Qarabag Media
Haqqımızda Əlaqə

Üç ailənin ŞƏHİD olan tək oğulları - Onlar niyə ön cəbhəyə göndərilirlər?


Tarix:14-02-2016, 00:01 Kateqoriya:Manşet / Qarabağ

Üç ailənin ŞƏHİD olan tək oğulları - Onlar niyə ön cəbhəyə göndərilirlər?

Azərbaycan Ordusunun son üç ay ərzindəki itkiləri arasında 3 şəhid hərbçi ailəsinin yeganə oğlan övladı olanlardır. Və bu ölümlər 3 nəslin varlığına son qoydu.

Karabakhmedia.az-ın məlumatına görə, ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə düşmənin susdurulması zamanı şəhid olan əsgər Rəşad Əlyar oğlu Cəfərzadə başsız ailənin tək oğlan övladıydı. Və onun ölümü bir nəslin varlığına son qoydu.
Şəhid Rəşad Cəfərzadə hər iki valideynini hələ körpə ikən itirmiş, onu bacısını xalası və dayısı çox böyük çətinliklə boya-başa çatdırmışdılar. Məcburi köçkünlük və yetimçiliklə böyüyən Rəşad 21 yaşında erməni xainlərinin gülləsinə tuş gələrək şəhid oldu. Çox acı və acı olduğu qədər də ürək dağlayan bir faciə baş verdi.

Bu il fevralın 10-da düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun zabiti Rahib Nəriman oğlu Quliyev Tovuz rayonunun Bozalqanlı kəndindən idi. Qohumlarının sözlərinə görə, ailə qurmaq üçün hazırlıq işlərinə başlayan şəhid zabit 9-cu sinfi bitirdikdən sonra əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyə, daha sonra Ali Hərbi Məktəbə daxil olub. Təhsilini başa vurduqdan sonra isə xidmət üçün ön cəbhəyə gedib.
Şəhid hərbçi doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində torpağa tapşırılıb. O, ailənin tək oğlan övladı idi. Üç il əvvəl atası xəstəlikdən dünyasını dəyişib.

Dünən, fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan kiçik çavuş Elmir Sərxan oğlu Zeynalov bu gün doğulduğu Goranboy rayonu Əhmədabad kənd qəbiristanlığında dəfn edilib.
Şəhid hərbçi ailənin yeganə oğul övladı idi. Onun əmisi 1992-ci ildə şəhid olub.

Qeyd edək ki, hərbi ekspertlər ötən illərdə dəfələrlə ailənin tək oğlanlarının ön cəbhəyə göndərilməməsi təklifilə çıxış ediblər. Millət vəkili Zahid Oruc da bir neçə dəfə Milli Məclisdə anoloji təklif səsləndirib. Amma məsələnin qanunləşdirilməsi istiqamətində müvafiq addımlar atılmayıb...

Hələ 2014-cü il sentyabrın 27-də Hacıqabuldan olan əsgər Əbülfəz Baxışlı şəhid olanda (atası Allahverdi Baxışlı da şəhid olub) ailəsində tək oğlan olan çağırışçıların ön cəbhədə xidmət etməsinin əleyhinə çıxışlar aktuallışmışdı. Hələ o zaman deputat Z.Oruc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini tək oğlanların cəbhəyanı ərazilərdən 30-40 kilometr uzaqlıqda xidmətə göndərməyə çağırmışdı. Amma çağırışa qarşılıq verilmədi...

Müdafiə Nazirliyinin məsələ ilə bağlı mövqeyi isə belədir: “Sözügedən məsələ Mili Məclisin müzakirəsi və qərarı ilə həll oluna bilər”./Modern.az/
Üç ailənin ŞƏHİD olan tək oğulları - Onlar niyə ön cəbhəyə göndərilirlər?

23 yaşlı şəhid leytenant Allahverdi Baxışlının babası... Onun nəvəsi kimi, oğlu da şəhid olub..

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Rusiya Krımı 1991-dən bu yana istəyirdi" – Ukraynalı general
Ərəb şeyxi Ermənistanda kilsə təmir etdirib
PKK-nın Qara dəniz düşərgəsi ələ keçirildi
Prezident Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi
Prezident bir qrup mədəniyyət xadiminə "Tərəqqi" medalı verib
Nazarbayev ömürlük Türk dünyasının fəxri lideri seçildi – PREZİDENTLƏRDƏN TARİXİ QƏRAR
Qarabağda rəqs məktəbləri açılır: Həm də Amerika ermənilərinin pulları hesabına...
Şəhid ailəsini yaşadığı mənzildən bayıra atmaq istəyənlər kimlərdir?
İlanqaya
ABŞ prezidenti: "Azərbaycanda islahatlar istiqamətində xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq"
İran tibb tarixində ilk dəfə açıq ürək əməliyyatı keçirən şəxsiyyətin doğum günüdür
Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındır...
"Şəmistanla bir kəndə getsək, bizim qarşısımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?"
Müdafiə naziri genişmiqyaslı təlimlərin yekunu ilə bağlı xidməti müşavirə keçirdi
Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV
Kiyevdə Nəsiminin heykəli ucaldılıb - FOTOLAR
Təhsil Nazirliyi müəllimin döyülməsinə görə Baş Prokurorluğa müraciət etdi
Şərabdan şirin
Sürücülük etibarnaməsi ilə bağlı vacib – YENİLİK
İqtisadçı: “Bütün yaşlı şəxslər pensiya ala bilməyəcək”
ŞƏXSİYYƏTİ VƏ ƏSƏRLƏRİLƏ TARİXDƏ YAŞAYAN MÜTƏFƏKKİR
Fuad Abbasov təcridxanadan danışdı – Həbsinin əsl səbəbini açıqladı
Şəhid qardaşların atası vəfat edib
Paşinyan hərbi xidmətdə olan oğlunu təcili şəkildə Qarabağdan çıxartdı – Müharibə gözlənilirmi?
Azərbaycan müharibəyə hazırlaşır - Sensasion iddialar
Bakıda 33 yaşlı qadın özünü dənizə atıb
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir" – İsrail telekanalı
Rusiyalı turistlər QARABAĞDA – Laçın, Şuşa, Kəlbəcər, Xankəndi – VİDEO 2019
ABŞ-dan Türkiyə ilə bağlı - Şok qərar