Qarabag Media
Haqqımızda Əlaqə

İlham Əliyevdən erməni diplomata sərt cavab


Tarix:14-02-2016, 19:54 Kateqoriya:Manşet / Qarabağ

 İlham Əliyevdən erməni diplomata sərt cavabMünhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı Ermənistanın XİN əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsi ilə bağlı ittihamlarına dair sualına cavabında prezident İlham Əliyev bu fikirlərin tam yanlış olduğunu bildirib.

“Ermənistan insan haqları, prezident və parlament seçkilərinin saxtalaşdırılması və digər məsələlərdə Avropa parlamenti, Avropa Şurası tərəfindən tənqid olunur”. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanı yalnız işğalda günahlandırdığını bildirib.

“Ermənistanı nəinki biz, o cümlədən, dünyanın ən böyük beynəlxalq qurumu olan BMTTəhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. Biz erməni xalqını deyil, Ermənistan hökumətini Xocalıda soyqırımı törətməkdə ittiham edirik. Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni bandaları tərəfindən qətlə yetirilib. Bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən qəbul olunub.

Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağdan, 750 mini Azərbaycanın digər işğal olunmuş ərazilərindən, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkələyə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın”, - İlham Əliyev bildirib.

Dövlət başçısı bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında demək olar ki, heç bir ekoloji nəzarət həyata keçirmir.

"20 ildən çoxdur ki, biz Ermənistanın işğalından əziyyət çəkirik. Torpaqlarımızın 20% işğal olunub. İnsanlarla yanaşı təbiət də bundan əziyyət çəkir. Çünki bu ərazilər beynəlxalq nəzarətdən kənarda qalıb, meşələr qırılır. Bütün bunlara son qoyulmalıdır", - prezident vurğulayıb.










SON XƏBƏRLƏR
"Rusiya Krımı 1991-dən bu yana istəyirdi" – Ukraynalı general
Ərəb şeyxi Ermənistanda kilsə təmir etdirib
PKK-nın Qara dəniz düşərgəsi ələ keçirildi
Prezident Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi
Prezident bir qrup mədəniyyət xadiminə "Tərəqqi" medalı verib
Nazarbayev ömürlük Türk dünyasının fəxri lideri seçildi – PREZİDENTLƏRDƏN TARİXİ QƏRAR
Qarabağda rəqs məktəbləri açılır: Həm də Amerika ermənilərinin pulları hesabına...
Şəhid ailəsini yaşadığı mənzildən bayıra atmaq istəyənlər kimlərdir?
İlanqaya
ABŞ prezidenti: "Azərbaycanda islahatlar istiqamətində xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq"
İran tibb tarixində ilk dəfə açıq ürək əməliyyatı keçirən şəxsiyyətin doğum günüdür
Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındır...
"Şəmistanla bir kəndə getsək, bizim qarşısımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?"
Müdafiə naziri genişmiqyaslı təlimlərin yekunu ilə bağlı xidməti müşavirə keçirdi
Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV
Kiyevdə Nəsiminin heykəli ucaldılıb - FOTOLAR
Təhsil Nazirliyi müəllimin döyülməsinə görə Baş Prokurorluğa müraciət etdi
Şərabdan şirin
Sürücülük etibarnaməsi ilə bağlı vacib – YENİLİK
İqtisadçı: “Bütün yaşlı şəxslər pensiya ala bilməyəcək”
ŞƏXSİYYƏTİ VƏ ƏSƏRLƏRİLƏ TARİXDƏ YAŞAYAN MÜTƏFƏKKİR
Fuad Abbasov təcridxanadan danışdı – Həbsinin əsl səbəbini açıqladı
Şəhid qardaşların atası vəfat edib
Paşinyan hərbi xidmətdə olan oğlunu təcili şəkildə Qarabağdan çıxartdı – Müharibə gözlənilirmi?
Azərbaycan müharibəyə hazırlaşır - Sensasion iddialar
Bakıda 33 yaşlı qadın özünü dənizə atıb
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir" – İsrail telekanalı
Rusiyalı turistlər QARABAĞDA – Laçın, Şuşa, Kəlbəcər, Xankəndi – VİDEO 2019
ABŞ-dan Türkiyə ilə bağlı - Şok qərar