Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Türkiyədən 3 milyard dollarlıq döyüş vertolyotları alır - VİDEO


Tarix:6-10-2015, 02:15 Kateqoriya:Manşet / Gündəm

Azərbaycan Türkiyədən 3 milyard dollarlıq döyüş vertolyotları alır - VİDEO Azərbaycan milyardlarla dollarlıq daha bir silah sövdələşməsinə imza atıb.

Virtualaz.org saytı airnewstimes.com-a istinadən xəbər verir ki, Türkiyənin TAİ şirkətindən 60 “T-129 ATAK” döyüş vertolyotunun alınmasına dair razılıq əldə edib. Sövdələşmənin ümumi dəyəri 3 milyard dollardır.

“T-129 ATAK” döyüş vertolyotları İtaliyanın “Agusta Westland” şirkəti ilə birgə istehsal olunur. O, “A-129 Mangusta” döyüş vertolyotlarının prototipidir. Vertolyotların Türkiyədə yerli şərtlərə uyğunlaşdırılmış versiyasının birgə istehsalına dair razılaşma 2007-ci ildə əldə olunub.

Vertolyotlar Türkiyənin TUSAŞ (Türkiyənin Aviasiya və Kosmik Sənaye şirkəti-TAİ) və ASELSAN şirkətləri ilə İtaliyanın “Agusta Westland” şirkəti ilə birgə istehsal olunmaqdadır. İlk sınaq uçuşlarını 2011-ci ildə keçirib. Vertolyotların hissələrindən təxminən 6200-i Türkiyədə istehsal olunur. O cümlədən döyüş maşınlarının elektron sistemlərini ASELSAN təmin edir.

“T-129 ATAK” vertolyotları iki pilotludur. Qanadlarının altında Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan 76 “hava-yer” tipli raket daşıyır. Əlavə yanacaq götürmədən 556 km məsafə uça bilir. Kreyser sürəti saatda 288 kilometrdir.

Vertolyotun silahlanmasına burun hissəsində yerləşdirilmiş 20 mm-lik avtomatik top da daxildir. Vertolyotun seriya istehsalına ötən il başlanılıb və 2018-ci ilə qədər Türkiyə silahlı qüvvələrinə 50 belə vertolyot təhvil verilməlidir.

“T-129 ATAK” vertolyotlarının Türkiyə silahlı qüvvələri tərəfindən istismara başlamasından sonra onun xarici müştəriləri də meydana çıxıb. “T-129 ATAK” vertolyotlarına maraq göstərən ilk xarici ölkə Azərbaycandır.

2013-cü ildə əldə edilmiş anlaşmaya görə, TAİ 3 milyard dollarlıq 60 ədəd ATAK vertolyotu ixrac edəcək. Lakin sövdələşmənin detalları, vertolyotların nə zaman təhvil veriləcəyi haqda məlumat yoxdur. Hərçənd ki, o vaxt TAİ-nin Azərbaycan ordusu üçün nəzərdə tutulan vertolyotların seriya istehsalına 2013-cü ildə başlayacağı açıqlanmışdı.

Hələlik bu vertolyotların Azərbaycan ordusunun silahlanmasına daxil olması barədə məlumat yoxdur. Bildirilir ki, Azərbaycandan başqa Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan və İordaniya da TAİ-dən bu vertolyotların alınmasına dair danışıqlar aparır.

Qeyd edək ki, Azərbaycanın silahlanmasında olan döyüş vertolyotları Rusiya istehsalıdır, Mi-8, Mi-24, Mi-35 tiplidir. Azərbaycan bu yaxınlarda Rusiyadan Mi-35M vertolyotlarının böyük partiyasını alaraq öz hərbi-hava qüvvələrinin imkanlarını xeyli gücləndirib.

İndi Türkiyədən 60 “T-129 ATAK” vertolyotlarının alınmasına dair sövdələşmə şübhəsiz ki, Azərbaycanın Ermənistan üzərində əzici hərbi üstünlüyünü daha da möhkəmləndirməklə yanaşı onu regionun ən güclü hava qüvvələrinə malik ölkələrindən birinə çevirəcək.



Karabakhmedia.az










SON XƏBƏRLƏR
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında