Qarabag Media
Haqqımızda Əlaqə

Xanımlar üçün IT kursları başladı – GÜZƏŞTLƏR VAR


Tarix:5-02-2016, 01:32 Kateqoriya:Manşet / Cəmiyyət

Xanımlar üçün IT kursları başladı – GÜZƏŞTLƏR VARWOWOMAN qadınların peşəkar və şəxsi inkişafı üçün yaradılan platformadır. Platforma İT elmini xanımlar arasında təbliğ etmək və bu sahədə xanım mütəxəssislərin sayını artırmaq məqsədi ilə "Tech-Tech Xanım" layihəsini yaradıb.

«WOWOMAN»dan fins.az-a verilən məlumata görə, layihənin birinci mərhələsində 4 peşəkar təlimçi tərəfindən İT Əsasları üzrə Software Development, Server Administration, Database Administration və Network Fundamentals kursları təşkil olunmuşdur."Tech-Tech Xanım" layihəsinin ikinci mərhələsi isə Java Web Development kursu başlamışdır.

Xanımlar üçün proqramlaşdırmanı öyrənmək hələ bu qədər asan və əlçatan olmamışdı!

Əgər siz də dünyada sürətlə inkişaf edən sahənin bir hissəsi olmaq, 21-ci əsrdə ən çox işçi tələb olunan sektorda karyera qurmaq, digər qızlarla birlikdə İT bilik və bacarıqlarınızı artırmaq, stereotipləri qırmaq, özünəinamı artırmaq və arzularınıza çatmaq istəyirsinizsə, kursa qoşulabilərsiniz. Dərslər həftədə 2 dəfə olmaqla, 3 ay davam edəcək və Ramin Orucov tərəfəindən tədris ediləcəkdir.

İştirak etmək istəyənlər üçün əsas tələblər:

1. Hər hansı bir proqramlaşdırma dili üzrə bilik və təcrübə (C, C++, Pascal, Delphi, C#, Java, Python və s. fərq etməz).
2. Basic SQL bilikləri
3. Web, HTML, CSS, javascript barədə əsas anlayışlar

Kursun sonunda əldə etdiyiniz biliklər və Tech-Tech Xanım komandası İT sahəsində karyera qurmaq üçün sizin bələdçiniz olacaq.

NƏ ƏLDƏ EDƏCƏKSİNİZ?

• Müasir proqraşdırmada xüsusi yer tutan Java proqramlaşdırma dili üzrə bilik və bacarıqlar
• Müstəqil İT layihə yaratmaqla qazanacağınız unudulmaz təcrübə
• Peşəkar təlimçi tərəfindən keçirilən kursda iştirak və ondan yenibiliklər öyrənmək imkanı
• Tək nəzəri deyil, həm də praktiki biliklərə yiyələnmək şansı.

DİQQƏT: YERLƏR MƏHDUDDUR.

SON MÜRACİƏT TARİXİ: 12 Fevral, 2016

- Kursun müddəti: 3 ay
- Ödəniş: aylıq 49.70 AZN

IŞTİRAK ETMƏK ÜÇÜN LİNKDƏKİ FORMANI DOLDURMAQ LAZIMDIR.
Seçim mərhələsindən uğurla keçən xanımlar tələb olunan biliklərin yoxlanılması üçün test mərhələsinə dəvət olunacaqlar. Tələbələr üçün 20 %, maddi imkanından asılı olaraq seçilmiş 5 iştirakşıya 50 %, birinci mərhələdə İT Fundamentals, Software Development kursundan seçilmiş 5 iştirakçı isə 100 % güzəşt əldə edəcəklər.
Bütün zamanlarda sizin edə biləcəyiniz ən yaxşı töhfə məhz özünüzə, sizin inkişaf və təhsilinizə olan töhfədir. Bunu unutmayın, əziz xanımlar

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı