda baş verənlər əsl soyqırımıdır. Biz sizin dərdinizi, ağrı-acınızı dərk edirik, qəlbimiz sizinlədir".

“Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov qeyd edib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən aksiyanın məqsədi gürcü xalqına və paytaxtın qonaqlarına Xocalı soyqırımı barədə ətraflı məlumat vermək, bu yolla dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 26-da gecə dinc azərbaycanlılara qarşı törədilmiş misli görünməmiş cinayətə cəlb etməkdir.

Gürcüstanın Gənc Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov deyib ki, assosiasiyanın üzvləri də bu aksiyada fəal iştirak edirlər. Assosiasiya üzvləri dünyanın aparıcı dövlətlərinə də müraciət qəbul ediblər.

Müraciətdə Xocalı faciəsinin baş vermə səbəbləri, acı nəticələri barədə məlumat verilir:

“Məqsədimiz Xocalı soyqırımına dünya ölkələri və beynəlxalq təşkilatlar səviyyəsində ədalətli qiymət vermək, günahkarların cəzalandırılmasına nail olmaqdır”, - deyə o vurğulayıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar