Qarabag Media
Haqqımızda Əlaqə

Xalq artisti ad gününü Ağdamda keçirdi - VİDEO


Tarix:6-10-2015, 03:26 Kateqoriya:Manşet / Mədəniyyət

Xalq artisti ad gününü Ağdamda keçirdi - VİDEO Tanınmış xanəndə, xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun 55 illik yubileyi Ağdamın Quzanlı qəsəbəsində qeyd edildi.

Karabakhmedia.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağdam Olimpiya İdman Kompleksində keçirilən tədbirdə çıxış edənlər Mənsum İbrahimovun musiqi mədəniyyətimizin inkişafındakı rolundan danışdılar. Bildirildi ki, xalq artisti yaratdığı obrazlarla, muğamın tədrisi və təbliği istiqamətində gördüyü işlərlə Azərbaycan musiqisinə böyük xidmət edib. Onun fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Elə bunun nəticəsidir ki, sənətkar 1998-ci ildə əməkdar artist, 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb:

"Mənsum müəllim şərəfli bir yol keçib. Əsl xanəndə yolu keçib. Xanəndə var, deyirlər, xanəndənin yolu, cığırı. Amma Mənsum müəllim əsl xanəndə yolu qoyub. Cığır yox, yol", - deyə xanəndə Səbuhi İbayev bildirib.

Yubilyar çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Növbəti belə toplantıların işğal altındakı torpaqlarımızda keçirilməsini arzuladı. Öz yubileyinin Ağdamda keçirilməsinin səbəblərindən danışdı: "Buraya Azərbaycanın böyük sənətkarlarını, xalq artistlərini, əməkdar artistləri, bu torpaqda doğulan sənətkarları dəvət etdim. Çünki bu insanların burada mənəvi dəstəyə çox ehtiyacı var. Biz bu gün bunların yanındayıq, dəstəyik".

Yubiley tədbirində xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər Təyyar Bayramov, Cabir Abdullayev, Səbuhi İbayev, Sevinc Sarıyeva, gənc xanəndə Elşad Aydınoğlu və gitara ifaçısı Rəmişin ifasında muğam, təsnif və xalq mahnıları səsləndirildi.



Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB